yüklənir...
yüklənir...

Yaşamağa Bakı yaxşı, oxumağa Hacıturalı kənd məktəbi - Etibar Toğruluın altıncı yazısı

Tanınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda təhsilimizin bugünkü acınacaqlı durumu barədə geniş araşdirmalarını davam etdirir.

(ALTINCI HİSSƏ)

Ötən yazılarımızda Ağdam rayonunun Əfətli kənd ərazi vahidliyinə daxil olan Əfətli və Həsənxanlı kənd tam orta məktəblərinin direktorlarının mahərətləri sayəsində məktəbin 10-11-ci sinif şagirdlərinin bir neçəsi Bakıda yaşadıqları halda 365 km yol qət edərət dərsə gəlib getdiklərin yazmişdim. İndi isə həmin ərazi vahidliyindəö "fəaliyyət göstərən" Hacıturalı kənd tam (tam ha) məktəbinin 10-11 ci sinif şagirdlərinin əksəriyyəti Bakıda və Mingəçevirdə hazırlıq kurslarına gedirlər. Həmin şagirdlər Bakı və Mingəçevir şəhərlərində hazırliq kurslarında mənimsədikləri biliklər hesabına ölkənin müxtəlif ali və ya orta ixtisas məktəblərinə qəbul olur. Hacıturalı kənd tam (lap tam) orta məktəbinin direktoru Pərviz Aslanov isə sinəsinə döyür ki, mənim məktəbimin nəticəsi var. Bu Pərviz Aslanov görən özün aldadır, yoxsa cəmiyyyəti. Heç olmasa özünün ali təhsil diplomunun saxtalığından utanmır ey. Halal olsun... Uşaqdakı fərasə bax ey, hamini aldada bilib...
Ötən yazılarımda Ağdam təhsilində şagird çatışmamazlığı ilə üz-üzə qalan və buna görə də maşınla uzaq ərazilərdən şagird gətirib güc-bəla ilə "məktəb"i saxlayan 20 məktəbin movcudluğu ildə dövlət büdcəsində 5 milyon 700 min manat məbləğində vəsaitin yersiz yerə xərclənməsi deməkdi. Araşdirmamızı davam etdirdikdə 20 məktəbdən də əlavə məktəblər üzə çıxdı. Ümumilikdə Ağdam rayonunun ölkəmizin müxtəlif ərazilərində "fəaliyyyət" göstərən 3, 5, 6, 8, 15, 22. 27. 28, 30, 35,40. 42, 69, 71, 73, 76, 78, 81, 100, 102, 109, 112, 132, 133, 135, 146 və 149 saylı saylı məktəblərin yerləşdiyi əraziyə bitişik yerli və müasir məktəb binaları var. Belə olan halda bu köçkün məktəblərin zavallı şagirdləri niyə yaraşıqlı məktəb binalarında müasir informatika və digər fənn kabinələri olan işıqlı sinif otaqlarında dərs keçməsinlər. Harınlanmış məktəb direktorları cıblərində məktəb möhürü gəcdirəcək və\ həmin möhürlərlə qanunsüz işlər görüb maliyyə firıldaqları edecəklər deyə valideynləri köçkün olan zavallı köçkün şagirdlər mənəvi və pisixoloji əziyyətlər çəkməlidir? Əlavə olaraq dövlət büdcəsindən ildə milyonlarla pul göyə sovurmalıdı? Kimlərdi bunda maraqlı?
Bütün bunlara geniş şəkildə aydınlıq gətirəcəyik. Araşdirmalar davam edir...
Aldığımız məlumata görə Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin rəisi Malik Vəliyevin sədrliyi ilə bu gün Bakı şəhərində Ağdam köçkün məktəb direktorlarılnın və rayon Təhsil Şöbəsinin rəhbərliyinin iştirakı ilə muşavirə keçirilib. Müşavirə haqqında geniş məlumatı növbəti yazılarımızda verməyə çalışacarıq.
P.S Araşdirmanı davam edəcəm. Daha hansı məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu? Eyni zamanda yazılarda adları hallanan şəxslərində mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin!скачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-05-2019, 13:48
Oxunub:283


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti