yüklənir...
yüklənir...

Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında

"Qanun və İcra" verlışıni həftənin şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində canlı olaraq yayımlanacaq.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 146 - 157-ci maddələrini əhatə edən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ailə münasibətləri” mövzusu, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi, habelə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu təhlil olunacaq.
Təhlil olunan mövzu və normativ hüquqi aktların izahı, habelə mövzudan kənar istənilən digər hüquqi məsələnin şərh olunması ilə əlaqədar dəyərli oxucularımız və tamaşaçılarımız suallar ünvanlaya bilərlər. Suallar verlişə dəvət edilmiş nüfuzlu hüquqşünaslar və müvafiq sahənin tanınmış ekspertləri tərəfindən ətraflı şəkildə cavablandırılacaqdır.
Bu dəfəki verlişimizin qonaqlarını təqdim edirik:
- Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə
- Ailə məsələləri üzrə eksperd Ülviyyə Murtuzova
- Sumqayıt regional vəkil bürosunun müdiri - Anar Qasımlı;
- Sumqayıt Asan vəkil bürosunun rəhbəri - Leyla Bədəlova;
- Tanınmış hüquqşunas - Şahin Məmmədov.

Yeganə Telmanqızı
“Vetenperverler.az”скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-05-2019, 18:10
Oxunub:127


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti