yüklənir...
yüklənir...

İtkin düşən Zəhra 3 gün sonra metro yaxınlığında tapıldı

2 gün əvvəl itkin düşmüş Zəhra Bağırzadə nəhayət bu gün tapılıb.
3 yaşlı qızcığazı metronun "Neftçilər" stansiyasının yaxınlığında polis əməkdaşları tapıblar. Vəziyyəti normal olan uşaq ailə üzvlərinə təhvil verilib. Zəhranın evə qayıtması isə yaxınları tərəfindən izdihamla qarşılanıb. Artıq Zəhranı oğurlayan qadin tutularaq istintaqa cəlb edilib.

Bu insanların hamısı itkin düşən 3 yaşlı Zəhranı qarşılamaq üçün toplaşıb.

Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Uşağın atası Rəsul Bağırzadənin sözlərinə görə övladı polis əməkdaşları tərəfindən tapılıb və vəziyyəti qənaət bəxşdir.

Rəsul Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.
Balaca Zəhrada özünü normal hiss etdiyini və onu hər hansısa bir maşınla apardığını bildirib.

Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:6-06-2019, 23:44
Oxunub:54


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti