yüklənir...
yüklənir...

17 iyun tibb işçilərinin peşə bayramı günüdür

İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.
Vetenperverler.Az xəbər verir ki, bu il biz Tibb İşçiləri gününü artıq 18-ci dəfədir qeyd edirik. Bu peşə bayramı Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsidir. Ulu öndərin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri gününü təsis etməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsini göstərir. Tibb işçilərinin peşə bayramı Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyinin yaradıldığı gün – 17 iyun tarixi seçilib. Bu da çox simvolikdir. Bu, bir tərəfdən bizim öz tariximizə bağlı olmağımızı göstərir, digər tərəfdən, xatırladır ki, ölkəmizdə səhiyyə xidməti necə böyük bir inkişaf yolu keçib.
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətiyaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır.
Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Və mən bütün tibb işçilərinin ilk növbədə özlərinə, ailə üzvlərinə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Bütün həkimlərə, səhiyyə sahəsində çalışan hər kəsə xoşbəxtlik, əmin-amanlıq arzu edirəm. Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və çox şərəfli və fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.
Yeganə Telmanqızı
“Vetenperverler.Az”


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-06-2019, 19:26
Oxunub:77


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti