yüklənir...
yüklənir...

Fiziki tərbiyyə müəllimidə məktəb direktoru ola bilərmiş - Etibar Toğruluın yeddinci yazısı

Tanınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda təhsilimizin bugünkü acınacaqlı durumu barədə geniş araşdirmalarını davam etdirir.

(YEDDİNCİ HİSSƏ)

Qeyd etmişdik ki, Ağdam rayonunun Əfətli kənd ərazi vahidliyinə dörd orta məktəb "fəaliyyət" göstərir. Bunlar Əfətli, Həsənxanlı, Hacıturalı və Hacıməmmədli kənd tam orta məktəbləridir. Ötən yazılarımızda Əfətli, Həsənxanlı, Hacıturalı kənd tam (tam ha) orta məktəblərinin direktorlarının mahərətləri və fərasətləri haqqında yazmışdıq. Ancaq Hacıməmmədli kənd orta məktəbınin direktoru Elşən Məmmədov bizdən gileylənirmişki, bu mahalda məndən fərəsətli məktəb direktoru yoxdu. Bəs mənim fərəsətimdən niyə yazmırlar? Bizdə də maraq yarandı ki, görən bu özünü fərəsətli hesab edən məktəb direktorunun fərəsəti nədən ibarətdi? Qısa araşdirmalardan sonra məlum oldu ki, elə həqiqətən ən fərəsətli direktor "master sport" Elşən Məmmədov imiş.
Nədəni, budur ki, bu Elşən Məmmədov ixtisasca fiziki tərbiyə müəllimi ola-ola gəlib Hacıməmmədli kənd tam (əməlli-baş tam ey) orta məktəbınin direktoru olub. Uşaqdakı fərasətə bax ey? Görən bu neçə gündə bu master sport Elşən bizim gözümüzdən necə yayınıb? Araşdirma zamanı məlum oldu ki, bu Elşən əkə uzağı səlis görmə idman növü üzrə master sport imiş. Beləki, direktor olduğu məktəbin yuxarı sinif şagirdləri gündəlik cədvəl üzrə dərsə gəlməyin vacıb olmadığını yaxşı bildikləri üçün (yəni məktəbdə tədris olmadığı üçün) şagirdlər Mingəçevirdə, Bakıda hazırlıq kurslarına gedirlərki, qəbul imtahanında normal bal toplayıb ali və ya orta ixtisas məktəblərin birinə qəbul ola bilsinlər. Bizim master sport Elşən əkə də direktor olduğu məktəbin şagirdlərinə uzaqdan nəzarət edirki, görən bu uşaqlar vaxtı-vaxtında kursa gedib gəlirlərmi? Sual oluna bilər ki, Elşən əkənin bunda marağı nədirki? Maraq böyükdü. Çünki şagird ali məktəbə qəbul olarsa neçə il ayaq döydüyü hazırlıq kursunun nəticəsi kimi yox, master sport Elşən Məmmədovun "məktəb"inin uğuru kimi qeyd ediləcək. "Bəxt üzüyü" filmində Söylunun dediyi kimi "bir medal da açacaqlar yaxasına". İndi bildiz bu master sportun marağı nədir?
Ötən yazımda qeyd etmişdik ki, dünən Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəisi Malik Vəliyevin sədrliyi ilə Bakı şəhərində Ağdam köçkün məktəb direktorlarılnın və rayon Təhsil Şöbəsinin rəhbərliyinin iştirakı ilə muşavirə keçirilib. Aldığımız məlumata görə müşavirədə hörmətli Malik Vəliyev məktəb direktorlarını haqlı olaraq danlayıb. Bir vəzifə olaraq məktəb direktorlarının qarşısına işlərində dönüş yaratmağı tapşırıb.
P.S Araşdirmanı davam edəcəm. Daha hansı məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu? Eyni zamanda yazılarda adları hallanan şəxslərində mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin!скачать dle 10.6фильмы бесплатно
>

Tarix:25-05-2019, 12:02
Oxunub:292


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti