yüklənir...
yüklənir...

Ağdamda təhsil işçilərinin məzuniyət hüququ pozuldu - Etibar Toğrulun XIX yazısı

Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova məzuniyyətdə olan məktəb direktorlarını şura iclasına topladı.

Adamın hər işi, hər bir addımı, hər sözü saxtadır. Öz şəxsi maraqlarını qorumaq üçün bütün saxtakarlıqlara və yalanlara əl atır. Onun ən yaxın dostu saxta əməldir. Ən sevdiyi məşğuliyyət yeni saxtakarlıqlar düşünüb, tapmaqdı. Saxtakarlığı özünə peşə seçdiyindən birisi ilə söhbət etdikdə belə yeni saxtakarlıqlar barəsində düşünür.
Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın saxta əməlləri barəsində hər gün yeni bir məlumat eşitməli oluram. Bu dəfəki saxtakarlığı isə məktəb direktorlarının məzuniyyət hüququnun pozması oldu.
Beləki, ənənəyə uyğun olaraq hər tədris ilinin sonunda rayon Təhsil Şöbəsi yanında maarifyani şuranın iclası keçirilməlidir. Bu iclaslar hər zaman iyun ayının son günlərində baş tutur. Bu il isə Mətanət Misirxanova bir ilkə imza atdı. Beləki, bu dəfəki şura iclası Ağdamda iyun ayının 29-na təyin edilmişdi. İyun ayının 24-də Mətanət Misirxanova Bakıda məktəb direktorları üçün keçirtdiyi toplantıda özü şəxsən 29-da şura iclası keçiriləcəyini elan etmiş və hər bir direktorun həmin gün Quzanlıda olmasını tapşırmışdı. (bir məktəb direktorunun hüzürü olduğu üçün tək ona icazə vermişdi.) Lakin iyun ayının 28 də məktəb direktorlarına şura iclasının başqa vaxta keçirilməsi haqqında məlumat verilib. İyul ayının 1-dən isə məktəb direktoru pedoqoji heyətlə birlikdə məzuniyyətə buraxılıb. Məktəb direktorları məzuniyyətə çıxdiqdan 3 gün sonra isə Mətanət Misirxanova şura iclası çağırıb. Buda məktəb direktorlarının haqlı naracılığına səbəb olub.
Məzuniyyətdə olan işçıni hər hansı bir iclasda iştiraka məcbur etmək əmək məcəlləsinə ziddir.
Sual olunur... Mətanət Misirxanova əmək məcəlləsini və məktəb direktorlarının məzuniyyət hüququnu nədən pozub? Bu sualın cavabını araşdırıb tapmışıq.
Ağdam rayon təhsil işçilərının iyun ayı üçün maşları iyun ayının 28-də axşam saatlarında kartlarına köçüb. Həmin gün səhər saatlarında isə Mətanət Misirxanova maaşların nə vaxt köçəcəyi haqqında dəqiq məlumatı olmadığına görə, iyun ayının 29-na təyin etdiyi şura iclasını başqa vaxta keçirdir. Səbəb də aydındır. Çünki, rayon ərazisindən kənarda yerləşən Ağdam köçkün məktəb direktorları şura iclasına gələnda tam "hazırlıqlı" gəlməlidir. Yəni, şura iclasından sonra məktəb direktorları növbə ilə Təhsil Şöbəsinin müdirinin kabinetinə keçib məzuniyyət öncəsi haqq-hesab edib, bəzi "ödənişlər" etməlidir. Odurki, iyunun 28-də şura iclasının keçirilməsi, yazının əvvəlində qeyd etdiyim kimi, hər bir addımında maraq güdən Mətanət Misirxanovaya sərf etmirdi. Bu vəzifədə çalışdığı üç il müddətində Ağdam təhsilini bazar qanunları ilə idarə etdiyindən, nəyin sərf edib, etməməsini çox gözəl bilir.
Elə bazar pirinsiplərinə uyğun olaraq şura iclası dünənki tarixdə, məktəb direktorlarının məzuniyyətdə olduğu vaxt keçirildi. Bəzi məktəb direktorları mənimlə telefon danışığında məzuniyyət hüquqlarının pozulduğunu, getdikləri istirahət yerlərindən yarımçıq döndüklərini dilə gətirsələr də, ancaq heç biri dünənki iclasda buna öz etirazın bildirməyib.
Belə demək olar ki, Mətanət Misirxanovanın bu dəfəki planı da baş tutdu. Şura iclasından sonra kənardan gələn məktəb direktorları növbə ilə onun otağına daxil olub, sirf bazar qanunları ilə haqq-hesab çəkiblər.
Dünən ki, "bazar" o qədər xod gedib ki, Mətanət Misirxanova bundan ruhlanaraq onun barəsində yazdıqlarıma görə məndən Ağdam rayon Polis Şöbəsinə şikayət edib. Çox komik bir haldır.
Ya, onun gözünü dünən yığdığı pullar elə tutub ki, qanunları da gözü görməyib, yada ki, onun heç əvvəldən qanunlardan anlayışı olmayıb. Əgər belə olmasaydı, Mətanət Misirxanova bilməli idi ki, hər yansı bir müstəqil jurnalistin qələmə aldığı və müstəqil xəbər portalında işıqlandırdığı yazılar polis orqanlarında araşdırılmır. Bu polisin səlahiyyətinə daxil olan məsələ deyil. Bunun üçün məhkəmə instansiyası var. Bütün bunları unudan Mətanət Misirxanovaya bəzi xatirlamalar etmək məcburiyyətindəyəm:
İstənilən vəzifəli şəxslə jurnalistin arasında yaranmış mabahisələri məhkəmədə aydınlıq gətirilir. Hesab edirsənki, yazdıqlarım şər-böhtandı, o halda mülki qaydada məhkəmə qarşısında iddia ilə çıxış edə bilərsən. Əgər, iddia ərizəsi yaza bilmirsənsə və ətrafında bu savada malik adam yoxdusa, hər hansı bir vəkilə müraciət edə bilərsən. Mən də çox maraqlıyam ki, səninlə məhkəmədə qarşılaşam. Təsəvvür edirəm, o məhkəmə ictimaiyyət və mətbuat nümayəndələri üçün nə qədər maraqlı olacaq. Həmin məhkəmə salonunda əlimdəki faktlar dil açıb danışacaq. Son üç il ərzində sənə hədiyyə olunan bahalı əl çantaları, bahalı duxular, qızıllar dil açıb danışacaq. Eynən, "Mehman" filimdə deyildiyi kimi; "Qızıl saat dil açıb danışacaq." Bunlardan başqa da bilirsən nələr danışacaq??? Yox, başqa nələr dil açıb danışacaq, onları yazmıram. Qoy onlar da surpiriz kimi qalsın. Məhkəmədə tam olaraq nələrin dil açıb danışmasın yazsam, onda maraqsız olacaq. İstərdim sürpirizlərə də yer qalsın.
Növbəti yazılarımızı izləsəniz biləcəksiz ki;
- Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sevinc Bayramova işə qəbul imtahanından necə keçib?
- Ağdamın daha hansı məktəbləri ailə təsərrüfı pirinsipi ilə idarə olunur?
- Təhsil nazirinin əmrinə zidd olaraq hansı məktəblərə məcburi köçkün olmayan uşaqların qəbulu üçün sənədlər yığılır?
- Bir binada bir neçə Ağdam məktəbi yerləşdiyi halda dövlət vəsaiti necə talan edilir?
- Son üç ildə Mətanət Misirxanova neçə dəfə və hansı səbəblərdən töhmət verilib?
- Ağdamın hansı məktəblərində sağlamlıq imkanı məhdud olan şagirdlərə guya ev şəraitində "dərs deyən" müəllimlər həmin şagirdin harada yaşamasını belə niyə bilmirlər?
- Ağdam Təhsil İşçilərinin həmkarlar təşkilatında hansı maxinasiyalar gedir?
Şok məlumatlarla dolu olan növbəti yazımızı gözləyin.
Bizi izləməkdə davam edin!!!
Qarşı tərəfin də mövqeyin işıqlandırmağa hazırıq
.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:5-07-2019, 21:30
Oxunub:614


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti