yüklənir...
yüklənir...

Azərkitab kitab təbliğatı mərkəzinhdə Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi

Azərbaycan xalqının taləyində onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub
Müxtəlif tarixi hadisələrlə əlamətdar olan bələ günlərdən ən önəmlisi 15 iyun Milli Qurtuluş Günüdür.Azərkitab kıtab təbliğatı mərkəzi və Azərbaycan Mətbuat Şurası'nın birgə təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə bağlı tədbir kəçirildi.Tədbiri giriş sözü ilə açan Azərkitab kitab təbliğatı mərkəzinin layihə rəhbəri Sabir Həsənov Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil,böyük ictimai,siyasi və tarixi əhəmiyyətə malik bir gündür.Azərbaycannın inkişafında,müsteqilliyində,gələcəyində müstəsna rol oynayan,daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyev Azərbaycanın bir dövlət kimi varlığına son qoyulmasının qarşısını aldığını vurğuladı.1991-ci ilin oktyabrında Azərbaycan müsteqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı.İctimai həyatın bütün sahələrində xaos,hərc-mərclik baş alıb gedirdi.Azərbaycanda hakimiyyət boşluğu yaranmışti.1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.Həyder Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 15 iyun muasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil olmuşdur.Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Həyder Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdir.15 iyun Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləştirildiğini qeyd etdi.Ötən illərdə ümummilli liderimizin həyata kəçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş,Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çəvrilmişdir.Bu illərdə Həyder Əliyevin gərgin zəhmət,əzm və siyasi iradə sayəsində rəallaştırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.Həyder Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti,dünyanın aparıcı dövlətləri və əsaslanan xətlə inkişaf etməyə başlayıb.Tədbirdə ayrıca yazıcı şair Oktay Rza,Əməkdar xalq artisti Niyametdin Musayəv Nağməkar şair Yusif Bəyləganlı şair publisist Fesih Alioğlu şair jurnalist Azadə xanım Novruzova şairə Nəcibə xanım İlkin və ziyalılarımız,millət vəkilləri,elm adamları,şairler,mətbuat numayəndələri o cümlədən gənc nəslin nümayəndələri iştirak ediblər.Daha sonra tədbir iştirakçıları Həyder Əliyevlə bağlı xatirələrini,Heydər Əliyevin demokratik,hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yəridərək,ölkədə insan huquq və azadlıqlarının başlıca pirinsiplərinin bərqərar olması üçün zəmin yaratdığını bildirdilər.
Fesih Alioğlu- Şair publisist

Azərkitab kitab təbliğatı mərkəzinhdə Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi
Azərkitab kitab təbliğatı mərkəzinhdə Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi
Azərkitab kitab təbliğatı mərkəzinhdə Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:15-06-2019, 11:14
Oxunub:122


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti