yüklənir...
yüklənir...

Tbilisidə Gürcüstan DİN-in binası qarşısında nazirin istefası tələbi ilə aksiya keçirilir

Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə keçirilən avtomobil yürüşü Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya ilə davam etdirilib.

VETENPERVERLER.AZ xəbər verir ki, aksiyaçılar siqnal verərək, fit çalaraq “Qaxaria get!” şüarı səsləndiriblər.

Aksiya iştirakçıları həmçinin DİN-in binasının dəmir hasarlarına rezin güllələrin təsviri olduğu və “Üzr istəyirəm?!” sözünün yer aldığı vərəqələr yapışdırıblar.

Analoji aksiya DİN-nin Kaxeti şossesindəki inzibati binasının önündə də keçirilib.

Hakim Gürcü Arzusu Partiyasının etirazçıların proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbini yerinə yetirməsinə baxmayaraq, aksiya saat 19:00-da Gürcüstan parlamentinin binası qarşısında davam etdiriləcək. Aksiyaçılar bütün tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, etirazçıların hələ qəbul olunmayan tələbləri daxili işlər nazirinin istefası və iyunun 20-də Tbilisidə keçirilən askiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasıdır.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-06-2019, 17:17
Oxunub:97


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti