yüklənir...
yüklənir...

Ağdam rayon Təhsil Şöbəsi müdirindən qanunsüz göstəriş - Etibar Toğrulun XVIII yazısı

Mətanət Misirxanova: "Hər biriniz Facebookda saxta profil yaradin və Etibar Toğrulun cavabını verin."

Saxtakar əməllərini ifşa etdikcə, daha da saxtakar olurlar. Daimi oxucularımız bilir ki, iki aya yaxındir Ağdam təhsili ilə bağlı jurnalist araşdirmaları aparıram və bu araşdirmalar nəticəsində on yeddi yazı hazırlamışam. Həmin yazılarda rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın vəzifəyə təyin olunduğu üç il müddətində yarıtmaz fəaliyyəti və saxta əməlləri ilə tarixi şöhrəti olan Ağdam təhsilini uçuruma yuvarladığını faktlarla göstərmişəm.

Bu müddət ərzində mənə çoxları sual edib ki, Ağdam təhsili haqqında nədən bu qədər yazı yazırsan? Bu sualların bir cavabı var. Ağdam təhsilinin yetirməsi olan bir şəxs kimi doğma rayonumun təhsil sisteminin korrupsiya və saxtakarlıq bataqlığında batmasına göz yuma bilmirəm. Ağdam təhsili vaxtı ilə, nəinki bölgənin, hətta Sovet Azərbaycanının elm və təhsil sahəsində bir tarix yaratmışdı. Ölkəmizin, həmçinin dünya elminə töhfələr vermiş alimlərimizin ilk təhsil verdiyi Ağdam maarifi, sözün həqiqi mənasında öz şöhrəti ilə ad-san qazanmışdı.

Ağdam maarifinin əsasını qoymuş Abbas bəy İsmayılbəyov, Mirzə Davud Ağamirzəyev, Mirzə Məhəmməd, Ağdamın tarixi ziyalıları Xudu Məmmədov, Teymur Vəliyev, Rəşid və Ziyəddin Göyüşovlar, Famil Mehdi, Kərlar Mikayılov, Məmməd Məmmədov, Həsən Axundov, Surxay Qurbanov, Zülfüqar Səfərəliyev, Əli Eyvazov, Süleyman Zeynalov, Qara Hüseynov, Knyaz və Kəriş Quliyevlər, Mərqufə Ağamirova və başqaları, müasir ziyalılarımız akademik Adilə Namazova, professorlar Rafiq Əliyev, Xanoğlan İmanov, İxtiyar Bəxtiyarov, Adil Baxşəliyev, Rövşən Cavadov, Şirxan Səlimov, alimlərdən Durdanə Şirinova, Raquf Kərimov, Nürəddin Abbasov, Şöhrət Kərimov və adlarını qeyd etmədiyim yüzlərlə elm və maarif xadimi məhz Ağdam təhsilinin yetirmələri olublar.
Ağdam təhsilin tərixinə yaxından bələd olan və bu tarixi iki il müddətindəki araşdırmalarımın nəticə olaraq 2011-ci ildə "Ağdam ziyalıları: dünən və bu gün" adlı kitab yazan bir şəxs kimi Ağdam təhsilinin bu günki acınacaqlı vəziyyəti təbii ki, məni qane etmir. Kimləri qane edirsə, demək təhsilin bu vəziyyətə düşməsi o insanların şəxsi maraqlarına xidmət edir. Şəxsi maraqlar naminə, Ağdam təhsilinin rüsvarçı bir vəziyyətə düşməsindən belə zövq alanlar var. Təhsil necə olur-olsun, təki rayon Təhsil Şöbəsinin rəhbərliyi, işçiləri, tədrisin keyfiyyəti sifir olan məktəblərin direktorları bir-birinin bəhsinə xarici markalı avtomobillər, konfort şəraitli mənzillər alsınlar, ildə neçə dəfə sanatoriya və istirahət mərkəzlərində dincəlsinlər.

Tarixi şöhrətindən əsər-əlamət belə qalmayan Ağdam təhsili bu gün ifliz bir xəstəyə bənzəyir. Təəssüflər olsun ki, gözü doymayan bəzi quzğunlar ifliz vəziyyətə saldıqları Ağdam təhsilini hələ də didməklə məşğuldular.

Mənim üçün hər zaman əziz olan, səfasını yox, hər zaman zəfasın çəkdiyim doğma Ağdamımın təhsilini bu vəziyyətə salanlara qarşı söz savaşı aparmağımdan çoxları məyus olublar. Buna görə üstümə çamur atmağa çalışırlar. Hətta buna görə bəziləri məni düşmən, təhsili bu vəziyyətə salmış Mətanət Misirxanovanı dost bilib - "qorxma arxandayam, nə qədər bacarırsan bir o qədər də Ağdam təhsilini bataqlıqda batır" - deyə, ona ürək-dirik verən havadarlarını tarix bağışlamayacaq. Çünki, tarixi şöhrəti olan Ağdam təhsilinin çökməsinə şərait yaradanlar gec-tez zamanın sərt silləsi ilə qarşılaşacaqlar. Qürurumuz, fəxarətimiz olmuş Ağdam təhsilini rüscayçı bir vəziyyətə salmaq əsl faciədir. İşğalda olan torpaqlarımıza dönəcəyik, oradakı gözəllikləri yenidən bərpa edəcəyik, məktəblər, binalar, evlər yenidən ucalacaq. Ancaq, təhsilimizə vurulan yaralar sağalmayacaq. Böyük Ağdamımızda dağıdılmış, uçurulmuş tarixi məktəblərimiz olan Surxay müəllimin, Süleyman müəllimn, Knyaz müəllimin, Kəriş müəllimin məktəbləri (o zaman şəhərdəki məktəblər camaat arasında nömrələrlə deyil, məktəb direktorlarının adları ilə tanınardı) dövlətimizin iqtisadi gücü hesabına yenidən tikiləcək və istifadəyə veriləcək. Ancaq, o məktəblərdə çalışmağa, ağdamlı şagirdlərə dərs keçməyə savadı, biliyi mükəmməl olan podeqoji kollektiv forlaşdirmaq mümkün olmayacaq. Bax, əsl faciə onda başlayacaq. Şərəfi olan şəxs bu faciələrə şərait yaratmamalıdı.

Mətanət Misirxanovalar, Əhmədlər, Xalidələr, Şakirlər, Nazimlər, Sevinclər, Zəminələr, Səadətlər, Nərgizlər, Nəsibələr, Günellər, Arzular, Poladlar, Kəmalələr və digərlərinin (135 məktəb direktorunda 130 direktorun adın qeyd edə bilərəm) "fərasətləri" hesabına Ağdam təhsilinin tarixi adından başqa heç nəyi qalmayıb.

Mərhum şairimiz Şahmar Əkbərzadənin Ağdamın işğalından sonra qələmə aldığı "Allah bu torpağın kəsilib başı" şerini, elə Ağdam təhsilinə də şamil etmək olar;

Ağdam təhsilinin kəçilib başı,
Quran oxumağa mollası yoxdur!
Kəfən axtarmağa qohum, qardaşı,
Şivən qoparmağa anası yoxdur!


Bax, Ağdam təhsili eynən bu vəziyyətdədir.
Mətanət Misirxanova öz eyblərini düzəltmək və son 3 ildə Ağdam təhsilini batırdığı bataqlıqdan çıxartmağa çalışmaq əvəzinə eyibini göstərən aynanı sindirmaqla məşğuldu. Gah məktəb direktorlarını bir yerə toplayıb, tapşırıq verir ki; " Hər biriniz Facebookda saxta profil yaradin və Etibar Toğrulun cavabını verin."
Saxta insanların və saxta yollarla para qazananların bir amalı olur. Batdığı, gəmiyə daha çox insan mindirsin. Batan gəmidə özünə yoldaş olacaq insanların nə qədər çox olması saxta insanların təsəllisidir. Mətanət Misirxanova da bax beləcə ətrafını, məktəb direktorlarını özünə yoldaş olmağa sövq edir.

Ancaq, özünü boşuna yormuş oldu. Beləki, bütün saxta əməllərinə ortaq olduğu Metod Kabinetin müdiri Əhməd Rüstəmovdan, saxta yollarla və qanunsuz olaraq metodis vəzifəsini tutan Səadət Dadaşova adlı firansız dili tərcübəçisidən və bir nəfərdə olsun ağdamlı şagird olmayan Ağdam məktəbində pisixoloq kimi qanunsuz olaraq işləyən, özünə pisixolaq lazım olan bir şəxsdən başqa heç bir məktəb direktoru və ya təhsil işçisi mənə cavab vermədi. Əksinə, həmin iclasda iştirak edən məktəb direktorlarının bir neçəsi mənimlə görüşərək, Mətanət Misirxanovanın telefona yazdıqları səsini mənə dinlədiblər. Gör nə gündəsən Mətanət Misirxanova... Saxta əməllərə vadar etdiyin direktorlar, səninlə bir gəbidə batmaq istəmirlər. Sənin iclasından sonra dərhal mənim yanıma qaçıb, səsini mənə dinlədirlər. Üç il bundan əvvəl sən vəzifəyə təyin olunanda yanına təbrikə gəlib nə qədər pul verdiklərini, hər il ad günündə, bayramlarda və bunlardan başqa hər ay sənə hansı məbləğdə pullar verdiklərini belə mənə deyirlər. Sən bu il ad günü təbriklərini martın 7-də Quzanlıda iş otağında, ondan bir gün sonra isə Bakıda qəbul etdiyindən tutmuş, hansı direktorun sənə hədiyyə olaraq hansı firmanın duxusun, hansı firmanın əl çantasın və nə qədər pul verdiyindən də xəbərim var. Artıq, bir rəhbər kimi sənin sözünün kəsəri qalmayıb. Mənə cavab vermələrini tapşıriq verirsən, ancaq əksinə olur. Səsini yazıb, mənə dinlədirlər. Bir direktorla təklikdə nə söhbət edirsənsə, nə istəyirsən, nə alırsansa hamısından mənim məlumatım olur. Bütün bunlar onu göstərir ki, sən bir rəhbər kimi artıq bitmiş birisən və buna da şəraiti özün yaratmısan. Odur ki, getməyin sənin üçün ən gözəl variant olar. Get və məktəb direktorlarını rahat buraq. Onları onsuzda xiddəklərinə kimi saxtalıqlara bulaşdırmısan. Heç olmasa, onları tam olaraq bataqlıqda batırma. Etdiyin bütün saxta əməllərin tezlikdə tam mənasında ifşa olunacaq. O əməllərki, məhz onların hesabına Bakı şəhərində iki yerdə mənzil almısan, (birini yaxın qohumuna kirəyə vermisən, digərində isə övladların yaşayır) həyat yoldaşının avtomobilini daha da bahalı avtomobilə dəyişmisən, qızını xarici ölkələrin birində ali məktəbə qəbul etdirmisən. Bütün bunları, aylıq 800 manat maaşlamı etmisən?

Əhməd Rüstəmov isə məni böhtan atmaqda ittiham edir. Bunlar, böhtan deyil Əhməd əkə. Acı həqiqətdir. Düzdü həqiqəti qəbul etmək güc, cəsarət tələb edir. Sizlərdə isə o güc və cəsarət yoxdu.

Görəsən, bu yazıdan sonra, məni yeni daşa kim "qonaq" edəcək? Nə qədər bacarırsız, atın daşları üstümə. Ancaq unutmayın, mənə atdığınız daşlar bir gün sizin öz başınıza yağacaq, mütləq yağacaq!

Növbəti yazılarımızı izləsəniz biləcəksiz ki;
- Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sevinc Bayramova işə qəbul imtahanından necə keçib?
- Ağdamın daha hansı məktəbləri ailə təsərrüfı pirinsipi ilə idarə olunur?
- Təhsil nazirinin əmrinə zidd olaraq hansı məktəblərə məcburi köçkün olmayan uşaqların qəbulu üçün sənədlər yığılır?
- Mənə məktub yazaraq məni ittiham edən Əhməd əkənin oğlu Sərdar Rüstəmovun adı 2014-cu ildə Korrupsiya işində nə səbəbdən hallanıb?
- Bir binada bir neçə Ağdam məktəbi yerləşdiyi halda dövlət vəsaiti necə talan edilir?
- Son üç ildə Mətanət Misirxanova neçə dəfə və hansı səbəblərdən töhmət verilib?
- Ağdamın hansı məktəblərində sağlamlıq imkanı məhdud olan şagirdlərə guya ev şəraitində "dərs deyən" müəllimlər həmin şagirdin harada yaşamasını belə niyə bilmirlər?
- Ağdam Təhsil İşçilərinin həmkarlar təşkilatında hansı maxinasiyalar gedir?
Şok məlumatlarla dolu olan növbəti yazımızı gözləyin.
Bizi izləməkdə davam edin!!!

Qarşı tərəfin də mövqeyin işıqlandırmağa hazırıq.

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-07-2019, 19:09
Oxunub:542


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti