yüklənir...
yüklənir...

Ağdam təhsilində ailə məktəbləri - Etibar Toğrulun XV yazısı

Mətanət Misirxanovanın məktəblərinin əksəriyyəti, direktorların ailə üzvləri və yaxın qohumları tərəfindən idarə olunur.

Ötən yazımdan iki gün ötüb. Bu iki gündə indiyənə kimi qeyd etdiyim faktlar qədər faktlar göndərilib mənə. Bəzi ağzı göyçəklər isə sosial şəbəkələrdə muzakirə açıb, yazırlarki niyə Ağdam təhsilindən bu qədər yazıram. Nə qədər ki, fakt var və nə vaxta kimi bu korrupsiya hallarına son qoyulmayıb yazacam.
Ötən yazının sonunda anons etmişdim ki, orta məktəblərin 10-cü sinifinə şagird qəbulu üçün ərizənin üstünü yazdırmaq üçün direktorlar Mətanət xanıma nə qədər pul verir? Bu suala aydınlıq gətirmək üçün qeyd edim ki, Ağdamın köçkün məktəblərində xüsusi ilə Bakıda yerləşən şagird kontingenti olmayan orta məktəblər 10 sinifi yaratmaq məqsədi ilə uzaq ərazilərdən şagirdlər qəbul edirlər. Əsasən o şagirdlərin valideynləri köçkün orta məktəblərinə üz tutular ki, onların övladları hazırlıq kurslarına getdikləri üçün hər hansı bir orta məktəbdə adları getməsi vacıbdir. Bunu yerli məktəblərdə etmək mümkün olmadığı üçün Ağdamın köçkün orta məktəblərı onlar üçün sərfəlidir. Yəni direktora pulunu ver övladın 10-11-ci siniflərdə köçkün məktəbində "təhsil alsın" və hazırlıq kursuna gedərək ali məktəbə hazırlaşsın. Ötən yazılarımızda belə qanunsüz faktların Ağdamın Əfətli, Hacıturalı, Həciməmmədli, Həsənxanlı, Evoğlu və digər məktəblərində də baş verdiyini qeyd etmişdik. O məktəblərdə 3-4 şagirdin adı gedir, özü məktəbə gəlmirsə, ancaq Bakıdakı məktəblərdə bu 10 nəfərdən artıq olur. Bu şagirdlərin əksəriyyəti isə məcburi köçkün olmayan ailələrin övladlıdı. Bu isə təhsil nazirinin müvafiq əmrinə ziddir.
Direktor 10-cu sinifə şagirdi necə qəbul edir? Direktor valideyinin ərizəsin alanda aylıq pulu razılaşır və bundan başqa ərizənin üstünü Təhsil Şöbəsinin müdiri tərəfindən yazılması üçün ən azı 200 manat məbləğində pul alır. (Bunun adına rüşvət deməyək, elə sadəcə pul deyək.) Sonra məktəb direktorları o ərizələri tam şəkildə toplayıb dərs ili başlamamış OYŞ adlı hesabatı təqdim edərkən Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovaya üstün yazdırırlar. Təbii ki, hər ərizəyə görə 200 manat ödəmək şərti ilə.
Bax beləcə, topladıqları şagirdlər hesabına kağız üzərində 10-cu sinif yaradırlar. Direktorlar bu qanunsuz əməli etməkdə üç əsas marağı var. Birincisi, hər şagirdə görə valideyindən aylıq pul alınır, ikinci maraq odurki, məktəbi tam orta məktəb statusunda qoruyub saxlamaqdı. Tam orta məktəb olduğu halda isə 10-cu sinf üçün hər ay 35 saat dərsin pulu mənimsənilir. 35 saatın pulu isə ayda 880 manat, 40 manat isə sinif rəhbərinin aylıq vəzifə maaşını əlavə etsək bu rəqəb 920 edir. (Hazırki maaşla. Sentiyabr ayından isə 20 faiz artacaq.) 11-ci sinifi də əlavə etsək ayda 1840 manat edir. Bir il ərzində isə 22080 manat təşkil edir. Hər bir məktəb il ərzində dövlət büdcəsinə 20 mindən manatdan artıq ziyan vurur. Belə məktəblərdə bir deyil, on deyil.
Təhsil Şöbəsinin müdiri qazans əldə etsin deyə, məsləhətçi və motodislər məktəb direktorlarından aylıq alsın deyə, (məsləhətçi 50 manat, motodislər isə 30 manat) direktorlar özləri üçün konfort yaşayış təmin etsin, xarici markalı avtomobillərdə gəzsinlər deyə dövlət büdcəsi talanır. Təəssüflər olsun ki, vəzifəsi bilavasitə belə halların qarşısın almaq olan 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəhbərliyi də göz yumur.
Bu qanunsuz şagird qəbulu və formal 10-11-ci sinifləri saxlamaqda bir maraq da odur ki, adları köçkün məktəbinin sinif jurnalında gedən, özləri isə hazırlıq kurslarında ali məktəbə hazırlaşan şagirdlərin abiturient kimi əldə etdikləri nəticələr 9 il təhsil aldıqları məktəblərin deyil, iki il formal "şagird"i olduqları köçkün məktəbinin aktivinə yazılacaq. Mətanət Misxanova da bu nəticələri Ağdam təhsilinin uğurları kimi qələmə verəcək.
Bundan başqa, artıq neçə ildir ki, məktəblərdə 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları açılır. Bu qrupları da açmaq üçün birincı 5 yaşlı uşaqlar olmalıdir, ikinci isə Təhsil Şöbəsinin rəhbərliyinin razılığı olmalıdı. Bu işi isə Mətanət Misirxanova sağ əllərindən biri olan metodis Zəminə xanıma həvalə edib.
Məktəbə qədər qurupa daxil olan 5 yaşlı uşağın məcburu köçkün olması qanunla şərt olduğu halda, ancaq məktəb direktorları "pulunu ver şəklini çəkdir" pirinsipi ilə qrupu açırlar. Beləki, motodis Zəminə xanıma 500 manat məbləğında pul (buda rüşvət deyil, sadəcə puldu) verib ən azı 15 uşaqla qrupu açırlar. Bu uşaqların əksəriyyəti məktəbin yerləşdiyi ərazidən çox uzaqda yaşadıqları üçün onların məktəbə gəlib-getməsi mümkünsüz oldundan bu qruplarda kağız üzərində olur. Bu kağız üzərində yaradılmış məktəbəqədər qrupa müəllim təyin edilir və həmin müəllimə maaş buraxılır. O, maaşın isə çox hissəsi direktora çatır. 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəhbərliyi və Ağdam rayon üzrə baş məsləhətçi bunu da bilmirdilərsə bilsinlər.
İndi isə keçək, ailə təsərrüfatı pirinsipi ilə idarə olunan məktəblərə. Ağdamda belə məktəblər çoxdur. Hamısını bir yazıya cəm edə bilməsəm də, ancaq bir neçəsin bu yazıda nəzərinizə çatdıracam.
Bərdə rayonunun Cəyirli kəndində Ağdamın 109 saylı orta məktəbi var. (Oxu direktor Natiq Əsədovun ailə təsərrüfatı) Bu məktəbin beş əsas vəzifəsini məktəb direkturunun ailə üzvləri və yaxın qohumları tutub. Yeri gəlmişkən onu da qeyd edim ki, bu məktəbin direktoru Natiq Əsədov ötən yazılarımda "fəaliyyətini" xüsusi qeyd etdiyim Təhsil Nazirliyinin Daxili Nazarət idarəsinin əməkdaşı Məhəmməd Aslanovla dost münasibətindədir. Demək olar ki, Natiq Əsədovun əsas humayədarı Məhəmməd Aslanov hesab olunur. Ümumiyyətlə Ağdam təhsilində hansı daşı qaldırırsan altından Məhəmməd Aslanovun adı çıxır.
109 saylı məktəbdən başqa Bakının Mehdiabad qəsəbəsində yerləşən 34 saylı Ağdam köçkün orta məktəbinin direktoruda Günel Vəliyeva da palaza bürünüb ellə sürünməklə o biri məktəb direktorlarından qalma geri pirinsipi ilə işləyir. Beləki, həmin məktəbin təsərrüfat müdiri direktor Günel Vəliyevanın həyat yoldaşıdır. Maraqlı məqam budur ki, həmin təsərrüfat müdiri maşın alveri ilə məşğul olduğu üçün məktəbin təsərüfat işləri ilə ümumiyyətlə məşğul olmur.
Bakının Müşviqabad qəsəbəsində yerləşən Ağdam 33 saylı orta məktəbinin direktoru Nəsibə Hüseynova da eyni prinsiplə məktəbi idarə edir.
Bakıda və Sumqayıtda yerləşən Ağdam məktəblərinin direktorları " kəndxudanı gör kəndi tala" pirinsipini əsas gətirərək, Təhsil Şöbəsinin müdirini, Metod Kabinetin müdirini, məsləhətçisilər Şakir Səfərovu, Sevinc xanımı, metodislər Nazim müəllim, Zəminə xanımı və digər motodisləri razı salaraq öz qanunsüz əməllərini rahat şəkildə həyata keçirdirlər.
Razı salmaq deyərkən, aylıq puldan başqa, onlara məktəblərdə verilən qonaqlıqlar, açılan süfrələrdə nəzərdə tutulur. Hətta elə olur ki, məktəb tədris ocağından çox yeyib-içmək məkanlarına bənzəyir.
Gəlin Bakıdakı Ağdam məktəblərində çəkilmiş fotolara diqqət edək.


Ağdam təhsilində ailə məktəbləri - Etibar Toğrulun XV yazısı
Ağdam təhsilində ailə məktəbləri - Etibar Toğrulun XV yazısı
Ağdam təhsilində ailə məktəbləri - Etibar Toğrulun XV yazısı

İndi sizlər deyin, bura təlim-tərbiyə ocağına bənzəyir, yoxsa...
Bu fotoya diqqət edin.


Ağdam təhsilində ailə məktəbləri - Etibar Toğrulun XV yazısı

Burda da Təhsil Şöbəsinin Metod Kabinetin müdiri, danışanda düzgünlükdən danışan, yazdıqlarıma görə məni hədələyən Əhməd Rüstəmov Bakıdakı Ağdam məktəblərinin birində guya yoxlamada olarkən çəkilib.
Qarşısına meyvə, ləbləbi düzülmüş Əhməd əkə belə yerdə necə deməsinki; "Mən belə vəzifədən necə əl çəkib?"
Bu şəkli gördükdən sonra anladım ki, Əhməd əkəni məni hədələyəcək qədər qaza gətirən məktəblərdə yediyi qoz, findıq ləpələri olub.
Hesab edirəm ki, bu günlük bəsdir...
Növbəti yazılarımızı izləsəniz biləcəksiz ki;
- Ağdamın daha hansı məktəbləri ailə təsərrüfı pirinsipi ilə idarə olunur?
- Təhsil nazirinin əmrinə zidd olaraq hansı məktəblərə məcburi köçkün olmayan uşaqların qəbulu üçün sənədlər yığılır?
- Məni hədələyən Əhməd əkənin oğlu Sərdar Rüstəmovun adı 2014-cu ildə Korrupsiya işində nə səbəbdən hallanıb?
- Bir binada bir neçə Ağdam məktəbi yerləşdiyi halda dövlət vəsaiti necə talan edilir?
- Son üç ildə Mətanət Misirxanova neçə dəfə və hansı səbəblərdən töhmət verilib?
- Ağdamın hansı məktəblərində sağlamlıq imkanı məhdud olan şagirdlərə guya ev şəraitində "dərs deyən" müəllimlər həmin şagirdin harada yaşamasını belə niyə bilmirlər?
- Ağdam Təhsil İşçilərinin həmkarlar təşkilatında hansı maxinasiyalar gedir?
Şok məlumatlarla dolu olan növbəti yazımızı gözləyin.
Bizi izləməkdə davam edin!!!

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:19-06-2019, 15:38
Oxunub:470


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti