yüklənir...
yüklənir...

Bu kəndlərdə inəklərə də nal vurulur

Tovuzun ucqar dağ kəndləri olan Çataq, Hacılar və Kazımlıda inəklərə də nal vurulur.
Vetenperverler.Az -ın məlumatına görə, səhər saatlarında dağın yamacına ötürülən mal-qara axşamadək dağlıq ərazidə otlayır. Gün ərzində 5-10 kilometr yol qət edən iribuynuzlu heyvanların rahat gəzməsi üçün maraqlı üsuldan istifadə edilir. Sakinlər dırnaqların zədələnməməsi üçün inəklərə nal vururlar. Bir heyvanın ayağına vurulan nal qət etdiyi yoldan asılı olaraq 6 ay və ya bir il müddətində yenisi ilə əvəz edilir.
Daha çox atın ayağında gördüyümüz bu nallar dəmir və ya polad materialdan hazırlanır. Atlardan fərqli olaraq isə inəklərin hər ayağına 2 ədəd nal vurulur.
Nal əsasən irigövdəli və sağılan inəklərə vurulur.

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:16-06-2019, 01:07
Oxunub:60


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti