yüklənir...
yüklənir...

Ağdam təhsili ilə bağlı üzə çıxan yeni faktlar və Mətanət Misirxanovanın menyusuna - Etibar Toğrulun XI yazısı

Məktəb direktorları Ağdam rayon təhsil Şöbəsinin müdirinə qarşı itaətsizliyi
(XI YAZII
Ağdam təhsili ilə bağlı üzə çıxan yeni faktlar və Mətanət Misirxanovanın menyusuna - Etibar Toğrulun XI yazısı

Dünən axşam Facebook səhifəmdə məlumat verdiyim kimi, Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova Bakıda yerləşən Ağdam məktəb direktorlarının iştirakı ilə iclas keçirdib. İclas bütövlükdə mənim Ağdam təhsili ilə bağlı qələmə aldığım yazılara həsr olunub.
Təhsil Şöbəsinin müdiri məktəb direktorlarına tapşırıb ki, mənim yazdıqlarıma cavab yazsınlar. Bir sözlə məktəb direktorlarını mənə savaş açmağı əmr edib.
Təhsil Şöbəsinin müdiri məktəb direktorlarına qəti olaraq tapşırıb ki, heç kim xəstəxanaya gəlib mənə baş çəkməsin. Deyib ki, əgər hansı məktəb direktoru Etibar Toğrulun yanına getsə, o şəxsi vəzifədən azad edilməsi üçün Təhsil Nazirliyi qarşısında məsələ qaldıracam. Bir sözlə bu Mətanət xanım bir anlıq özünü uşaq baxçasında hiss edib.
Hə, Mətanət xanım, siz məktəb direktorlarına mənimlə əlaqə saxlamamaq, heç telefon vasitəsi ilə "yasdığın yüngül olsun" deməsini qadağan etməkdə ol. Ancaq, dünən iclas bitəndən sonra məktəb direktorlarından biri müalicə olunduğum xəstəxanaya gəlib mənimlə görüşdü. O gedəndən sonra isə başqa bir məktəb direktoru mənim yanıma gəldi. Hər ikisi sözügedən iclasda iştirak edənlərdən idi. Bu gün isə səhər saatlarında daha bir Bakıdakı məktəbin direktoru mənim yanımda idi. Hər üçü də xəstə yanına necə gələrlərsə o formada gəlmişdilər. Bunlardan başqa dünəndən bəri onlarca Ağdam məktəb direktor və müəllimlərindən mobil telefonuma zəng edərək səhhətimlə maraqlanıblar.
Hörmətli Mətanət xanım, bu bilirsiz nə deməkdir? Yəni, xətrinizə dəyməsin sizin bir rəhbər kimi artıq sözünüzün kəsəri yoxdur. Artıq bir rəhbər kimi siz bitmisiz. Bunu qəbul edin! Siz, ürək əməliyyatına hazırlaşan və ömrünü Ağdamın və onun dəyərli insanlarının təbliğinə həsr etmiş birisinə (bu sətirlərin müəllifinə) savaş elan etdiz, tabeçiliyinizdə olanlara da qəti olaraq tapşırdız ki, hər kəs bu savaşa qoşulsun, heç biriniz mənə baş çəkmək nədir, heç zəng belə etməsin. Bəs, nəticə nə oldu? İclasın bitməsindən heç 24 saat ötməyib, üç məktəb direktoru gəlib, biri də bir az sonra gələcəyini bildirib. Hələ sabah Ağdamdakı məktəb direktorlarından gələcəyini bildirib. Sizin sözünüz keçmədi, rəhbərlik etdiyiniz şəxslərə. Bilirsiz niyə? Çünki onlar çox gözəl bilirlər ki, sizin artıq vəzifənizlə vidalaşmağa hazırlaşırsız. Düzdü iclasda demisiz ki, Təhsil Nazirliyində olmuşam, orda da bilirlər ki, Etibar Toğrulun yazdıqları şər-böhtandı, narahat olma. Bəli, Təhsil Nazirliyindəki day-dayınız (onun kimliyini də deşifrə edəcəm yaxın günlərdə) sizə ürək-dirək verib və sizə deyib ki, narahat olma. Onu da bilirəm ki, nəyin müqabilində o şəxs sizə qorxma-qorxma deyib. İstəyirsiz yazım... Siz may ayının 29-30 Ağdam ərazisində yerləşən bəzi məktəb direktorlarından (qanunsuz əməllərini ifşa etdiyim direktorlardan) pul yığıb və ayın 30 - da gunorta saaatlarında Bakıya çıxmısan. Dünən isə səhər saatlarında Təhsil Nazirliyindəki sizi hesaba oturdan həmin day-dayınızı "görüb" və ondan narahat olma sözünü eşitmisiniz. Bu söz sizi o qədər ürəkləndirib ki, elə dünən saat 15:00-da məktəb direktorlarına iclas keçirdib, "Etibar Toğrula hücum" əmri vermisiz. Əmriniz heç bir məktəb direktoru tərəfindən icra olunmasada. Bütün bu olanlardan sonra sizə bir məsləhətim var. Gələn həftənin birinci günü... Əşi özünüz bilərsiz, nəyimə lazım. Ancaq, məsləhətim çox dəyərli məsləhət idi. İstəsəz gələn yazımda yazaram.
Dünən axşam Facebook səhifəmdə qeyd etdiyim kimi, mən bütün adiyyəti dövlət qurumlarına informasiya soğrusu göndərmişəm və onlardan əsas xahişim Ağdam rayon məktəblərində əmək intizamını və digər vacib amilləri mənim iştirakımla araşdırılmasıdır.
Məktəb direktorlarının özlərində saxladıqları və texniki işçilərə məxsus olan əmək haqqı kartlarınından pul çıxartma əməliyyatının son bir ilini Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmasına çalışacam.
Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Hesablama Palatasının diqqətinə Ağdam rayon Təhsil Şöbəsinin son 3 illik ezamiyyə və dəftərxana xərclərini, Təhsil Şöbəsi Moto Kominetin müdiri Əhməd Rüstəmovun üç ildə neçə dəfə guya Bakıya ezam olunub ki, onun adına küllü miqdarda ezam pulu yazılmasını, müdirinin avtoş bacısı oğlunun (guya sürücüsü) adına günlərlə Bakıda ezam yazılmasını, çayxana və mal fermalarında "fəaliyyət göstərən" məktəblərin yerləşdiyi yerə görə aylıq arenda pulunu kim mənimsədiyini çatdırmışam.
Təhsil şöbəsinin müdiri özündən o qədər razıdır ki, məktəb direktorlarına deyirki, işə gəldin, gəlmədin bu sosial məsələdi. Texniki işçilərin kartlarını özünüzdə saxlayın. Əsas odur ki, hesabı vaxtı-vaxtında çatdırın.
Gəlin birlikdə dövlət orqanlarından cavablarımızı gözləyək.
Bizi izləməkdə davam edin!!!скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-06-2019, 16:48
Oxunub:552


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti