yüklənir...
yüklənir...

Qoy həmişə günəş olsun-FOTO

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş AKF-nın və Bakı şəhəri E.Ağayev adına 198 №-li tam orta məktəbinin birgə lahiyəsi olan “Qoy həmişə günəş olsun” adlı musiqili tədbir keçirildi.
Tədbir Azərbaycanın Dövlət bayrağının meydana gətirilməsi ilə açıq elan olundu və Azərbaycan Dövlət himni səsləndirildi.Tədbirdə ilk sözü məktəbin direktoru Şəlalə Nadirova söyləyərək tədbirin qonaqlarını, valdeynləri, şagirdləri salamladı və uşaqları Beynəlxalq Müdafiə günü münasibəti ilə təbrik etdi.
Sonra söz Millət Vəkili, AKF-nın prezidenti Adil Əliyevə verildi:
-Əziz qonaqlar, valideynlər, müəllimlər və uşaqlar...Hər birinizi xoş gördük. Fidan balalarımızı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edirəm. Bu gün bu bayram Azərbaycanın hər bir yerində qeyd olunur. Siz hər biriniz xoşbəxt ölkənin xoşbəxt uşaqlarısınız! Sizin yüksək təhsil almağınız üçün dövlət başçımız Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman Azərbaycan uşaqlarının və Azərbaycan xalqının yanındadı. Onlar Azərbaycan uşaqlarının xoşbəxt olması üçün daima əllərindən gələni edirlər. Uşaqların yüksək təhsil alması üçün hər bir şəraiti olan məktəblər tikilir. Həmçinin uşaqların asudə vaxtlarının yaxşı, sağlam keçirilməsi və pis vərdişlərdən uzaq olması üçün Respublikamızın hər bir bölgəsində, gözəl şəraiti olan idman zalları tikilib idmançı uşaqların ixtiyarına verilir. Əziz uşaqlar bu gün burada Azərbaycan Kikboksinq Federasiyasının bir sıra üzvüləri, Dünya, Avropa çempionları iştirak edirlər. Mən AKF-nın prezidenti olaraq Bakı şəhəri 198 №-li orta məktəbin müdiriyyətinə və bu tədbirdə zəhməti olan hər bir kəsə idmançılara dəstək verdikləri üçün öz təşəkkürümü bildirirəm. İdmançılara dəstək vermək, onlarla birgə tədbir keçirtmək bu artıq Azərbaycan dövlətinə xidmət etmək deməkdir.
Rəsmi hissədən sonra tədbir uşaqların hazırladığı konsert proqramı ilə davam etdirildi. Tədbirdə milli, bir-birindən rəngarəng müxtəlif ölkələrin rəqsləri nümayiş olundu. Məktəbin şagirddləri Vətənə, Azərbaycana,1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə, sülhə, dostluğa həsr olunmuş seirlər söylədilər, mahnılar ifa etdilər.
Tədbirin fəxrli qonaqları Millət Vəkili, AKF-nın prezidenti Adil Əliyev, AKF-nın idarə heyətinin uzvü, vetranlar arasında Dünya çempionu Həsən Hüseynov, Qarabağ qazisi Anar Məmmədov, Bakı şəhəri SRİHB-nın Ramana qəsəbə icra nümayəndəsi Məhəmməd Əsədov, AKF-nın Gənclər üzrə Milli komandanın baş məşqiçisi, Əməkdar məşqiçi Hikmət Hacıyev, AKF-nın idarə heyətinin üzvü Famil İsmayılov, DİN-nin İdman Cəmiyyətinin məşqiçisi Muxtar Allahyarov, Dünya çempionları Emin Hümbətov, Qulam Saxaq Məhəmməd, AKF-nın Gənclər və Yeniyetmıələrin ibarət Milli komandanın kapitanı, Dünya, Avropa çempionu Məhəmməd İmanov, Böyüklər arasında Milli komandanın kapitanı, 2 qat prezident mükafatçısı, Dünya, Avropa çempionu Ramal Aslanov, Vetenperverler.Az sayıtının baş direktoru Yeganə Telmanqızı. Bakı şəhər 198 №-li məktəbibn direktoru Şəlalə Nadirova fəxri qonaqları “Təşəkkürnamə” ilə təltif etdi. Təltif olunanlar arasında Vetenperverler.Az baş direktoru Yeganə Telmanqızı da var idi. Məktəbin foyesində şagirdlərin çəkdikləri rəsmlər və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Tədbirin qonaqları bu sərgi ilədə tanış oldular.
Tədbirin təşkilatçıları məktəbin direktoru Şəlalə Nadirova, uşaq birliyinin rəhbəri Sara Əliyeva, müsiqi müəlliməsi Püstə Xanəliyeva, Azərbaycan dili, ədəbiyyat müəlliməsi Vüsalə Zöhrabova, ibtidai sinif müəlliməsi Fatma Məmmədova.
Bizdə Vetenperverler.Az sayıtı olaraq AKF-nın prezidenti Adil Əliyev və Bakı şəhər 198 №-li tam orta məktəbin direktoru Şəlalə Nadirova başda olmaqla Azərbaycan uşaqlarını 1 iyun Beynəlxalq Müdafiəsi günü münasibəti ilə ürəkdən təbrik edirik, onlara Vətənə layiq övlad olmaqlarını arzu edirik.
Yeganə Telmanqızı
“Vetenperverler.Az"

Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO
Qoy həmişə günəş olsun-FOTO

Qoy həmişə günəş olsun-FOTO
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-06-2019, 22:42
Oxunub:149


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti