yüklənir...
yüklənir...

Tamerlan Qarayev ordenlə təltif edildi

Litvadakı səlahiyyətli və fövqəladə səfiri Tamerlan Qarayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Litvadakı səlahiyyətli və fövqəladə səfiri Tamerlan Yelmar oğlu Qarayev uzun illik diplamatik fəaliyyətini nəzərə alan ölkə prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978-1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991-1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992-1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.

1990-cı il 22 yanvar tarixində AXC Məclisinin üzvü və ADU hüquq fakültəsinin dosenti T.Y.Qarayev ictimaiyyət nümayəndəsi kimi 20 Yanvar hadisələrini təhqiq edən Azərbaycan SSR Ali Sovetinin deputat-istintaq komissiyasına üzv seçilmiş və məlum komissiyanın sədr müavini təyin edilmişdir. 1990-cı il 30 aprel – 1 may tarixində Göyçayda baş tutan AXC Məclisinin iclasında AXC Məclisinin ilk daimi sədri seçildi. 1990-1991-ci illərdə AXC Məclisinin sədri olmuşdu. 1990-cı il xalq deputatı seçkilərində Azərbaycan Ali Sovetinə xalq deputatı seçildi.

1991-1992-ci illərdə Ali Sovet sədrinin müavini, 1992-1993-cü illərdə isə Ali Sovet sədrinin I müavini olmuşdur. T.Y.Qarayev 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir. O, 1991-ci ildə Ukrayna, Estoniya, Latviya və Litvanın dövlət müstəqilliyinin tanınması haqqında qərarları Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası adından imzalayıb. 1992-ci ildə T.Qarayev AXC-dən çıxmış, öz siyasi partiyasını - “Doğru yol” Partiyası (DYP) yaratmış, 1992-ci ilin prezident seçkilərində AXC sədri Əbülfəz Elçibəyə qarşı öz namizədliyini irəli sürmüşdü. T.Qarayev 1992-ci ildə prezidentliyə 7 namizəddən biri oldu, amma 1992-ci il iyunun 5-də öz namizədliyini geri götürdü.

1993-2001-ci illərdə Çində, 2004-2011-ci illərdə Hindistanda, 2011-2018-ci illərdə İndoneziyada səfir olmuşdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 13 dekabr 2018-ci ildə onu İndoneziya, Filippin, Sinqapur, Timor-Lestedə səfir postundan geri çağıraraq Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin etmişdir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-07-2019, 20:16
Oxunub:27


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti