yüklənir...
yüklənir...

Azərbaycanda məşhur ifaçı vəfat etdi

Azərbaycanda ilk rok qruplarından olan məşhur “Yuxu” qrupunun yaradıcısı İbrahim Emin ötən gün 56 yaşında vəfat edib.
Vetenperverler.Az xəbər verir ki, sənətçi qida borusunun xərçəng xəstəliyindən dünyasını dəyişib.
“Yuxu” qrupu 1988-ci ildə qrupun bass-gitaristi İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb.
Qrupun ilk çıxışı Sumqayıt şəhərində - "Kimyaçı" Mədəniyyət Sarayında baş tutub. 1989-cu ildə keçirilən ”Qızıl payız” festivalında isə qalib olub.
Qrupun ilk albomu Türkiyədə buraxılıb. “Yuxu” qrupu 1988-2001-ci illər ərzində həm Azərbaycanda və həm də Türkiyədə fəaliyyət göstərib.
"Yuxu" ilk dəfə Azərbaycanda daha çox "Xəzərin sahilində" mahnısı ilə tanınıb. Mahnıya hazırlanmış videoklip yerli kanallarda vaxtaşırı nümayiş etdirilirdi. Qrupun ifası və hazırlanmış klip həmin vaxt Azərbaycan auditoriyası üçün sankı bir yenilik idi.
“Xəzərin sahilində” mahnısı "Yuxu" üçün viza rolu oynayıb. 80-ci illərin sonlarında "Qızıl payız” müsabiqəsində qalib olduqdan sonra qrupun ifasına valeh olan Paskal adlı fransız xanım "Yuxu"nu Fransada fəaliyyət göstərməyə dəvət edir.
Həmin vaxtlar Fransaya birbaşa çıxmaq mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar verirlər.
Lakin hələ də naməlum olan səbəblərdən onlar Fransaya gedə bilmir və Türkiyədə qalıb fəaliyyət göstərməli olur. Qrupun hava limanında soyulduğu xəbərləri yayılsa da, bu şayiə olaraq qalır.
Sonralar Türkiyədə fəliyyət göstərməyə başlayandan qısa müddət ərzində qrup tanınmağa başlayır.
Türkiyədə qrupun üç – "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) albomları yayımlanıb.
Sonralar qrup dağılır. Qrupun gitaraçısı Namiq Nəqdəliyev Türkiyədə musiqiçi fəaliyyətini davam etdirir. Zərb alətləri ifaçısı Çingiz Eyvazov da qrup dağıldıqdan sonra Türkiyədə qalır, musiqi fəaliyyətinə davam edirdi. Lakin sonra Azərbaycana qayıdaraq, tatu ustası kimi çalışır. Qrupun vokalisti Cəsur Nemətov isə Rusiyada yaşayır.
Qrupun yaradıcısı İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” adlı yeni rok qrupu yaratsa da, fəaliyyəti boyunca “Yoruldum” (2014) albomu işıq üzü görür. Lakin albomdan bir müddət sonra bu qrup da fəaliyyətini dayandırır.
Bəzi məlumatlara görə, fəaliyyətini dayandırmış "Yuxu" qrupunun yaradıcısı İbrahim Emin son illər rəsm əsərləri çəkərək dostlarına satmaq və hədiyyə etməklə yaşayırdı.

Allah rəhmət eləsin...


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:3-07-2019, 15:38
Oxunub:207


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti