yüklənir...
yüklənir...

Ailə təsərrüfatı olan məktəb və ya Təhsil Şöbəsi müdirinin qorxduğu məktəb direktoru - Etibar Toğruluın IX yazısı

Tanınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda təhsilimizin bugünkü acınacaqlı durumu barədə geniş araşdirmalarını davam etdirir.

( IX HİSSƏ)

Artıq 10 gündür ki, Ağdam təhsilində baş vermiş qanunsüz hərəkətlər barədə araşdirma yazıları hazırlayıb, oxuculara çatdırıram. "Fərasətli" məktəb direktorlarının fərasətləri barəsində söhbət açmışam. Həmçinin, yazılarda adları hallanan şəxslərə qarşı tərəf kimi mövqe bildirmək haqqınn olduğunu da dəfələrlə qeyd etmişəm. Ancaq, heç birinin cavab verməyə sözləri olmadığı üçün dərsə hazırlaşmayan şagirdlər kimi başlarını aşağı dikib, susublar.
Ötən yazılarımızda Ağdam rayonunun Əfətli kənd ərazi vahidliyinə daxil olan Əfətli, Həsənxanlı, Hacıturalı, Hacıməmmədli, bunlardan başqa Evoğlu, Qaradağlı kənd tam (bu tam sözü Ağdam məktəblərinə gözəl yaraşır ey) orta məktəblərinin direktorlarının mahərətləri sayəsində məktəbin 10-11-ci sinif şagirdlərinin bir neçəsi Bakıda, Mingəçevirdə və digər şəhərlərdə yaşadıqları halda adlarının həmin məktəblərin sinif jurnallarında gedir. Müxtəlif hazırlıq kurslarına gedərək ali məktəbə hazırlaşıb tələbə adını qazanan şagirdlərin uğurları Ağdam məktəblərının uğuru kimi təqdim olunur.
Bu dəfə isə rayonun Rzalar kənd orta məktəbinin direktorunun fərasətindən söhbət açacarıq. Məktəbin direktoru Filma Quliyeva da qonşu məktəb direktorlarından heç də geri qalmir. O da, ən yaxşı qazans növü olan 10-11-ci siniflərdə şagird pripiskası usulundan çox məharətlə istifadə edir.11-ci sinifin şagirdlərindən çoxu heç Rzalar məktəbinin yolunu belə tanımır. Məktəbi isə demək olar ki, direktor özəlləşdirib. Həyat yoldaşı, oğlu və digər yaxın qohumları məktəbin texniki işçilərıdi. Məktəb sanki ailə təsərrüfatına bənzəyir. Onu da qeyd edim ki, direktorun həyat yoldaşı da, oğlu da dövlətimizin siyasətinin əksinə xidmət edən AXCP-nin üzvləridirlər. Etdiyi qanunsüz hərəkətlərdən söz düşəndə Filma Quliyeva rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova güvəndiyini qeyd edir.
Ötən yazımızda rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın Məzahir Əliyev adlı əlində iki məktəb saxlayan, yaşdı bir şəxsdən qorxduğunu qeyd etmişdik. Hətta onu da qeyd etmişdik ki, Təhsil Şöbəsinin qorxduğu tək Məzahir Əliyev deyil, başqa məktəb direktorları da var və vədd vermişdik ki, növbəti araşdirma yazılarımızda bunları da qeyd edəcəyik.
Bu məktəb direktorlarından biri də Əhmədağalı kənd orta məktəbinin direktoru Aygün Məhərovadir. Bu Aygün Məhərova vaxtı ilə Quzanlı qəsəbəsində uşaq baxçasının müdiri işinin öhdəsindən gəlmədiyi üçün vəzifəsindən azad olunub. Bir müddətdən sonra isə Əhmədağalı kənd orta məktəbinə təlim-tərbiyyə üzrə direktor müavini təyin edilir. Təlim, tərbiyyəsi çox yüksək olan bu xanım o zaman həmin məktəbin direktoru olan atası yaşda Fazil müəllimə əl qaldırır və məktəbdə böyük bir qalmaqal yaranır. Az keçmirki Fazil müəllim məktəb direktorluğundan azad edilir və onun yerinə Aygün Məhərova təyin edilir.
Öz gücünü keçmiş direktorunun üzərində bir dəfə sınayan Aygün Məhərova bu dəfə isə rayon Təhsil Şöbəsinin müdir müavini sakit təbiətli insan olan Raqub müəllimin üzərində gücünü sınayib. Buna görə isə, Aygün Məhərovaya heç bir cəza verilmədi.
Hal-hazırda isə Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın ən çox qorxduğu direktorlardan biri də həmin bu qoldan güclü Aygün Məhərovadır. Hər zaman iti addimlarla Təhsil Şöbəsinə gələn Aygün Məhərova növbədən kənar müdirin kabinetinə girib istədiyi sənədləri imzaladır. Hətta baş mühasib Valeh Kərimov da onun bir sözünü iki eləmir. Hansı sənədi gətirsə, lap qanunsüz olsa belə, Valeh Kərimovun bir-başa tabe olduğu 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəisi Malik Vəliyevin tapşırıqlarına zidd olsa belə Aygün Məhərovanın xeyrinə sənədlərə imza atır. Çünki, həm Təhsil Şöbəsinin müdiri, həm də baş mühasib Aygün Məhərovanın qolunun gücünə və danışıq leksionuna yaxşı bələddilər.
Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova daha hansı məktəb direktorlarından qorxur?
P.S Araşdirmanı davam edəcəm. Daha hansı məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu? Eyni zamanda yazılarda adları hallanan şəxslərində mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin!скачать dle 10.6фильмы бесплатно
>

Tarix:29-05-2019, 11:53
Oxunub:478


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti