yüklənir...
yüklənir...

Azərbaycanda yeni dini məktəblər açılacaq

Ölkədə yeni dini kolleclər açılacaq.
Vetenperverler.Az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış 10 dini təhsil müəssisəsi var. Bir neçə yeni dini kollecin açılması istiqamətində də hazırlıq işləri gedir.

Qafqaz Müsəlmanları İdarəsinin nəzdnində fəaliyyət göstərəcək bu müəssisələrdən birinin Nardaranda, digərlərinin isə bölgələrdə istifadəyə verilməsi nəzərdə tutulub.

Mübariz Qurbanlı bildirib ki, gələcəkdə İlahiyyat İnstitutunda digər dinlər üzrə kadrların hazırlığı da həyata keçiriləcək. Hazırda bu məsələ də gündəmdədir.

Hazırlıq işləri başa çatdıqdan sonra İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadrlar hazırlanacaq.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-07-2019, 02:13
Oxunub:28


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti