yüklənir...
yüklənir...

Ağdam təhsilini korrupsiya çökdürür - Etibar Toğrulun XII yazısı

Rayon Təhsil Şöbəsinin müdiri qanunsuz əməlləri kimə güvənərək edir?

Dəyərli oxucular, bilirsiz ki, mən artıq bir aydır ki, Ağdam rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən yol verilən qanunsuz hərəkətləri və bir çox məktəb direktorlarının "fərasət"ləri barəsində silsilə araşdırma yazıları hazırlayıram. Hər yazını sizlərə çatdırdıqda, daha yeni faktlar üzə çıxır. Hər gün mənim həm Facebookdakı şəxsi inbokusuma, həm də vatsapp nömrəmə gələn onlarca mesajlar vasitəsi ilə göndərilən faktlar bitib tükənmir.
Mənim Facebook səhifəmi izləyənlər bilirlər ki, bir neçə gün bundan əvvəl bir status paylaşaraq, Ağdam təhsili ilə bağlı araşdırma yazılarıma ara verməyi və bunu çox hörmət bəslədiyim dəyərli bir ağsaqqalın tövsiyyəsi ilə etdiyimi qeyd etmişdim. Mənim bu jestimin qarşılığını isə görün rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova necə qarşıladı?
Ağdam ərazisindəki orta məktəblərin birində 9-cu siniflərin imtahanı keçirilən vaxt mənim araşdırma yazılarımdan narahat olan bir neçə məktəb direktoru Mətanət Misirxanovaya yaxınlaşaraq, çox narahat halda deyiblər:
- Müdir saytda bizim barəmizdə gedən yazılar bizi çox narahat edir.
Mətanət xanım isə, xüsusi əda ilə bildirib:
- Əşi, narahat olmayın. Rayonun icra başçısı Etibar Toğrula təpinib və oda bu yazıları dayandırıb.
Elə, Mətanət Misirxanovanın söylədiyi bu yalanı faş etmək üçün yenidən bu yazıları davam etdirmək qərarına gəldim.
İlk öncə Mətanət xanıma sual edirəm ki, Siz kimə güvənərək və nə haqqla cənab başçının adından istifadə edirsiz? Siz elə bilirsiz ki, mən hər hansı təpinməkdən çəkinən biriyəm? Yanılırsız...
Birinci sualın cavabı mənim üçün aydındır. Yəni Siz kimə güvəndiyiniz mənə bəllidir. Mən bu şəxsi de-şifrə edəcəyimi neçə vaxtdır anons edirəm deyə, oxucular çox maraqla bu şəxsin kimliyini öyrənmək istəyirlər. Odur ki, oxucuları çox intizarda qoymayacam. O, dövlət məmurunun kimliyini bu yazımda açıqlayacam.
Ancaq, istəyirəm lap əvvələ qayıdam. Yəni, Ağdam təhsili ilə bağlı ilk araşdırma yazılarıma...
Bu yazıları yazmaqda əsas məqsədim Ağdamın bir çox tam orta məktəblərinin tam olmamasıdır. Yəni, 10-11-ci siniflərin dərs cədvəli, sinif jurnalları, dərs bölgüsü, müəllimlərin dərs saatlarına görə maaşları var. Demək olarki, hər şey var. Tək olmayan şagirdir. Beləki, sinif jurnalında adı yazılan şagirdlərin çoxu Bakıda və digər şəhərlərdə yaşayır, orada hazırlıq kurslarına gedirlər.
Əslinə qalanda bu fakt Ağdamın əksər məktəbində mövcüddür. Mən isə ərazi üzrə Əfətli məktəblərindən başlamışdım. "Təkrar biliyin anasıdır"-deyiblər. Odur ki, keçmiş yazılarımdan bəzi statlar gətirmək istəyirəm ki, bizi indi izləməyə başlamış oxuculara tam aydın olsun.
İkinci yazımda Ağdam rayonunun Əfətli, Hacıturalı, Həsənxanlı və Hacıməmmədli kənd tanm orta məktəblərinin buraxiliş suniflərinin real vəziyyətini oxucuların diqqətinə çatdırmışdım..
Demək, bu məktəblərin hər birində 4-5 nəfər 10 və 11 ci sinif şagirdləri var. Əlavə məşğələlərin yazılması və sinifi qorumaq üçün uzaq şəhərdən uşaqların şəxsi işlərini məktəbə gətirib guya bu məktəbin şagirdidi deyə adlarını sinif jurnalına yazırlar. Uşaq isə Bakıda, Sumqayitda və digər şəhərlərdə hazırlıq kursuna gedir. Həmin hazırlıq kurslarında mənimsədikləri biliklərin nəticəsi olaraq ali məktəbə qəbul olur, nəticə isə həmin kənddəki məktəblərin aktivinə yazılır. Həlbuki heç o məzunlar atestatlarını hansı məktəbdən aldıqlarından belə bixəbərdilər.
Ancaq bu saxtakarlıqlar olmasın deyə və dövlətdən əlavə vəsait cəlb edilməməsi üçün bu 4 dörd məktəbin 10 və 11-ci siniflərini birləşməsi nəticəsində hərisi 20-25 şagirdlik iki sinif yaranır. Hər dörd məktəbdən güclü müəllimləri bu siniflərə cəlb etməklə tədrisin keyfiyyətini də bu yolla artirmaq olar. Eyni zamanda nəzərə alsaqki əgər hər məktəbdə bir 10 və bir 11-ci sinif varsa o məktəbə müəllimlərin maaşlarının ödənilməsi üçün ayda 1980 manat, (10-11- siniflər üçün) ildə isə 23760 manat vəsait edir. Əgər Əfətli kənd ərazi nümayəndəliyindəki 4 məktəbin 10 və 11-ciləri bir məktəbdə hərəsini bir sinifdə birləşdirilsə hər ay dövlət büdcəsinən 5940 ildə isə 71280 manat vəsaitə qənaət etmək olar. Yenə təkrar edirəm 70 min manatdan artıq vəsait tək bir ərazi vahidində yerləşən məktəblərdən gedir. 10 saylı Ərazi Hesablamaları Mərkəzinin Ağdam rayon Təhsil Şöbəsi üzrə baş mühasibi Valeh Kərimov bu məsələ barəsində Ərazi Hesablamaları Mərkəzinin rəhbərliyi qarşısında məsələ qaldırsa yerinə düşər.
Əvvəlki yazılarımın birində isə, yenə Əfətli kənd Ətazi Vahidliyinin ərazisində yerləşən Həsənxanlı kənd tam orta məktəb haqqında bir iki kəlmə yazmışdım. Xüsusi olaraq, onu qeyd etmişdim ki, bu məktəbin direktoru Sevinc Quliyeva üç dəfə direktorların işə qəbul imtahanında iştirak etsə də, lakin tələb olunan balı toplaya bilməyib. Sual olunur, Sevinc Quliyeva ilə hörmətli təhsil nazirimizi hansı tellər bağlayır? Sevinc Quliyevanı müdafiə edən gözə görünməz qüvvələr kimlərdi? Bunu da araşdırarıq. Onu da qeyd edək ki, həmin məktəbin təsərrüfat müdiri hal hazırda Bakıda yaşadığı üçün onu atası əvəz edir. Buda Azərbaycan Respublikası Əmək Məcəlləsinin kobud sürətdə pozulması deməkdi. Bundan başqa isə məktəbin 10 və 11 -ci sinif şagirdləri Bakıda yaşayaraq hazırlıq kurslarına gedirlər.
Başqa bir yazımda isə eyni ərazi vahidliyinin tərkibində "fəaliyyət" göstərən Əfətli kənd tam orta məktəbinin dünyanın heç bir yerində görünməyən "uğurları"dan söz açmışdim. Beləki, Əfətli kənd tam orta məktədinin 10-cü sinifinin dörd şagirdı, 11-ci sinifdə isə bir şagirdinin adı Əfətli məktəbınin jurnalında getsə də lakin həmin şagirdlər Bakı şəhərində yaşayırlar. Bu da onu göstərir ki, Əfətli məktəbində tədrisin keyfiyyəti o qədər yüksəkdir ki, həmin şagirdlər hava nəqliyyatı ilə həftənin beş günü Bakıdan 365 km məsafədə yerləşən Əfətli məktəbinə gəlib-qayıdırlar. Əhsən belə tədrisə...
Əfətli kənd orta məktəbin 10-cu sinifində xarici dil kimi ingilis dili "tədris edilir". Bu tədris o qədər gücdü olur ki, şagirdlər həmin müəllimə ayda 30 manat ödəməklə əlavə hazırlıq kursu da keçirlər. Ayda 30 manat verib ingilis dili "öyrənən" şagirdlərin imtahanda göstərdukləri nəticə isə sifir olub. ƏHSƏN!!!
Yenə həmin ərazi vahidliyində "fəaliyyət göstərən" Hacıturalı kənd tam (tam ha) məktəbinin 10-11 ci sinif şagirdlərinin əksəriyyəti Bakıda və Mingəçevirdə hazırlıq kurslarına gedirlər. Həmin şagirdlər Bakı və Mingəçevir şəhərlərində hazırliq kurslarında mənimsədikləri biliklər hesabına ölkənin müxtəlif ali və ya orta ixtisas məktəblərinə qəbul olur. Hacıturalı kənd tam (lap tam) orta məktəbinin direktoru Pərviz Aslanov isə sinəsinə döyür ki, mənim məktəbimin nəticəsi var. Bu Pərviz Aslanov görən özün aldadır, yoxsa cəmiyyyəti? Heç olmasa özünün ali təhsil diplomunun saxtalığından utanmır ey. Halal olsun... Uşaqdakı fərasə bax ey, hamını aldada bilib...
Əfətli, Həsənxanlı, Hacıturalı kənd tam (tam ha) orta məktəblərinin direktorlarının mahərətləri və fərasətləri haqqında yazdıqdan sonra, Hacıməmmədli kənd orta məktəbınin direktoru Elşən Məmmədov bizdən gileylənirmişki, bu mahalda məndən fərəsətli məktəb direktoru yoxdu. Bəs mənim fərəsətimdən niyə yazmırlar? Bizdə də maraq yarandı ki, görən bu özünü fərəsətli hesab edən məktəb direktorunun fərəsəti nədən ibarətdi? Qısa araşdirmalardan sonra məlum oldu ki, elə həqiqətən ən fərəsətli direktor "master sport" Elşən Məmmədov imiş.
Nədəni, budur ki, bu Elşən Məmmədov ixtisasca fiziki tərbiyə müəllimi ola-ola gəlib Hacıməmmədli kənd tam (əməlli-baş tam ey) orta məktəbınin direktoru olub. Uşaqdakı fərasətə bax ey? Görən bu neçə gündə bu master sport Elşən bizim gözümüzdən necə yayınıb? Araşdirma zamanı məlum oldu ki, bu Elşən əkə uzağı səlis görmə idman növü üzrə master sport imiş. Beləki, direktor olduğu məktəbin yuxarı sinif şagirdləri gündəlik cədvəl üzrə dərsə gəlməyin vacıb olmadığını yaxşı bildikləri üçün (yəni məktəbdə tədris olmadığı üçün) şagirdlər Mingəçevirdə, Bakıda hazırlıq kurslarına gedirlərki, qəbul imtahanında normal bal toplayıb ali və ya orta ixtisas məktəblərin birinə qəbul ola bilsinlər. Bizim master sport Elşən əkə də direktor olduğu məktəbin şagirdlərinə uzaqdan nəzarət edirki, görən bu uşaqlar vaxtı-vaxtında kursa gedib gəlirlərmi? Sual oluna bilər ki, Elşən əkənin bunda marağı nədirki? Maraq böyükdü. Çünki şagird ali məktəbə qəbul olarsa neçə il ayaq döydüyü hazırlıq kursunun nəticəsi kimi yox, master sport Elşən Məmmədovun "məktəb"inin uğuru kimi qeyd ediləcək. "Bəxt üzüyü" filmində Söylunun dediyi kimi "bir medal da açacaqlar yaxasına". İndi bildiz bu master sportun marağı nədir?
Bu yazılardan sonra adlarını qeyd etdiyimiz direktorlar dərsə hazır olmayan şagirdlər kimi ağızlarına su alıb dayanıblar. Yazdıqlarımızın yalan olduqlarını (əgər yalandısa) isbat etmək üçün ən azından qarşı tərəf kimi cavab vermək hüquqlarından istifadə edə bilərdilər. Onların deməyə sözləri olmadığından belə qənaətə gəlmək olar ki, bizim yazdıqlarımız lap hədəfə dəyib. "Susmaq hər zaman razılıq əlamətidir."
Fərəsətlərini qələmə almadığımız məktəb direktoru bizdən inciməsin. Növbə ilə hamısını yad edəcəyik. Elə başlayaq Ağdam rayon Evoğlu kənd orta məktəbinin direktoru Ramil Mirzəyevdən. İlk öncə onu qeyd edək ki, Ramil Mirzəyevin direktor olduğu məktəbin çox şanlı keçmişi olub. Ağdam rayonunun tanınmış pedaqoqlarından və məkəbçünans ziyalılarından olmuş Allahyar müəllimdən sonra o məktəbi idarə etmək çox asan bir iş imiş. Çünki Allahyar müəllim məktəb idarəçiliyində bir sistem qurmuşdu. Ancaq, by Ramil əkə öz "fərəsəti" ilə nəinki, o sistemi qoruyub saxladı, əksinə o sistemi alt-üst etdi. Bu da başqa fərəsətli direktor yoldaşları kimi kənardan şagird gətirməklə məktəbin 10-11 ci siniflərində şagird sayını suni sürətdə artılrmaqla məşğul oldu. Necə deyərlər pula büründü, ellə süründü. Yaxınlıqdaki Çəmənli kənd orta məktəbində bir qeyri-qanunu hazırlıq kursu fəaliyyət göstərir. Həmin Ramil əkə öz məktəbinin 10-11-ci sinif şagirdlərini həmin hazırlıq kursuna apararaq, ayda 40 manat müqabilində onları guya ali məktəbə hazırlayır. Fərəsətinə əhsən Ramil əkə.
Qonşu Qaradağlı məktəbində də vəziyyət heçdə Evoğlu məktəbindən geri qalmir. Evoğlu məktəbinin heç olmasa Allahyar müəllim kimi sayılıb, seçilən direktoru olubsa, bu baçıbəlalı Qaradağlı kənd orta məktəbinin heç əvvəlki direktordan da bəxti gətirməyib. Bu gün Ağdam rayon İcra Hakimiyyəti başçısının təhsilə "baxan" müavini Ağa Zeynalov bu məktəbin direktorluğundan İcra Hakimiyyətinə vəzifəyə gedib. Qaradağlı kənd orta məktəbin indiki direktoru ixtisasca fortopionino müəllimi olan Gülnurə Muradova məktəbində hər şeyin qayda-qanuni və səliqə səhmanlı olması görüntüsü yaratmaq üçün məktəbin giriş qapısında bütün şagirdlərin ayaqqabısını zorla çıxartdırıb, şəp-şəp geydirir. Gülnurə Muradova elə bilir ki, bununla da məktəbin içərisində baş verən eybəcərlikləri, qanunsüzluqları ört-basdır edə biləcək. Ancaq yanılır. Adı Qaradağlı məktəbində gedən ancaq Bakıda yaşayan şagirdlərin giriş qapısında şəp-şəpi yoxdur. Çünki, məktəbin ümumi şagird sayı ilə giriş qapısındakı şəp-şəplərin sayı eyni deyil.
Yazılarımın birində isə rayonun Rzalar kənd orta məktəbinin direktorunun fərasətindən söhbət açmışdım. Məktəbin direktoru Filma Quliyeva da qonşu məktəb direktorlarından heç də geri qalmir. O da, ən yaxşı qazans növü olan 10-11-ci siniflərdə şagird pripiskası usulundan çox məharətlə istifadə edir. 11-ci sinifin şagirdlərindən çoxu heç Rzalar məktəbinin yolunu belə tanımır. Məktəbi isə demək olar ki, direktor özəlləşdirib. Həyat yoldaşı, oğlu və digər yaxın qohumları məktəbin texniki işçilərıdi. Məktəb sanki ailə təsərrüfatına bənzəyir. Onu da qeyd edim ki, direktorun həyat yoldaşı da, oğlu da dövlətimizin siyasətinin əksinə xidmət edən AXCP-nin üzvləridirlər. Etdiyi qanunsüz hərəkətlərdən söz düşəndə Filma Quliyeva rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova güvəndiyini qeyd edir.
Ötən yazılarımızın birində rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın bir neçə məktəb direktorundan qorxub, çəkindiyini önə çəkmişdik.
Bu məktəb direktorlarından biri də Əhmədağalı kənd orta məktəbinin direktoru Aygün Məhərovadir. Bu Aygün Məhərova vaxtı ilə Quzanlı qəsəbəsində uşaq baxçasının müdiri işinin öhdəsindən gəlmədiyi üçün vəzifəsindən azad olunub. Bir müddətdən sonra isə Əhmədağalı kənd orta məktəbinə təlim-tərbiyyə üzrə direktor müavini təyin edilir. Təlim, tərbiyyəsi çox yüksək olan bu xanım o zaman həmin məktəbin direktoru olan atası yaşda Fazil müəllimə əl qaldırır və məktəbdə böyük bir qalmaqal yaranır. Az keçmirki Fazil müəllim məktəb direktorluğundan azad edilir və onun yerinə Aygün Məhərova təyin edilir.
Öz gücünü keçmiş direktorunun üzərində bir dəfə sınayan Aygün Məhərova bu dəfə isə rayon Təhsil Şöbəsinin müdir müavini sakit təbiətli insan olan Raqub müəllimin üzərində gücünü sınayib. Buna görə isə, Aygün Məhərovaya heç bir cəza verilmədi.
Hal-hazırda isə Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın ən çox qorxduğu direktorlardan biri də həmin bu qoldan güclü Aygün Məhərovadır. Hər zaman iti addimlarla Təhsil Şöbəsinə gələn Aygün Məhərova növbədən kənar müdirin kabinetinə girib istədiyi sənədləri imzaladır. Hətta baş mühasib Valeh Kərimov da onun bir sözünü iki eləmir. Hansı sənədi gətirsə, lap qanunsüz olsa belə, Valeh Kərimovun bir-başa tabe olduğu 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəisi Malik Vəliyevin tapşırıqlarına zidd olsa belə Aygün Məhərovanın xeyrinə sənədlərə imza atır. Çünki, həm Təhsil Şöbəsinin müdiri, həm də baş mühasib Aygün Məhərovanın qolunun gücünə və danışıq leksionuna yaxşı bələddilər.
Yazılarımızın birində Bərdə rayon köçkün qəsəbəsində yerləşən Ağdam rayon 1 saylı köçkün orta məktəbinin direktoru Çimnaz Kərimovanın əməllərinin bir qismindən bəhs etmişdik. Xatirladaq ki, 1 saylı köçkün tam orta məktəbində 2018-ildə Təhsil Nazirliyinin Audit İdarəsi təftiş aparmışdı. Təftişın nəticələri o qədər acınacaqlı oldu ki, həmin məktəbin ditektoru Çimnaz Kərimovanın dərhal vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edildi. Uzun illərin təcrübəsini özündə birləşdirən Çimnaz Kərimova 2018-2019 cu tədris ili başlamazdan əvvəl bir ay Bakıda oturaraq, Təhsil Nazirliyində özünə day-dayı taparaq və nə az, nə çox 13 min manat "tərlədikdən" sonra öz vəzifəsində qaldı. Təbii ki, Çimnaz Kərimova Təhsil Şöbəsinin müdirinin yaxından köməkliyi və məsləhəti ilə bu işi bacardı. Axı bunlar yaxın rəfiqədirlər. Əkəndə də, biçəndə də ortaq rəfiqədirlər. Ancaq keçmiş komsamol işçisi olan Çimnaz Kərimovanın fərasəti bununla bitmir. Bu direktor o qədər fərasətlidirki hətta təhsil nazirinin əmrini belə saya saymır. Belə ki, təhsil nazirinin müvafiq əmri ilə diplomlarında problem olan (saxta diplomlular) müəllimlər maksimum 6 saat dərslə təmin edilməlidirlər. Bizim fərasətli Çimnaz Kərimova da nazirinin əmrinə əməl etmək əvəzinə pula bürünüb ellə sürünüb. Dərs ilinin əvvəlində diplomu saxta olanlardan 500 manat məbləğında pul alaraq (rüşvət yox ey, təmiz 500 AZN) onlara 12-16 saat dərs yazır. Diplomunda heç bir problem olmayan müəllimlərdə, hətta dioqnostik qiymətləndirmədən keçən müəllimlərdə pul vermədikləri halda 6 saat dərs ümudünə qalırlar.
Bu yazılardan sonra Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova Bakıya gələrək, burada yerləşən Ağdam məktəb direktorlarının iştirakı ilə iclas keçirdib. İclas bütövlükdə mənim Ağdam təhsili ilə bağlı qələmə aldığım yazılara həsr olunub.
Təhsil Şöbəsinin müdiri məktəb direktorlarına tapşırıb ki, mənim yazdıqlarıma cavab yazsınlar. Bir sözlə məktəb direktorlarını mənə savaş açmağı əmr edib.
Təhsil Şöbəsinin müdiri məktəb direktorlarına qəti olaraq tapşırıb ki, heç kim xəstəxanaya gəlib mənə baş çəkməsin. Deyib ki, əgər hansı məktəb direktoru Etibar Toğrulun yanına getsə, o şəxsi vəzifədən azad edilməsi üçün Təhsil Nazirliyi qarşısında məsələ qaldıracam. Bir sözlə bu Mətanət xanım bir anlıq özünü uşaq baxçasında hiss edib.
Ancaq iclasın bitməsindən heç 24 saat ötməmiş, üç məktəb direktoru gəlib, xəstəxanada mənə baş çəkdilər.
Hörmətli Mətanət xanım, bu bilirsiz nə deməkdir? Yəni, xətrinizə dəyməsin sizin bir rəhbər kimi artıq sözünüzün kəsəri yoxdur. Artıq bir rəhbər kimi siz bitmisiz. Bunu qəbul edin! Siz, ürək əməliyyatına hazırlaşan və ömrünü Ağdamın və onun dəyərli insanlarının təbliğinə həsr etmiş birisinə (bu sətirlərin müəllifinə) savaş elan etdiz, tabeçiliyinizdə olanlara da qəti olaraq tapşırdız ki, hər kəs bu savaşa qoşulsun. Bəs, nəticə nə oldu? Sizin sözünüz keçmədi, rəhbərlik etdiyiniz şəxslərə. Bilirsiz niyə? Çünki onlar çox gözəl bilirlər ki, sizin artıq vəzifənizlə vidalaşmağa hazırlaşırsız. Düzdü iclasda demisiz ki, Təhsil Nazirliyində olmuşam, orda da bilirlər ki, Etibar Toğrulun yazdıqları şər-böhtandı, narahat olma. Bəli, Təhsil Nazirliyindəki day-dayınız sizə ürək-dirək verib və sizə deyib ki, narahat olma. Onu da bilirəm ki, nəyin müqabilində o şəxs sizə qorxma-qorxma deyib. İstəyirsiz yazım... Siz may ayının 29-30 Ağdam ərazisində yerləşən bəzi məktəb direktorlarından (qanunsuz əməllərini ifşa etdiyim direktorlardan) pul yığıb və ayın 30 - da gunorta saaatlarında Bakıya çıxmısan. Dünən isə səhər saatlarında Təhsil Nazirliyindəki sizi hesaba oturdan həmin day-dayınızı "görüb" və ondan narahat olma sözünü eşitmisiniz. Bu söz sizi o qədər ürəkləndirib ki, elə dünən saat 15:00-da məktəb direktorlarına iclas keçirdib, "Etibar Toğrula hücum" əmri vermisiz. Əmriniz heç bir məktəb direktoru tərəfindən icra olunmasada...
Bəli, dəyərli oxucular, bu mənim son bir ayda Ağdam təhsili ilə bağlı qələmə aldığım 11 yazıdan gətirdiyim statlar idi.
İndi isə, Mətanət Misirxanovanın Təhsil Nazirliyindəki day-dayısının adını qeyd etməyin məqamıdı. Bu şəxs idarə etdiyi mersedes markalı avtobobili belə Mətanət xanım tərəfindən hədiyyə alınmış Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin işçisi Məhəmməd Aslanovdu. Bu şəxsin Ağdam təhsilindəki qanunsüz əməlləri necə ört-basdır eləməsi barədə Daxili Nəzarət İdarəsinin rəisi hörmətli İlqar Mahmudovu da xəbərdar etmişik.
Bu Məhəmməd Aslanov Nazirlikdə fəaliyyətə başlamamış Ağdam rayonunda Daxili Nəzarət İdarəsinin nümayəndəsi idi. Həmin dövrdə o Ağdam rayon Təhsil Şöbəsinin keçmiş baş mühasibi ilə nədən dava etməsi və bu hərəkətin rayon Prokurorluğunda araşdirılması barədə geniş məlumatı növbəti yazımızda qeyd edəcəyik. Bu yazımız zatən geniş oldu və bu səbəbdən sizləri çox yormaq istəmirik.
Odur ki, növbəti yazımızda həmçinin bunlarıda biləcəksiniz:
- Məhəmməd Aslanov Ağdamın hansı orta məktəb xanım direktorunu (əslində keçmiş direktoru, ancaq faktiki məktəbi idarə edən) himayə edir və nə səbəbə?
- Təhsil Şöbəsi Motod Kominetin müdiri Əhməd Rüstəmovun üç ildə neçə dəfə guya Bakıya "ezam olunub" və onun adına neçə manat ezam pulu yazılıb? (Bu rəqəm məni şok etdi, sizləri də şok edəcəyinə əminəm.)
- Bu bizim Əhməd əkə nədən son günlər narahatdır? Niyə bu qədər pərt vəıziyyətdədir?
Əhməd əkənin oğlu Sərdar Rüstəmovun adı 2014-cu ildə Korrupsiya işində nə səbəbdən hallanıb?
- Mətanət Misirxanova ilə Əhməd Rüstəmov yaxın qohum olduqları halda rəhbər şəxslər kimi necə bir yerdə işləyirlər? Onları hansı gözə görünməz qüvvə qoruyur?
- Bir binada bir neçə Ağdam məktəbi yerləşdiyi halda dövlət vəsaiti necə talan edilir?
- Mətanət Misirxanova Məhəmməd Aslanovla birləşərək, haqsızlıq edib direktorunu vəzifədən uzaqlaşdırdiğı həmin məktəbdə hazırda hansı qanunsusluqlar və əxlaq pozğunluqları baş verir?
- Ağdamın hansı məktəblərində sağlamlıq imkanı məhdud olan şagirdlərə guya ev şəraitində "dərs deyən" müəllimlər həmin şagirdin harada yaşamasını belə niyə bilmirlər?

Şok məlumatlarla dolu olan növbəti yazımızı gözləyin.
Bizi izləməkdə davam edin!!!

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-06-2019, 14:02
Oxunub:464


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti