yüklənir...
yüklənir...

Kurs müəllimi, yoxsa məktəb direktoru və yaxud fortopionino müəllimi necə direktor olub - Etibar Toğruluın səkkizinci yazısı

Tanınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda təhsilimizin bugünkü acınacaqlı durumu barədə geniş araşdirmalarını davam etdirir.

(SƏKKİZİNCİ HİSSƏ)

Ötən araşdirma yazılarında Ağdam rayonunun bir neçə məktəb direktorlarının fərasətli "fəaliyyət"lərindən söhbət açmışdıq. Yazılardan sonra adlarını qeyd etdiyimiz direktorlar dərsə hazır olmayan şagirdlər kimi ağızlarına su alıb dayanıblar. Yazdıqlarımızın yalan olduqlarını (əgər yalandısa) isbat etmək üçün ən azından qarşı tərəf kimi cavab vermək hüquqlarından istifadə edə bilərdilər. Onların deməyə sözləri olmadığından belə qənaətə gəlmək olar ki, bizim yazdıqlarımız lap hədəfə dəyib. "Susmaq hər zaman razılıq əlamətidir."
Fərəsətlərini qələmə almadığımız məktəb direktoru bizdən inciməsin. Növbə ilə hamısını yad edəcəyik. Elə başlayaq Ağdam rayon Evoğlu kənd orta məktəbinin direktoru Ramil Mirzəyevdən. İlk öncə onu qeyd edək ki, Ramil Mirzəyevin direktor olduğu məktəbin çox şanlı keçmişi olub. Ağdam rayonunun tanınmış pedaqoqlarından və məkəbçünans ziyalılarından olmuş Allahyar müəllimdən sonra o məktəbi idarə etmək çox asan bir iş imiş. Çünki Allahyar müəllim məktəb idarəçiliyində bir sistem qurmuşdu. Ancaq, by Ramil əkə öz "fərəsəti" ilə nəinki, o sistemi qoruya saxladı, əksinə o sistemi alt-üst etdi. Bu da başqa fərəsətli direktor yoldaşları kimi kənardan şagird gətirməklə məktəbin 10-11 ci siniflərində şagird sayını suni sürətdə artılrmaqla məşğul oldu. Necə deyərlər pula büründü, ellə süründü. Yaxınlıqdaki Çəmənli kənd orta məktəbində bir qeyri-qanunu hazırlıq kursu fəaliyyət göstərir. Həmin Ramil əkə öz məktəbinin 10-11-ci sinif şagirdlərini həmin hazırlıq kursuna apararaq, ayda 40 manat müqabilində onları guya ali məktəbə hazırlayır. Fərəsətinə əhsən Ramil əkə.
Qonşu Qaradağlı məktəbində də vəziyyət heçdə Evoğlu məktəbindən geri qalmir. Evoğlu məktəbinin heç olmasa Allahyar müəllim kimi sayılıb, seçilən direktoru olubsa, bu baçıbəlalı Qaradağlı kənd orta məktəbinin heç əvvəlki direktordan da bəxti gətirməyib. Bu gün Ağdam rayon İcra Hakimiyyəti başçısının təhsilə "baxan" müavini Ağa Zeynalov bu məktəbin direktorluğundan İcra Hakimiyyətinə vəzifəyə gedib.Qaradağlı kənd orta məktəbin indiki direktoru ixtisasca fortopionino müəllimi olan Gülnurə Muradova məktəbində hər şeyin qayda-qanuni və səliqə səhmanlı olması görüntüsü yaratmaq üçün məktəbin giriş qapısında bütün şagirdlərin ayaqqabısını zorla çıxartdırıb, şəp-şəp geydirir. Gülnurə Muradova elə bilir ki, bununla da məktəbin içərisində baş verən eybəcərlikləri, qanunsüzluqları ört-basdır edə biləcək. Ancaq yanılır.Adı Qaradağlı məktəbində gedən ancaq Bakıda yaşayan şagirdlərin giriş qapısında şəp-şəpi yoxdur. Çünki, məktəbin ümumi şagird sayı ilə giriş qapısındakı şəp-şəplərin sayı eyni deyil.
Bu gün facebook sosial şəbəkəsində anons vermişdim ki, bu dəfəki yazımızda Ağdam rayon təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova hansı məktəb direktorlarından çəkinir?
Bu çox maraqlı mövzudu. Təhsil Şöbəsinin müdiri tabeçiliyində olan məktəb direktorundan qorxur.
Demək Ağdam rayon 9 saylı və 76 saylı köçkün tam (tam ha) orta məktəbləri var ki, bu məktəblərin biri Bərdədə dəmir yol stansiyasının yanında poçt binasının bir otağında yerləşir, (9 saylı) o biri məktəb isə Bakıda Nizami rayonundakı yerli şəhər məktəblərinin birində 4 sinf otağında yerləşir. Hər iki məktəbdə tədrisdən, şagird davamiyyətindən söhbət gedə bilməz. Maraqlı məqam budur ki, Ağdam təhsilində məxsusi Mətanət Misirxanovanın üzərində hegamonluq edən Məzahir Əliyev adlı bir pensiyaçı vaxtı ilə hər iki məktəbdə direktor işləyib. Sonra yaşa görə təqaudə çıxan Məzahir Əliyev hər iki məktəbi öz əlində saxlamağa nail olub. Belə ki, məktəbin birinə bir gəlinini, o biri məktəbə də o biri gəlinini direktor kimi rəsmiləşdirdi. Hər iki məktəbin möhürü və digər sənədləri də Məzahir Əliyevin özündə. İstədiyi vaxt hər iki məktəbin adından da Məzahir Əliyev özü danışır və bütün sənədləri özü imzalayır. Təhsil Şöbəsinin müdiri isə bütün bunlara göz yumur. Təhsil Şöbəsi müdirinin yaşdı bir şəxsdən bu qədər çəkinməsinin səbəbi nə ola bilər? Məzahir Əliyevin əlində Təhsil Şöbəsinin müdiri barəsində hansı faktlar varki, xanım müdir bu faktların ifşa olunmasından çəkinir?
Ancaq Mətanət Misirxanovanın çəkindiyi hətta deyərdim üyudduyu məktəb direktoru tək Məzahir Əliyev deyil. Başqa kimlərdi və bu çəkincəliyə səbəb nədir?
Bütün bunlar barədə də araşdırma yazılarımızda tanış ola biləcəksiz.
P.S Araşdirmanı davam edəcəm. Daha hansı məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu? Eyni zamanda yazılarda adları hallanan şəxslərində mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin!скачать dle 10.6фильмы бесплатно
>

Tarix:26-05-2019, 16:40
Oxunub:407


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti