yüklənir...
yüklənir...

Əlvida Məktəb

14 iyun Azərbaycan məktəblərəndə “Son zəng” günüdür.
Bu gün minlərlə onbirincilər məzun adı qazanırlar. İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfədə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır. Hər birimiz qəlbimizin dərinliyində “kaş o günlərə dönə biləydim” arzusu keçir. Əziz onbirincilər siz bu gün doğma məktəblərinizdə hər gün yeni-yeni biliklərə yiyələnib, müstəqil həyata hazırlaşmısınız. Bu gün sizin qəlbinizdə sevinc hissləri ilə yanaşı, dərin bir minətddarlıq hissidə var. Həyatını şam kimi əridən valdeynlərimizə, yorulmadan elmin çətin yollarında yolumuza nur çiləyən, əlimizdən tutub bizi daima irəliyə aparan müəllimlərimizə sonsuz təşəkkürlər.
Müəllifdən: VETENPERLER.AZ sayıtının redaktoru Etibar Toğrulun oğlu Xasay Əliyevi və bacılarımın övladları “Təfəkkül lisey” nin məzunları Ümid Dadaşovu, Rübabə Cəbrayılovanı və onların simasında bütün məzunları təbrik edirəm. Əziz məzunlar hər birinizi bağrıma basıram. Arzu edirəm ki, tələbə adına layiq görülüb öz əməlləriniz ilə Vətənimizin adını həmişə zirvələrə ucaldasınız.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-06-2019, 01:39
Oxunub:129


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti