yüklənir...
yüklənir...

Təhsil nazirinin əmrini saya saymayan və Təhsil Şöbəsinin müdiri ilə rəfiqəlik edən məktəb direktoru - Etibar Toğruluın X yazısı

Tanınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda təhsilimizin bugünkü acınacaqlı durumu barədə geniş araşdirmalarını davam etdirir.

( X HİSSƏ)

Ağdam təhsili ilə bağlı apardığımız araşdirmalar, dərc etdiyimiz tənqidi yazılar rayon ictimaiyyəti tərəfindən çox maraqla qarşılanıb. Bunu sosial şəbəkələrdə aparılan muzakirələrdən və şəxsi profilimə yazılan mesajlardan aydın görünür.
Bizim bu yazıları yazmaqda əsas məqsədimiz şanlı tarixi olan Ağdam təhsilində baş verən qanunsüzluqları, ayrı-ayrı məktəblərdə 10-11-ci siniflərin formal xarakter daşımasını ictimailəşdirməkdir.
Artıq 10-cu yazıdı ki, Ağdam təhsilinə həsr etmişik. Qısa xatirlatma edək ki, ötən yazılarımızda Ağdam rayonunun Əfətli, Həsənxanlı, Hacıturalı, Hacıməmmədli, Evoğlu, Qaradağlı, Rzalar və Əhmədağalı kənd tam (bu tam sözü də ayrıca bəzək verir ey bu məktəblərə) orta məktəblərinin direktorlarının fərasətlərini qələmə almışdıq. Demək olar ki, hamısında problem eynidir. Formal xarakter daşıyan 10-11-ci siniflər...
Yazılarımızın birində Bərdə rayon köçkün qəsəbəsində yerləşən Ağdam rayon 1 saylı köçkün orta məktəbinin direktoru Çimnaz Kərimovanın əməllərinin bir qismindən bəhs etmişdik. Xatirladaq ki, 1 saylı köçkün tam orta məktəbində 2018-ildə Təhsil Nazirliyinin Audit İdarəsi təftiş aparmışdı. Təftişın nəticələri o qədər acınacaqlı oldu ki, həmin məktəbin ditektoru Çimnaz Kərimovanın dərhal vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edildi. Uzun illərin təcrübəsini özündə birləşdirən Çimnaz Kərimova 2018-2019 cu tədris ili başlamazdan əvvəl bir ay Bakıda oturaraq, Təhsil Nazirliyində özünə day-dayı taparaq və nə az, nə çox 13 min manat "tərlədikdən" sonra öz vəzifəsində qaldı. Təbii ki, Çimnaz Kərimova Təhsil Şöbəsinin müdirinin yaxından köməkliyi və məsləhəti ilə bu işi bacardı. Axı bunlar yaxın rəfiqədirlər. Əkəndə də, biçəndə də ortaq rəfiqədirlər. Ancaq keçmiş komsamol işçisi olan Çimnaz Kərimovanın fərasəti bununla bitmir. Bu direktor o qədər fərasətlidirki hətta təhsil nazirinin əmrini belə saya saymır. Belə ki, təhsil nazirinin müvafiq əmri ilə diplomlarında problem olan (saxta diplomlular) müəllimlər maksimum 6 saat dərslə təmin edilməlidirlər. Bizim fərasətli Çimnaz Kərimova da nazirinin əmrinə əməl etmək əvəzinə pula bürünüb ellə sürünüb. Dərs ilinin əvvəlində diplomu saxta olanlardan 500 manat məbləğında pul alaraq (rüşvət yox ey, təmiz 500 AZN) onlara 12-16 saat dərs yazır. Diplomunda heç bir problem olmayan müəllimlərdə, hətta dioqnostik qiymətləndirmədən keçən müəllimlərdə pul vermədikləri halda 6 saat dərs ümudünə qalırlar.
Ötən iki yazımızda rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın Məzahir Əliyev adlı əlində iki məktəb saxlayan, yaşdı bir şəxsdən və Əhmədağalı kənd orta məktəbinin direktoru Aygün Məhərovadan qorxduğunu qeyd etmişdik. Hətta qeyd etmişdik ki, Təhsil Şöbəsinin qorxduğu tək bu iki şəxs deyil, başqaları da var və vədd vermişdik ki, növbəti araşdirma yazılarımızda bunları da qeyd edəcəyik.
Bu dəfə adın qeyd edəcəyim şəxs hazırda məktəb direktoru olmasa da lakin vaxtı ilə direktor olub. Quzanlı qəsəbəsində yerləşən 148 saylı köçkün orta məktəbinin direktoru olmuş Hüseyn Bayramovun bir sözü iki olmazdı Təhsil Şöbsınin müdirinin yanında. Hüseyn Bayramovun məktəbi ilə bağlı bütün qanuni və qanusuz sənədlər həm Mətanət Misirxanova tərəfindən, həm də baş mühasib Valeh Kərimov tərəfindən qeyri-şərtsiz imzalanmalı idi. Bu bir yazılmamış qanun olaraq, Təhsil Şöbəsində hökm sürürdü.
Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova daha hansı məktəb direktorlarından qorxur?
P.S Araşdirmanı davam edəcəm. Daha hansı məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu? Eyni zamanda yazılarda adları hallanan şəxslərində mövqeyini dərc etməyə hazırıq.
Bizi izləməkdə davam edin!скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-05-2019, 15:51
Oxunub:511


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti