yüklənir...
yüklənir...

Ağdam Təhsil Şöbəsi rəsmi şəxsinin məktubuna cavab - Etibar Toğrulun XVII yazısı

Məni böhtan atmaqda ittiham edən Metod Kabinetin müdiri Əhməd Rüstəmov özü mənə böhtan və şər atır.

İki gün əvvəl səhər saatlarından saytımızda yaranmış problem səbəbindən sayta daxil olub yazıları oxumaq mümkün deyildi. Qısa araşdirmadan sonra məlum olduki, sayta dağıdıcı virus yüklənib (daha dəqiqi yükləyiblər). Daşın hansı tərəfdən atıldığını dərhal bildim və saytın texniki əməkdaşına tezliklə bu problemi həll etməyi tapşırdIm. Facebook səhifəmdə isə saytımızın oxucularına məlumat verdim ki, narahatçılığa əsas yoxdu, gün ərzində problem həll ediləcək.

Gunorta saatlarında isə problem aradan qalxdı və sayt əvvəlki qaydada işləməyə davam etdi. Mən yenidən Facebook səhifəmdə saytdakı problemin həll olunduğunu saytın oxucularına çatdırdım. Bu məlumatı paylaşandan az sonra həmin statusumun şəhr bölməsinə bir məktubun gəldiyini gördüm.

İlk əvvəl məktumun imza yerinə baxdıqda Ağdam rayon Təhsil Şöbəsinin metod kabinetin müdiri Əhməd Rüstəmovun adını gördüm. Açığı sevindim. Düşündüm ki, nəhayət 16 yazıdan sonra Təhsil Şöbəsinin rəsmisi mənim toxunduğum məqamları araşdırıb və rəsmi münasibətin göndərib.
Ancaq, məktubu tam oxuduqdan sonra - gör kimdən nə gözləyirsən - deyərək özüm özümu qınadim.
İndi həmin məktubu nöqtəsinə, vergülünə toxunmadan sizlərə təqdim edirəm. Əslində Fscebook səhifəmi izləyənlər bu məktubla tanış olublar. Lakin, bu saytda getmiş yazılara cavab xarekterli məktubu olduğu kimi, elə saytda da yaymaq KİV haqqında qanunun tələblərinə görə və obyektivlik baxımindan bizim vəzifəmizdi. Həmdə adam əziyyət çəkib məktub hazırlayıb, özü üçün Facebook səhifəsi yaradıb, həmin səhifə vasitəsi ilə məktubu mənim səhifəmin şəhr bölməsinə göndərib.
Buyurun məktubda yazılanlarla tanış olun, sonra isə cavabımı diqqətininzə çatdıracam.

]Ağdam Təhsil Şöbəsi rəsmi şəxsinin məktubuna  cavab - Etibar Toğrulun XVII yazısı[

Əhməd Rüstəmov, indi isə mənim cavabımla tanış olun.
Əvvələ, məktubun əvvəlində qeyd etdiyiniz, guya mən qəpik-quruş müqabilində sifarişli şəkildə sizin barənizdə yazı yazmışam fikrinizi hüquqi müstəvidə sübut etmənizi tələb edəcəm deyə, bu iftiranın üstündən keçirəm.

"...Jurnalistlərə yaradılmış şəraitdən sizin kimilərinin də məqsədyönlüyü şəkildə sui istifadə edərək sayaqlamağı təəccüblü görünmür" - fikrinizə cavab olaraq diqqətinə çatdırıb ki, mən yuxu yatmağı heç xoşlamıram. Ona görədə sayıqlamaq kimi xüsusiyyətdə məndə yoxdu. Mən fikirlərimi yazıya köçürdüb oxuculara çatdırıram. Bu sayıqlamaq yox, peşə fəaliyyətidir. Ancaq, sizin "açıb, kəsəcəm, oğlumu göndərəcəm başın kəssin" - kimi sözləriniz əsl sayıqlamaqdır. Siz, həmin hədə mesajını mənə göndərəndən sonra, gözüm elə palatanın qapısında qalıb. Oğlunun yolunu gözləmişəm. Xəstəxanada olan adamın gözün yolda qoymaq heç yaxşı hal deyil.

"Əgər özünüzü jurnalist hesab edərək feyzbuk hesabınızda hər hansı bir “məlumat”ı yerləşdirirsinizsə niyə “ şərh” bölməsini aktiv etmirsiniz ki, orada ictimai rəy formalaşsın?"
Bu sualınızı oxuduqda isə, xeyli gülmüşəm. İki aya yaxındir xəstəxananın can sıxıcı abu-havasından heç gülməmişdim. Ancaq, yazdığınız bu sətirləri oxuduqdan sonra ürəkdən güldüm. Təşəkkür edirəm, Nəhayətində bir işə yaradız. Əgər siz yazdığın kimi mən şəhr bölməsin aktiv etməsəydim, siz bu məktubu necə yerləşdirə bilərdiz?

"Öz tədbirnizcə desək sizə bu qədər “fəkt” (?) daxil olur, bəs niyə bununla bağlı məni və ya başqa bir əməkdaşımızı bir jurnalist kimi müsahibəyə dəvət edərək fikrimizi öyrənmirsiniz? Bəlkə elə yazdığınız minlərlə saxta ittihamın hansısa biri təsdiqini tapacaq."
Bu sualınıza cavab olaraq bildirim ki, mən hazırladığım yazıların bir çoxunun sonunda "qarşı tərəfində mövqeyini dinləməyə və dərc etməyə hazıriq" sözü yazılıb. Siz və əməkdaşlarınız nə vaxt mövqe bildirmək istəmisiz və sizə şərait yaradilmayıb? O ki, qaldı yazılarda qeyd etdiyim faktların təsdiqini tapmasına, siz ondan narahat olmayın. Qeyd etdiyim faktları araşdirmağa gələcək dövlət qurumlarının təftişindən sonra nəyin təsdiqin tapıb, tapmayacağını biləcəyik. Bir az səbrli olmanız lazım.

"Ümumiyyətlə əgər jurnalistsinizsə bu sualıma cavab verməyinizi sizdn tələb edirəm: adını hallandırdığınız onlarla əməkdaşımızın hansından müsahibə almağa cəhd etmisiniz?"
Bu sualınıza artıq cavab verdim. Eyni sualı iki dəfə yazmağınızdan hiss olunur ki, bu məktubu hazırlayanda çox həyacanlı olmusuz.

"XIV yazı adlandırdığınız cızma-qarada göstərirsiniz ki, güya sizi baş kəsməklə hədələnmişəm. Yazılarınızı oxuyan .üurlu (?) insan dərk edir ki, nə sizin başınız yoxdur, nə də sizi kimsə baş kəsməklə hədələməz."
Bu iki cümləni isə çox əsəbi vəziyyətdə yazmağınız hiss olunur. Əvvəla, başımın olum ya olmamasını, bir müəllim kim istədiyiniz vaxt gəlib yoxlaya bilərsiz. O ki, qaldı hədə məsələsinə, yəqin ki, bir neçə gün bundan əvvəl söylədiyiniz sözləri unutmamısiz. Sadəcə etiraf edəcək gücdə deyilsiz.

"66 saylı məktəbdə direktor vəzifəsində işlədiyim müddəti analiz edərək belə nəticəyə gəlmisiniz ki, həmin vaxt sizin kimi bir böhtançının müraciəti ilə fəaliyyətim yoxlanıb, atılmış böhtan əsassız olduğu üçün irəli çəkilərək daha məhsul vəzifəyə təyin olunmuşam."
Hə, bax bu olmadı. Dünyasın dəyişmiş bir insanı bohtançı adlandırmaq yaxşı hal deyil. Axı, siz həmin adamın sağlığında onunla rastaşanda yolunuzu dəyişmisiz. Yoldan söhbət düşmüşkən bir sual verim. 2009-2010-cu illərdə (məktəb direktoru işlədiyiniz vaxt) yolu qoyub, məktəbə niyə qonşunun həyətindən keçib gedirmişsiz? Ancaq deməyin yadımdan çıxıb. Cəmi 10 il keçib üstündən. Çox uzun müddət deyil.

"Yoxsa öz aləminizdə prokrorluq orqanlarını da rüşvətxorluqda və saxtakarlıqda ittiham edirsiniz?"
Bu fikri siz deyirsiz. Mənim heç bir yazımda prokrorluq orqanlarını da rüşvətxorluqda və saxtakarlıqda ittiham etməmişəm.

"Əslində mən 66 saylı məktəbin direktoru işləyəndə belə bir hadisə baş verməyib. Bu məlumatı sizi ələ salmaq məqsədilə veriblər."
Gəlin ələ salmaq söhbətinin üstündən keçək. Çünki, ən azı yaşda məndən böyüksüz. Ona görə hər şeyi yazmaq istəmirəm. Məni, etikadan kənara çıxmağa məcbur etməyin. Yazdıqlarımı minlərlə insan oxuyur, onun üçün etikaya zidd nəsə yazmaq istəmirəm.

"Əlbəttə bu yazıların müəllifi ilə fikir mübadiləsi aparmaq, hansısa bir fikirini təkzib etmək və mübahisə etmək gülünc görünür. Ancaq bilməlisiniz ki, hər şeyin məhdudiyyəti olmalıdır."
Bəli, hər şeyin məhdudiyyəti olmalıdır. Sizn əməlləriniz də məhdudiyyəti olmalıdır. Müəllimlərə fəxri diplom satmağın da məhdudiyyəti olmalıdı.

"Ağdam RTŞ-nin tabeliyində olan köçkün məktəblərinin məktəbəhazırlıq qurupuna və X sinifinə qəbul haqqında ittihamlarınıza cavab olaraq bildirirəm ki, bunu siz bilməsənizdə sizə sifariş verənlər yaxşı bilirlər ki, köçkün məktəbinə köçkün olmayan şagirdlərin qəbul edilməsi Təhsil Nazirliyinin müstəsna səlahiyyətidir. Hansısa köçkün məktəbinin direktoru bunu istəsə, buna cəhd eləsə belə müvafiq elektron sistem həmin şagirdi kontingent siyahısına əlavə etmir."
Siz görünür, mənim yazdıqlarımı dəqiq oxumamısız. Mən, məktəbin ərazisindən çox uzaqda yaşayan məcburu köçkün şagirdlərin məktədə qəbulundan söhbət açmışam. Məsəl üçün, Bakının Əhmədli qəsəbəsində yaşayan, 10-cu sinifə kimi ideal şəraitli müasir idman zalı, kitabxanası, fənn kabinetləri, kompütür otağı movcud olan şəhər məktəbində təhsil alan həmin şagird və onun valideynləri nədən hansısa bir çayxanada, fermada, hər hansı bir məktəbin küncündə yerləşən, kənardan daxmanı xatırlayan Ağdam köçkün məkəbində 4 -7 şagirdli sinifdə təhsilini davam etdirsin? Həmdə yaşadığı ərazidən çox uzaqda yerləşən məktəbdə. Buna səbəb nədir? Mən yazılarımda bunun səbəbini izah etmişəm. Çünki, hazırlıq kursunda alı məktəbə hazırlaşan şagirdə hər hansı bir orta məktəbdə adının yazılması lazımdir ki, sonda orta təhsil haqqında attestat ala bilsin. Özü də məktəbə gəlmədən ali məktəbə hazırlaşsın. Bunu 9 il təhsil aldığı şəhər məktəbində edə bilmir, ona görə ki, o məktəblər davamiyyət məsələsinə ciddi yanaşırlar. Ancaq, Ağdam məktəblərində davamiyyət əsas deyil. Əsas olan sinif bağlanmasın, həmin sinifə "dərs" deyən müəllimlərə əmək haqqı köçsün, həmin şagirdin valideyinindən məktəb direktoru istədiyi pulu ala bilsin. Həmin şagirdlərdən hansısa məcburi köçkündüsə onun ərizəsinin üstünü sizin müdir Mətanət Misirxanova 200 manatın müqabilində yazır. Köçkün olmayan şagirdlərin şəhər məktəbindən Ağdam məktəbinə köçürülməsini isə Təhsil Nazirliyindən necə razılıq alınır və bu işlərin həlli üçün Təhsil Şöbəsinin hansı metodisdi məşğuldu bu da mənə bəllidi. Odur ki, mənim yazdıqlarımda səhf axtararaq ictimaiyyəti aldatmayın.

"Bir gün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərə uyğun olaraq.
a) böhtan atdığınıza görə,
b) şərəf və ləyaqəti alçatdığınıza görə
c) vətandaşın peşə fəaliyyətini alçatdığınıza görə
d) gizli yolla vətandaş(lar) barəsində məlumatları əldə etdiyinizə saxladığınıza və yaydığınıza görə cavab verməli olarsınız. Artıq o zaman “sifarişçi”ləriniz sizi müdafiə edə bilməyəcəklər."

Mən Mülki Prosessual Məcəlləni yarıya qədər yox ey, sona kimi oxumuşam, ancaq bu yazdığınızdan bir şey başa düşmədim.

"Bunları təhsil aldığınız “peşə fəaliyyəti” ilə məşğul olduğunuz illərdə öyrənməsəniz də dələduzluq maddəsi ilə həbs olunaraq 4 il həbsxanada cəza çəkdiyiniz müddətdə öyrənməli idiniz."
Bunu da hüquqi müstəvidə sübut etmənizi sizdən tələb edəcəm. Mən nəinki 4 il, heç 4 gündə Azərbaycan qanunvericiliyinə uyğun olaraq həbsxanada olmamışam. Bunu sübut etməniz lazım olacaq.

Əhməd Rüstəmov, məktubunuzda bir neçə yerdə məni sizə və əmkdaşlarınıza böhtan atmaqda ittiham edirsiz. Yazdıqlarımın hamısın təkrarlamaq istəmirəm. Ancaq, vacib olan məqamları bir daha xatirlayıb, sizə sual vermək istəyirəm.
Yazmışam ki, Əhməd Rüstəmov 6 yaşı tamam olmamış uşaqların seçim yolu ilə ilə məktəbə qəbulu ilə məşğul olan xüsusi komissiyanın sədri olub və pul müqabilində həmin uşaqları 1-ci sinifə qəbuluna icazə verib.

İndi gəlin bu yazdığımı dəqiq faktla aydınlaşdıraq. İki il bundan əvvələ kimi, siz komissiya sədri kimi Bakıda yerləşən 32 saylı Ağdam məktəbində məsləhətçilər Sevinc Bayramova, Şakir Səfərov, motodistlər Şəhla xanım və Züleyxa xanımla birlikdə Bakı və Sumqayıtdakı Ağdam məktəblərinə qəbul olmaq istəyən 6 yaşı tamam olmamış uşaqları guya "imtahan etmirdiz"? Hər uşağın sayına görə məktəb direktorlardan aldığınız pulun müqabilində guya bu uşaqlar "xüsusi istedadlı uşaqlar" olduqları üçün birinci sinifə qəbuluna icazə vermirdiz?
Böhtandımı bu?

Sizin hansı əməkdaşınıza böhtan atmışam? Yazmışam ki, motodist Səadət Dadaşovanın ixtisası firansiz dili tərcüməçisi olduğu halda, ingilis dili fənni üzrə modist işləməsi qanunsuzdu.
Böhtandımı bu?

Yazmışam ki, məsləhətçi Sevinc Bayramova Qizlar Universitetinin ibtidai metotika ixtisasını bitirsə də, ancaq bu gün Təhsil Şöbəsində aparıcı məsləhətçı kimi, Bakı və Sumqayıt məktəblərinə baş bilənlik edir.
Böhtandımı bu?

Yazmışamki, Mətanət Misirxanovanın ən yaxın rəfiqəsi olan metodist Zəminə xanım məsləhətçi Sevinc Bayramovanın xalasıdır.
Böhtandımı bu?

Yazmışam ki, Təhsil Şöbəsinin Bakı və Sumqayıtdakı Ağdam məktəblərindən aylıq pul yığanı məsləhətçi Şakir Səfərov bir-birinə zidd olan üç vəzifə icra edir.
Böhtandımı bu?

Yazmışam ki, Ağdamın 33, 34, 109 saylı köçkün orta məktəblərinin direktorları öz ailə üzvlərini tabeçiliyində çalışdırır. Təbii ki, sənəd üzərində...
Böhtandımı bu?

Yazmışam ki, Ağdamın 28, 89 saylı köçkün orta məktəblərınin ağdamlı köçkünlərə heç bir adiyyatı yoxdu. Yəni o məktəblərin yerləşdiyi ərazilərdə Ağdamdan olan köçkün ailələr yaşamır. Uzaq ərazilərdən gətirilmiş, əsasəndə köçkün olmayan şagirdləri sən üzərində həmin məktəbin "şagird"i edir və bunun hesabına məktəbi saxlayırlar. Hətta 102 saylı məktəbı də bura əlavə etmək olar.
Bötandımı bu?

Bu siyahını uzatmaq da olar, ancaq siz də yaxşı bilirsiz ki, mənim yazdıqlarımın heç biri yalan və böhtan deyil.
Son olaraq, sizə bir neçə sual ünvanlamaq istəyirəm. Bu suallara cavab yazıb göndərsəz, müsahibə kimi saytda işıqlandıracam.

1) Sizin Təhsil Şöbəsinin Motod Kabinetinin müdiri olaraq Ağdam məktəblərinə hansı məqsədə gedirsiz? O məktəbin fəaliyyətin yoxlamağa, yoxsa çay dəsgahında əyləşib şəkil çəkdirməyə gedirsiz?

]Ağdam Təhsil Şöbəsi rəsmi şəxsinin məktubuna  cavab - Etibar Toğrulun XVII yazısı[
2) Bir binada 2-3 Ağdam məktəbinin saxlanması nəyə xidmət edir? Ağdam məktəblərinin sayı çox olsun deyə dövlət büdcəsindən əlavə vəsaitin xərclənməsinə dəyərmi?
3) Ağdamdan məcburi köçkün ailələrinin məskunlaşmadığı ərazilərdə Ağdam köçkün məktəbinin saxlanmasına səbəb nədir? Nədən belə məktəblərin bağlanması barədə təhsil Nazirliyi qarşısında məsələ qaldırmırsız?
4) Bakida və digər şəhərlərdə yaşayan, ancaq Ağdamın kəndlərindəki məktəblərin 10-11-ci sinif şagirdləri və yaxud Bakının Əhmədli qəsəbəsində yaşayan şagird şəhərin o biri başında yerləşən Ağdam köçkün orta məktəbinin şagirdi bu uzaq məsafəni necə qət edib məktəbə gəlib gedirlər?
5) Şagirdləri müxtəlif ərazilərdən toplanmış Ağdam köçkün məktəbini ayda 800 manat kirə pulu verib kiminsə çayxanasında saxlamağın nə mənası var?
6) Birinci sinifdən 10-cu sinifədək şəhər məktəbində təhsil almış, 10-11-ci sinifləri isə Ağdam məktəbində adı gedən özü isə hər hansı bir hazırlıq kursuna gedib alı məktəbə hazırlaşmış abiturient qəbul imtahanında əldə etdiyi nəticəni nədən Ağdam təhsilinin uğuru kimi qələmə verirsiz? Axı, həmin məzunlar 10-11-ci siniflərdə ona "dərs demiş" müəllimlərinin adını belə bilmirlər.

Bu suallarıma səmimi cavab vermənizi gözləyirəm.

Birdə, özünü yuxarıda aparıb, məni aşağılamağa cəhd etmə. Yekunda bir şeyi nəzərinizə çatdırıb ki, siz nə Ağdamın, nədə Ağdam təhsilinin təsübun mənim qədər çəkə bilməzsən. Mən hər zaman şərəfli keçmişi ilə qurur duyduğum Ağdam təhsilinin inkışafını arzulamışam. Təəssüflər olsun ki, sizlər şəxsi maraqlarınıza görə ilbə-il Ağdam təhsilini bataqlığa yuvarlayırsız. Onu da xatirlayib ki, mən 2011-ci ildə Ağdam maarifinin şanlı tarixini özündə əks etdirən, bu rayonda fəaliyyət göstərmiş ilk məktəbi və ilk müllimindən tutmuş son illərin tərcübəli pedaqolarından, dəyərli ziyalılarından bəhs edən "Ağdam ziyalıları; Dünən və bu gün" adlı kitabımla Ağdam təhsilinə sizdən dəfələrlə çox xidmət etmişəm. Nəysə hələlik bu qədər...

Əhməd Rüstəmovun məktubuna cavab yazdığım üçün, ötən yazımda anons etdiyim faktlara toxuna bilmədim.
Odur ki, bizi izləməkdə davam edin!

Növbəti yazılarımızı izləsəniz biləcəksiz ki;
- Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sevinc Bayramova işə qəbul imtahanından necə keçib?
- Ağdamın daha hansı məktəbləri ailə təsərrüfı pirinsipi ilə idarə olunur?
- Təhsil nazirinin əmrinə zidd olaraq hansı məktəblərə məcburi köçkün olmayan uşaqların qəbulu üçün sənədlər yığılır?
- Mənə məktub yazaraq məni ittiham edən Əhməd əkənin oğlu Sərdar Rüstəmovun adı 2014-cu ildə Korrupsiya işində nə səbəbdən hallanıb?
- Bir binada bir neçə Ağdam məktəbi yerləşdiyi halda dövlət vəsaiti necə talan edilir?
- Son üç ildə Mətanət Misirxanova neçə dəfə və hansı səbəblərdən töhmət verilib?
- Bu il Mətanət Misirxanova öz doğum gününü hansı səbəbdən həm Ağdamda, həmdə Bakıda qeyd edib?
- Ağdamın hansı məktəblərində sağlamlıq imkanı məhdud olan şagirdlərə guya ev şəraitində "dərs deyən" müəllimlər həmin şagirdin harada yaşamasını belə niyə bilmirlər?
- Ağdam Təhsil İşçilərinin həmkarlar təşkilatında hansı maxinasiyalar gedir?
Şok məlumatlarla dolu olan növbəti yazımızı gözləyin.
Bizi izləməkdə davam edin!!!

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-06-2019, 12:37
Oxunub:789


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti