yüklənir...
yüklənir...

Rəsulzadənin təhsil aldığı liseydə Cümhuriyyət bayramı qeyd edildi

Bu gün Bakı texniki hümanitar liseyi ilə Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə 28 may Respublika günü münasibətilə bayram tədbiri keçirildi.

28 may 2018-ci ildə Məhəmməd Əmin Rəsulzadə və onun siyasi tərəfdaşları tərəfindən Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən 101 il ötür. Cümhuriyyətin elanının ildönü hər bir xalq üçün ən əziz bayram kimi qeyd edilməlidir. Bu tarix xalqımızın zəfər səlnaməsidir.
Şərqdə ilk demokratik dövlətin bizim məmləkətdə yaranması, ilk dünyavi universitetin bizim paytaxtımızda açılması, qadına ilk səs vermə hüququnun tanınması bizm ölkəmizdə baş verib. Bütün bunlara görə qısa və şərəflı ömür yaşamış AXC banilərınin əziz xatirəsi qəlbimizdə hər zaman yaşanmalıdır.
Baku.News xəbər verir ki, bu gün Səbael rayonundakı 2 saylı Bakı texniki hümanitar liseyində 28 may Respublika gününə həsr olunmiş təntənəli bayram tədbiri keçirilmişdi. Tədbirin burada keçirilməsi heçdə təsadüfi deyil. Çünki AXC-nin banisi M.Ə.Rəsulzadə zamanında məhz bu təhsil ocağında təhsil alıb.
Azərbaycanın dövlət himni ilə açıq elan edilən bayram tədbiri aparıcının 28 may tarixinin əhəmiyyətini özündə əks etdirən məlumatı dinlənildi.
Sonra Xalq Cümhuriyyətindən bəhs edən vudeoçarx nümayiş etdirildi.
Tədbirin rəsmi hissəsini Bakı texniki hümanitar liseyin direktoru Bəkir Mustayev giriş nitki ilə açıq elan etdi. Bəkir müəllim çıxışında 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli yolundan söz açdı.
Sonra Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev çıxış edərək xalqımızın tarixində ən əlamətdar hadisələrdən olan Xalq Cümhuriyyətinin yaranmasıdır. 101 il bundan öncə yoxdan dövlət quran, xalqımıza istiqlaliyyət bəxş edən Cümhuriyyət baniləri hər zaman yüksək hörmət və ehtiramla anılmalıdır. Bu günki, gənclər istiqlalımızın hansı əzablar, hansı mərhumiyyətlər hesabına başa gəldiyini öyrənməli və unutmamalıdırlar.
Daha sonra liseyin müəllimiləri Respublikanın Əməkdar müəllimi Nərgiz Kazımova və Kəmalə Abbasova çıxış etdilər.
Rəsmi hissə başa çatdıqdan sonra tədbirin bədii hissəsi başladı.
Rəsmi və bədii hissə liseyin Azərbaycan dili kafedrasının müdiri Ellada Hacıyeva tərəfindən təşkil edilmişdi.
Rəsulzadənin təhsil aldığı liseydə Cümhuriyyət bayramı qeyd edildi
Rəsulzadənin təhsil aldığı liseydə Cümhuriyyət bayramı qeyd edildi
Rəsulzadənin təhsil aldığı liseydə Cümhuriyyət bayramı qeyd edildi
Rəsulzadənin təhsil aldığı liseydə Cümhuriyyət bayramı qeyd edildi
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-05-2019, 15:53
Oxunub:175


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti