yüklənir...
yüklənir...

Şəhidlər hər zaman yad ediləcək ucalıqdadır

Bu gün şəhidimiz Nazim Qənbərovun torpağa tapşırıldığı gündür.

Birinci Qarabağ savaşında öz mərdliyi, cəsarəti ilə fərqlənən döyüşçülərdən biri də Rota komandiri Qarabala ləqəbi ilə tanınmış Nazim Qənbərov idi.
Nazim Abış oğlu Qənbərov 1968 ci ildə yanvarın 1-də Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub. Hərbi xidmətini Almaniyada keçib. Qarabala 4 iyun 1992 ci ildə könüllü olaraq döyüşə yollanıb. Nazimin döyüş yolu Ağdərədən başlayıb. O, Çanyataq, Gülyataq, Başgüneypəyə, Ortagüneypəyə, Sirxəvənd, Mehmanə və s. kəndlərin uğrunda gedən döyüşlərdə əsl qəhrəmanliqlar gostərmişdir. Ermənilər üçün əsl bəlaya çevrilmişdi Qarabala.
Düz 26 il bunda öncə Ağdam uğunda gedən qanlı döyüşdə qəhrəmancasına həlak olan Nazim Qənbərov şəhidlik zirvəsinə ucaldı. Bu gün onun canından çox sevdiyi torpağa tapşırılmasından 26 il ötür. Hələ neçə illər ötəcək, ancaq Nazim kimi oğullar qəlblərdə yaşayacaq.
Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-07-2019, 18:30
Oxunub:103


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti