yüklənir...
yüklənir...

Ağdam təhsilində "cib"məktəblər - Etibar Toğrulun XVI yazısı

Mətanət Misirxanovanın əsas qazanc mənbəyi "cib" məktəblərdi.

"Papka" məktəb sözü mətbuatda çox hallanıb. Bu termin hər kəsə bəllidi. Mən Ağdam təhsili ilə bağlı araşdırma yazılarımda "papka" məktəblərdən söz açmışdim.
Ancaq indi Ağdamın "cib" məktəbləri barədə yazmaq istəyirəm. "Papka" məktəb odur ki, məktəbin şagirdi var, müəllimlər var ancaq tədris kağız üzərində gedir. O məktəbdən, 5-10 nəfər pul qazanır. Ancaq "cib" məktəbi isə o deməkdir ki, nə şagirdi var, nə müəllimi və kankret cib üçün adı qalıb. Yəni şəxsi abyekt kimi saxlanılır.
Bərdə rayonunun Qaradəmirçi kəndində vaxtı ilə Ağdamın 4 saylı orta məktəbi olub. 2013-2014-cü tədris ilində Bərdə rayonunda məcburi köçkünlər üçün qəsəbə istifadəyə verildi. Həmin qəsəbədə 3 mərtəbəli məktəb binası tikildi. Həmin binaya Ağdam 1 və 3 saylı köçkün orta məktəbləri yerləşdirildi. (Bir binada iki Ağdam məktəbinin olmasının absürd olduğunu və dövlət büdcəsinə nə qədər zərər vurduğunu yazmışdım ötən yazılarımızda.)
4 saylı məktəbin məcburi köçkün olan müəllim və şagirdləri də həmin 5 mərtəbələr adlanan qəsəbəyə köçürüldü və burada fəaliyyətə başlamış 1 və 3 saylı orta məktəblərə yerləşdirildi. Belə olduğu halda 4 saylı məktəbin fəaliyyətinə xitam verilməli idi. Ancaq məktəbin direktoru Zabil Məmmədov fərasətli tərpənərək "məktəb"i sənəd üzərində qoruyub saxlaya bilib. İndi o məktəbdə faktiki Zabil Məmmədovdan başqa heç kim yoxdu. Qaradəmirçi kəndinin məktəbindən və ya yaxud başqa məktəblərdən 30-40 şagirdin adını yazıb "məktəb"i saxlayır. Hər ay dövlət büdcəsindən xeyli miqdarda vəsaiti isə "məktəb" direktoru Zabil Məmmədov mənimsəyir. Təbii ki, bu vəsaiti o tək öz cibinə qoymur. Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın cıbı ilə bölmək məcburiyyətindədir.
10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəhbərliyi və Mərkəzin Ağdam rayon üzrə baş məsləhətçi, bunu da bilmirdiz, eləmi? İndi ki, bildiz, zəhmət çəkin araşdırın. Gunorta saat 11-12 də evindən çıxan Zabil Məmmədovun analoqu olmayan "məktəb"i barədə ölçü götürün. Siz ölçü götürməsəz, onsuzda Maliyyə Nazirliyi və Hesablamalar palatası ölçü götürəcək.
4 saylı məktəbdən başqa şəxsi abyekt kimi saxlanan bir "məktəb"də Bakıın Nübar qəsəbəsindədir. Burada Ağdamın 28 saylı köçkün orta "məktəb"i var. Sənəd üzərində olan bu "məktəb" direktor Tahirə Şahmuradovanın evində "fəaliyyət" göstərir. Ötən yazımda qeyd etdiyim Ağdam 33, 34 və 109 saylı köçkün məktəblərində olduğu kim bu "məktəb" də ailə təsərrüfatı kimi idarə olunur. Bu məktəbində saxlanması iki cibə - direktor və təhsil şöbəsi müdirinin ciblərinə xidmət edir. 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəhbərliyi və Mərkəzin Ağdam rayon üzrə baş məsləhətçi bu məktəbi də görməzlikdən gəlməsələr yaxşı olar.
Ötən yazımda, Bakıda və Sumqayıtdakı Ağdam məktəblərinə guya nəzarət edən məsləhətçi və motodislərdən söz açmışdim. Bu metodislərdən biri Səadət Dadaşovanın ixtisası firansız dili tərcüməçisi olduğu halda ingilis dili fənni üzrə metodis kimi qanunsuz fəaliyyətindən də ötən yazılarımın birində geniş söhbət açmışdim.
Dünən ki, yazı gedəndən sonra Təhsil Şöbəsinin aparıcı məsləhətçısı Sevinc Bayramova barədə mənə yeni məlumat daxil oldu. Həmin məlumatı araşdirdıqda daha başqa qandonduran məlumatlar da əldə etdim. O, məlumatın birini indi qeyd edəcəm, o biri məlumatı isə tam araşdırıb, növbəti yazımda sizlərin diqqətinə çatdıracam.
Sevinc Bayramova Qizlar Universitetinin ibtidai metotika ixtisasını bitirsə də, ancaq bu gün Təhsil Şöbəsində aparıcı məsləhətçı kimi, Bakı və Sumqayıt məktəblərinə baş bilənlik edir və ötən yazımda qeyd etdiyim kimi hər məktəbdən 50-70 manat aylıq alır. (Rüşvət yox ha, aylıq.)
Sevinc Bayramovanın bu səlahiyyətlərə sahib olmasına səbəb xalasıdır. Sevinc xanım, Təhsil Şöbəsinin motodisti, Mətanət Misirxanova ilə yaxın rəfiqə olan Zaminə xanımın bacısı qızıdır. Analoqu olmayan idarəetmə sistemi mövcuddur Ağdam təhsilində. Xala metodis, bacı qızı aparıcı məsləhətçi... Görən Sevinc xanım bu gedişlə Ağdam təhsilini hara aparır?
Qohumlardan söhbət düşmüşkən, qeyd edim ki, Ağdam təhsilində qohumçuluq pirinsipləri geniş yayılıb. 138 məktəbin demək olar ki, 130 da direktorun bir və çox qohumu həmin məktəbdə işləyir.
Yuxarıda qeyd etdiyim 4 saylı məktəbin direktoru Zabil Məmmədov da Təhsil Şöbəsinin Etibar adlı motodistinin bibisi oğludu.
Bundan başqa Ağdam məktəblərində vərəsəlik pirisipindən də çox geniş istifadə edilir. Beləki, təqaüdə çıxan məktəb direktoru ya oğlunu, ya qızını, yada digər ailə üzvlərindən kimisə yerinə təyin etdirir. Direktorların işə qəbul imtahanında bal toplaya bilmədiklərindən isə çoxu həvalə ilə işləyir.
Vərəçəlik yolu ilə direktor olanlardan biri də, Ağdam rayon I Yüzbaşı kənd tam orta məktəbinin direktoru Polad Zeynalovdu. Həmin Polad Zeynalov ötən il az qala media ulduzu olmuşdu. Bir gün rəsmi məlumat yayıldı ki, Polad Zeynalovun şəxsi həyətindən silah, sürsat tapılıb. Dərhal həbs olunan Polad Zeynalov bir müddət sonra həbsdən azad olunub direktor kimi fəaliyyətin davam etdirdi. Rəsmi məlumata görə həmin silah, sürsatı onun həyətinə direktor olduğu məktəbin riyaziyyat müəllimi atıb və hüquq-mühafizə orqanlarına məlumat ötürüb. Məlum olduki, riyaziyyat müəlliminin öz direktoru ilə şəxsi ədavəti varmış. Çox maraqlıdir... Riyaziyyat müəlliminin direktorla nə ciddi ədavəti ola bilər ki, onun həyətinə silah tullayıb həbs etdirəcək qədər pislik etmək istəsin?
Bu ədavətin səbəbləri barəsində əlimdə məlumatlar var. Qısa araşdımadan sonra sizlərin diqqətinə çatdıracam. Çox maraqlı məlumatdir. Odur ki, bizi izləməkdə davam edin!
Növbəti yazılarımızı izləsəniz biləcəksiz ki;
- Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sevinc Bayramova işə qəbul imtahanından necə keçib?
- Ağdamın daha hansı məktəbləri ailə təsərrüfı pirinsipi ilə idarə olunur?
- Təhsil nazirinin əmrinə zidd olaraq hansı məktəblərə məcburi köçkün olmayan uşaqların qəbulu üçün sənədlər yığılır?
- Məni hədələyən Əhməd əkənin oğlu Sərdar Rüstəmovun adı 2014-cu ildə Korrupsiya işində nə səbəbdən hallanıb?
- Bir binada bir neçə Ağdam məktəbi yerləşdiyi halda dövlət vəsaiti necə talan edilir?
- Son üç ildə Mətanət Misirxanova neçə dəfə və hansı səbəblərdən töhmət verilib?
- Bu il Mətanət Misirxanova öz doğum gününü hansı səbəbdən həm Ağdamda, həmdə Bakıda qeyd edib?
- Ağdamın hansı məktəblərində sağlamlıq imkanı məhdud olan şagirdlərə guya ev şəraitində "dərs deyən" müəllimlər həmin şagirdin harada yaşamasını belə niyə bilmirlər?
- Ağdam Təhsil İşçilərinin həmkarlar təşkilatında hansı maxinasiyalar gedir?
Şok məlumatlarla dolu olan növbəti yazımızı gözləyin.
Bizi izləməkdə davam edin!
!!
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-06-2019, 13:23
Oxunub:383


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti