yüklənir...
yüklənir...

Argentinanın Azərbaycandakı səfiri cənab Sergiyo Perez Gunellanın “Vetenperverler.Az” sayıtına xüsusi müsahibəsi

Sergiyo Perez Gunellanın:- “Bizim mədəniyyətlərimiz olduqca yaxındır”.
Cənab səfir “Argentina Azərbaycan Rəssamlarının Gözü ilə” adlı sərgi haqqında fikirlərinizi bilmək isdərdik.

–Çox gözəl olan sərgidə bu gün müxtəlif azərbaycanlı rəssamlar iştirak edirdilər,onların arasında tələbələr, yaşlı və orta nəsilin nümayəndələri var idi. Bizə maraqlı gələn o oldu ki, yayın bu isti ayında bu qədər adam sevə-sevə bu sərgidə iştirak edir. Sərgidə Argentinanın müxtəlif asbektləri təqdim olunurdu, bizdə azərbaycanlıların bu səyini çox bəyəndik və dəyərləndiririk. Onlar hər biri bizə və ölkəmizə böyük dəyər verdikləri üçün biz fəxr edirik və bütün argentinalıların, səfirliyimizin adından öz təşəkkürümüzü bildiririk.
Belə sərgilərin növbəti dəfə təşkilini isdərdizmi?

-Əlbətddə yenidən belə bir sərginin təşkil olunmasını Azərbaycanda və Argentinada təşkil olunmasını isdərdim. Çünki, belə sərgilər vasitəsi ilə biz görürük ki, yerli rəssamlar uzaq bir ölkənin mədəniyyətini sırf bu rəsm əsərləri vasitəsi ilə təqdim edirlər. Bu sərgi bizim üçün, Azərbaycanda yaşayan argentinalılar üçündə çox maraqlı bir hadisədir və bizə xoşdur.
Cənab səfir bizdə fiziki məsafə çox uzaqdır amma Azərbaycan tolerand bir ölkədir və eyni zamanda özündə multikulturalizmi qoruyub saxlayır.

–Çox təşəkkür edirəm sizə, sərginin təşkilatçıları Elnurə və Aygün xanımlara, əminəm ki gələcəkdə tez-tez belə sərgiləri təşkil edəcəyik. Bizim mədəniyyətlərimiz olduqca yaxındır, ümumiyyətlədə xalq olaraq bir-birimizə oxşar xalqıq, bizim çox oxşar çəhətlərimiz var. Bunlardan biridə qonaqpərvərliyinizdir. Bizimdə ölkədə qonağı azərbaycanlılar bizi neçə qarşıladılarsa helə qarşılayırlar. Çox saq olun təşəkkür edirəm!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”









скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-07-2019, 22:00
Oxunub:67


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti