yüklənir...
yüklənir...

Təhsil işçisi killerlik iddiasında - Etibar Toğrulun XIV yazısı

Ağdam rayon Təhsil Şöbəsinin müdiri peşka fiqurlarla gediş edir.

Təhsil işçisi killerlik iddiasında - Etibar Toğrulun XIV yazısı

Çox narahat və şok vəziyyətdədirlər... O qədər narahatdirlarki, hətta məni baş kəsməklə belə hədələyəcək qədər başların itiriblər.
Bizi izləyənlər bilir ki, artıq bir aydır ki, Ağdam rayon Təhsil Şöbəsinin rəhbərliyi və Ağdam məktəbləri barəsində əlimizdə olan faktlar əsasında silsilə araşdırma yazıları hazırlayırıq. Bu günə kimi bu mövzuda 13 yazı hazırlamışam və yazını yayımlanandan sonra yeni faktlar əldə etmişəm.
Ötən yazıda Təhsil Şöbəsi Motod Kominetin müdiri Əhməd Rüstəmovun son üç ildə Bakı şəhərinə ezamiyyətləri fantastik qədər olduğunu, hətta elə ay olub ki, ayın 30 gününün 28 gününü Bakıda ezamiyyətdə olduğunu, son üç ildə onun adına yazılan ezam xərcləri isə on min manatlarla olduğunu və bu fakt Maliyyə Nazirliyi, Hesablamalar Palatası və digər aydiyyəti dövlət qurumlarında araşdırıldığını qeyd etmışdik. Yazının sonunda isə anons etmişdik ki, Əhməd əkənin oğlu Sərdar Rüstəmovun adı 2014-cu ildə Korrupsiya işində nə səbəbdən hallandığına da aydınlıq gətirəcəyik.
Bakıdakı "Qaranquş" sanatoriyasında istirahət edən bizim Əhməd əkə bu yazılardan o qədər narahat olub ki, məni tanıyan bir nəfərə zəng edib, məni hədələyib.
- Əgər Etibar Toğrul yazdıqlarına təkzib verməsə oğlum onun başın kəçəcək - dəyərək hikkə ilə bildirib.
Dünən axşam Facebook səhifəmdə bu barədə qısa məlumat vermişdim və buna görə mənə gecə yarısına kimi zənglər və mesajlar gəlməkdə davam etdi. Hər kəs böyük maraqla, məni hədələyənin kimliyi ilə maraqlanirdılar.
Bu "qəhrəman" Əhməd əkədir. Kimdir bu Əhməd Rüstəmov?
Bu o Əhməd Rüstəmovdur ki, vaxtı ilə Ağdam rayonunun Xindıristan kəndində yerləşən 66 saylı köçkün orta məktəbinin direktoru olub. (Xindıristan kənd orta məktəbinin beş addımlığında olan bu məktəbə ehtiyac yox idi, heç indi də yoxdur.) Həmin o məktəbdə o qədər qanunsüzluqlar etmişdiki, hətta Əhməd əkənin fəaliyyəti prokurorluqda araşdırılıb. Sonra Təhsil Şöbəsində fəaliyyətinin davam etdirən Əhməd Rüstəmov burda da pulu hər şeydən üstün tutub. O, həmçinin Təhsil Şöbəsində fənn aylıqları üzrə komissiyasının sədridir deyə, məktəb direktorları məcburdurlarki, arada onun hesabın çatdıra. Eyni zamanda Ağdam məktəblərində çalışan müəllimlərdən kim fəxri fərman almaq istəyirsa Əhməd əkəni "görməlidir". Onun əsas qazancı ezamiyyətdir ki, onu da keçən yazımızda qeyd etmişik. Bir sözlə, gəlir məmbəyi ilə bağlı problemi yoxdu bizim Əhməd əkənin.
Əslində Əhməd əkənin mənim yazılarımdam bu qədər hikkələnməsinin və məni hədələyəcək qədər qaza gəlməsinin səbəbləri mənə aydındır. Əvvəl, oğlu mənim Facebook səhifəmdə öz tərbiyyəsin nümayiş etdirdi və mənim cavabımdan sonra susdu. Sözlə bacara bilmədiklərini anlayaraq, hədəyə keçdilər. Həmdə mənim mobil nömrəmi bildiyi halda birbaşa mənə zəng edib sözünü deməyə özündə cəsarət tapmadığı üçün, bir başqasına zəng edərək onun vasitəsi ilə mənə hədə dolu mesajın çatdırır.
Əhməd əkə, sənin mesajın mənə çatdı... indi isə mənim mesajımı dinlə!
Sən prokurorluq orqanlarında vəzifədə çalışan yaxın qohumuna güvənərək belə qaza gəldiyini mən yaxşı bilirəm. Sən də onu dəqiq bilki, hədələrinlə bağı ölkənin Baş Prokuroğu cənab Zakir Qaralova rəsmi müraciət və jurnalist soğrusu göndərəsi olsam sən artıq o yaxın qohumuna güvənə bilməyəcəksən. Yəni istərdim bunu, dəqiq biləsən... Yeri gəlmişkən, bir söz soruşum səndən. O, güvəndiyin vəzifəli şəxslə qohum olmağında bilavasitə səbəbkar olmuş mərhum Baxşeyiş Qasımovun arada bir ruhuna dua oxuyursanmı? Yəni nə demək istədiyimi anlamış olduğunu guman edirəm. Hələ, istəmirəm açam sandığını və oradakı pambığını indi istirahət etdiyin "Qaranquş" sanatoriyasından Ağdam Təhsil Şöbəsinin binasına qədər səpəm. İmkan ver qazanlar örtülə qaynasın. Bu qazanların qapağın qaldırsam məktəb direktoru olduğun dövrdən bu günə kimi o qazanda qaynatdığının qoxusu aləmi bürüyəcək. İndi, seçim sənindir. İllərdi qaynatdığın qazanın ağzını açmağımı istəyirsənsə, mənə növbəti hədə mesajını göndər.
Əhməd Rüstəmovdan başqa bu günlərdə Təhsil Şöbəsinin bir xanım metodisti də Facebook səhifəmdə guya mənim yazılarıma irad bildirməyə cəhd edirdi. Çox qısa bir araşdirma apardim həmin xanım metodis barəsində. Məlum oldu ki, ixtisası firansız dili üzrə tərcüməsi olan Səadət Dadaşova adlı bu xanım Təhsil Şöbəsinin ingilis dili fənni üzrə metodisdi (?) Saxtakarlığın dərəcəsinə diqqət edin. Heç orta məktəbdə ingilis dili fənnini tədris etməsi belə qanuna ziddir. Belə olan halda o xanım məktəblərdə tədris olunan (əgər tədris olunursa) ingilis dili fənndinə necə nəzarət edə bilər, ingilis dili müəllimlərinə necə metidik məsləhətlər verə bilər? Təbii ki, onun buna nə ixtisası, nə savadı, nə də bacarığı yol vermir. Belə olan halda rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova bu xanımı nə səbəbdən metodis təyin edib? Səbəb mənə bəllidir. Ancaq bu səbəb o qədər iyrəncdirki, yazıb mədənizi bulandımaq istəmirəm. Bu dünyadan bixəbər Səadət Dadaşova elə bilirki onu tezliklə məktəb direktoru təyin edəcəklər. Odur ki, Mətanət xanımın və onun havadarının ifa etdiyi havaya oynayır.
Mətanət xanım, şahmat oynamağı bacarır. Ancaq çox zəif olunçudur. Əhməd Rüstəmovun və Səadət Dadaşovanın timsalında iki peşkasın oyun gedişində qurban verdi. İndi, o bu oyunda iki peşka azlıqda qalıb. Çox yaxında mənim şah gedişimə mat deməyə məcbur olacaq. Mənimlə şahmat oynayan bir çox məmur bu masadan məğlub halda durub. İndi də növbə Mətanət xanımındı...
Ötən yazıda qeyd etdiyim kimi, Ağdam məktəblərinin birində təftiş zamanı beş min manat maliyyə yeyintisi aşkarlanıb. Həlbuki, Mətanət xanımın 135 məktəbdən ən azı 130 məktəbində maliyyə yeyintiləri beş mindəm qat-qat çoxdu. Söhbət on minlərlə manatdan gedir. Bu halın özü Ağdam məktəbləri tərəfindən ən azı milyonlarla manat dövlət vəsaitinin talanması deməkdir. Mətanət xanım bir məktəbində beş min manat yeyintini öz havadarı və əlaltıları vasitəsi ilə üzə çıxardıb, faş edibsə, bu o deməkdir ki, o özü Ağdam təhsilində maliyyə pozğunluğu və korrupsiya hallarının baş verdiyini etiraf etmiş olur.
Bu həmdə o deməkdir ki, Ağdam məktəb direktorları başlarına kimi, Mətanət Misirxanova isə saçlarının tükünə kimi korrupsiyaya bulaşıb.
Növbəti yazılarımızı izləsəniz biləcəksiz ki;
- Ağdam Təhsil İşçilərinin həmkarlar təşkilatında hansı maxinasiyalar gedir?
- Hansı məktəbdə sentyabr ayında 11 sinif, yanvar ayında isə 10 sinif qaldığı halda fakultətif məşğələrin pulunu dərs ilinin sonuna kimi necə alıblar?
- Orta məktəblərin 10-cü sinifinə şagird qəbulu üçün ərizənin üstünü yazdırmaq üçün direktorlar Mətanət xanıma nə qədər pul verir?
- Məktəblərdə məktəbə hazırliq qruplarının açılması üçün direktor nə qədər "tərləyir" və bu pulu Təhsil Şöbəsinin Mətanət xanımla yaxılığı ilə seçilən hansı metodisti yığır?
- Təhsil nazirinin əmrinə zidd olaraq hansı məktəblərə məcburi köçkün olmayan uşaqların qəbulu üçün sənədlər yığılır?
- Məni hədələyən Əhməd əkənin oğlu Sərdar Rüstəmovun adı 2014-cu ildə Korrupsiya işində nə səbəbdən hallanıb?
- Bir binada bir neçə Ağdam məktəbi yerləşdiyi halda dövlət vəsaiti necə talan edilir?
- Son üç ildə Mətanət Misirxanova neçə dəfə və hansı səbəblərdən töhmət verilib?
- Ağdamın hansı məktəblərində sağlamlıq imkanı məhdud olan şagirdlərə guya ev şəraitində "dərs deyən" müəllimlər həmin şagirdin harada yaşamasını belə niyə bilmirlər?
- Hansı məktəb tədris ocağından çox yeyib-içmək məkanlarına bənzəyir?
Şok məlumatlarla dolu olan növbəti yazımızı gözləyin.
Bizi izləməkdə davam edin!!!

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-06-2019, 14:16
Oxunub:464


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti