yüklənir...
yüklənir...

Qəhrəmanlıq bir məktəbdir - Bu məktəbin ən fəxrı məzunlarından biri - Raquf Orucovdur

İgid komandir, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun bu gün doğum günüdür.

.Silahın sirlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan bir işdir. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da heç nəyə nail ola bilməyəcəksən”. Bu sözlər əfsanəvi kəşfiyyatçı Raquf İbrahim oğlu Orucova məxsusdur. 1972-ci ilin isti yay günlərinin birində- iyulun 12-də Ağdamın Cinli kəndində İbrahim və Raya xanımın ailəsində Orucovların ilk övladı Raquf dünyaya gəlir. Bu uşaq böyüyür, yetkinləşir. Qarabağın suyundan içir, çörəyindən yeyir havasından güc alır, cənnət məkan olan yurduna, torpağına bağlanır. Vətənimin yaşıl çəmənli, lalə yamaclı, yasəmən ətirli, torpağı cənnət qoxuyan, evlərinin daimı ağ – Ağadamım... O qara günlərdə hamı kimi, Ağdamın Cinli kəndində yaşayan İbrahim Orucovun ailəsinin dincliyi, güzəranı pozulmuşdu. Atılan top səsləri sərhədyanı bölgələrdə insanlara aman vermirdi.
Belə günlərin birində 1990-cı ildə Raquf Orucov Ağdam rayonundan Sovet Ordusuna həqiqi hərbi xidmətə çağrılır. Cəmi 1 il Rusiyada xidmət edikdən sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatları eşidib dərhal xidmətini yarımcıq qoyur Ağdama qayıdır. Oradakı hərbi hissəni tərk etdiyindən ailədə hamı təşviş keçirirdi. Özü də hərbi sahəsində çalışan İbrahim kişi aparıb oğlunu hərbi hissələrdən birinə yazdırdı. Həmin günlər ermənilərin kəndlərimizə hucumları ara vermirdi, evlərimizə şəhid gəlirdi. Raquf Orucov da Ağdamdakı hərbi hissələrin birində özünümüdafiə batalyonuna yazılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə atılır. Vaxtı olanda evə gələrdi. Belə günlərin, ayların birində 3-4 ay gözə görünmədi. Anası Raya xanım yaman nigaran idi. Günlərin birində evə gələndə, 3 qardaş və bir bacı böyük qardaşlarını axsayan gördülər. Sən demə, bu üç-dörd ay ərzində qəsbkar ermənilərlə döyüşlərdə, Fərrux dağı, Əsgəran istiqamətlərində, Aranzəmin, Naxcıvani kəndlərində aparılan hərbi əməliyyatlar zamanı 2 dəfə ağır qəlpə yarası alıbmış. Qısa müddətli müalicədən sonra döyüşcü dostlarının sıralarına qayıdır. Anası və evdəkilər onun yaralandığını görməsinlər deyə, iradəsini toplayıb, bu görüşdən yayınmışdı. Elə həmin günlərdə ermənilərin amansız fəaliyyəti daha da genişlənməyə başlamışdı. Növbəti həmlələrin birində düşmən tərəfinin atdığı güllədən Raqufun özü ilə yaşıd dayısı Azər Rəhimov həlak oldu. Ermənilər Ağdamın ayrı-ayrı kəndlərinə divan tuturdular. Bir az keçəndən sonra düşmən Ağdamın ən hündür yüksəklikdə yerləşən Cinli kəndini də zəbt etməyə nail olur. Qanlı döyüşlərdə, Azərbaycan əsgərləri nə qədər şücaət göstərsələr də, rus ordusunun kömək etdiyi ermənilər onların müqavimətini qıra bilmişdilər.

1993-cü ilin 12 iyun... Orucovlar ailəsinə daha bir fəlakət üz verdi. Ermənilərin kəndə hucumu zamanı 5 övladın anası Raya xanım Orucova düşmən güləsindən həlak oldu. Bu xəbəri eşidən Raquf əsgər dostları ilə birlikdə gecəykən kəndə gəlib anasının cəsədini ordan çıxarmağı bacarır. Ertəsi gün oğullar analarının cəsədini Çullu kəndində dəfn edirlər. Lakin, bir neçə gün sonra bu kəndə düşmənlər tərəfindən zəbt olunur. Orucovlar ailəsi doğma torpaqlarından didərgin düşərək Sumqayıt şəhərində məskunlaşır. Elə həmin ildə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Komandirlər Məktəbinə verdi, amma məktəbə qəbul ola bilmədi. Buna baxmayaraq o, ruhdan düşmədi və gələn il həmin məktəbə qəbul oldu. Anasının qisasını ermənilərdən alacağı ümidilə də onun şərəfli hərbçi həyatı başladı.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbində iki il ərzində lazımi biliklərə yiyələndi. Kursant Orucov, ona məktəbdə verilən müavinatları özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və ömrünü qardaşının beş övladına həsr edən, bibisi Səyyarə xanıma verir.
1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat aldı, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verdi. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa aldı və kəşfiyyat bölüyünün komandiri kimi xidmətini davam etdi. 1997-ci ildə Kəlbəcər istiqamətində kəşfiyyat bölüyünün komandiri gənc zabit Orucov hərbi kəşfiyyat tapşırığını çox böyük peşəkarlıqla yerinə yetirir. Kəlbəcərə gedib oradan iki erməni zabiti gətirməyə nail olur. Bacarıqlı kəşfiyyatçı Kəlbəcərdə daha bir uğurlu əməliyyata imza atır. İşğal olunmuş ərazidə erməni hərbi hissəsinə girərək, onların hərbi hissə korpuslarını, kəşfiyyat üçün mühüm əhəmiyyət kəsb edən digər vacib sahələri video lentə alır. Məhz bu qəhrəmanlığına görə Raquf Orucov hələ o zaman Ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Hərbi kəşfiyyatın bütün sirlərinə dərindən yiyələnən Raquf Orucov rəhbəri olduğu tağımda əsgərlərə də bu sirləri aşılayır. 2003-2005-ci illərdə təhsilini bir pillədə artıraraq Silahlı Qüvvəlrin Hərbi Akademiyasında təhsil alır. Nəhayət 2013-ci ildə arzusunda olduğu doğma Ağdama hərbi hissəyə komandir olaraq göndərilir. 2014-ci ilin avqust ayında Azərbaycan ordusu yeni bir sınaq qarşısında idi. Həmin döyüşlərdə qərərgah rəisi Orucovun əsgərləri də igidliklə mübarizə apardılar. O, 2015-ci ildə Xüsusi Təyinatlı hərbi hissədə əməliyyatçı vəzifəsində xidmət edir. 1998-ci ildə sevib, seçdiyi ixtisasca hüqüqşunas olan Sevinc xanimla ailə həyatı qurur. 17-il həyat yoldaşı ilə birlikdə Vətənin xidmətində durdu Sevinc xanim. Aqşin və Nihad adlı oğulları dünyaya gəlir. Raqufun ailəsi ilə sonuncu görüşü 2016-cı il martın 22-də Novruz bayramında olur. O evə gəlir. Bütün bacı-qardaşları, ailəsi ilə birlikdə bayram süfrəsi arxasında yığışıb bayram keçirirlər.

Aprel ayının 1-dən 2-nə kecən gecə düşmən qüvvələri yenidən təxribata əl atırlar. Ağdam, Füzuli, Tərtər rayonunun yaşayış məntəqələri növbəti dəfə artilerya qurğularından intensiv atəşə məruz qalır. Başlanan döyüş 4 gün davam edir...

Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarının hamısı qəhrəmandır. Onların cəmi bir neçə gün davam edən döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Çünki onlar şəhid olsalar da, birinci Qarabağ müharibəsində məğlub olmuş Azərbaycan Ordusunu qalib orduya çevirə bildilər. Elə öz adlarını da Azərbaycan xalqının qəhrəman oğulları kimi tarixə yazdılar. Hamı onlardan danışır, döyüş yollarından, şərəflə yaşadıqları həyatlarından filmlər çəkilir, barələrində mahnılar qoşulur. Hər birinin məzarı bütöv Azərbaycan xalqının müqəddəs ziyarətgahına, Vətən, torpaq, Qarabağ nisgili ilə yaşayan gənclərin isə and yerinə çevrilib. Aprel şəhidləri arasında bir kəşfiyyatçı polkovnik də var ki, onun haqqında daha çox danışılır: polkovnik-leytenant Raquf Orucov. O, sözün əsl mənasında qəhrəman idi! Raquf Orucovun düşmən arxasında uğurla həyata keçirdiyi bir neçə xüsusi əhəmiyyətli əməliyyatlar var ki, bunlar Azərbaycan Silahlı Qüvvələrinin tarixində nadir əməliyyatlardan sayılır. Raquf Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan ilk hərbi hissə komandiridir. Raquf Orucov şəhid olduğu günədək Ali Baş Komandanın müvafiq fərmanları ilə bir çox təltiflərə “Hərbi xidmətlərə fərqlənməyə görə” III dərəcəli medalı (1995), "Hərbi xidmətlərə görə” medalı (1998), “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubley medalı (2001), “Qüsursuz xidmətə görə” III dərəcəli medalı (2003), “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubley medalı (2008), “Qüsursuz xidmətə görə” II dərəcəli medalı (2008), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubley medalı (2013) və “Qüsursuz xidmətə görə” I dərəcəli medalı (2013) layiq görülüb.

2 aprel 2016-cı il... Polkovnik-leytenant Raquf Orucov Talış kəndi uğrunda gedən döyüşlərdə ermənilərin təxribatının qarşısını alarkən, torpaq alaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Aprelin 5-də Sumqayıtda Şəhidlər Xiyabanı 400-cü şəhidini qoynuna aldı. Raquf Orucovun nəşi sevdiyi Vətən torpağına qarışdı. Böyük hörmət və ehtiramla Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə 10000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri də qatıldı. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi. Şəhidlik zirvəsinə yüksəldikdən sonra "İgidliyə görə" medalına layiq görülüb.
Raquf Orucovun isdəyi, amalı şəhid olmaq idi. O arzusuna catdı! Cəmi 44 il ömür yaşadı Raqif. Həyat yolu zəngin keşməkeşli və nümunəvi olub.

“Murov qartalı” yeni yaşın mübarək!
Nur içində yatasan!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-07-2019, 18:18
Oxunub:71


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti