yüklənir...
yüklənir...

Dövlət büdcəsinin icrası gəlir - Parlamentin yaz sessiyası bitir

Milli Məclisin (MM) yaz sessiyası başa çatır.
Vetenperverler.Az xəbər verir ki, parlamentin 2019-cu il yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.
İclasda bir sıra qanun və məcəllələrə dəyişikliklərlə yanaşı, 2018-ci ilin dövlət büdcəsinin icrasına da baxılacaq.
Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin yaxın günlərdə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi nəzərdə tutulur.
İclasda komitə üzvləri ilə yanaşı, bir sıra dövlət qurumlarının-komitə və nazirliklərin məsul şəxslərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı planlaşdırılır.
S.Şərifov dövlət büdcəsinin icrası ilə bağlı məlumat verəcək və millət vəkillərinin sual-təkliflərini cavablandıracaq.
Sonra qanun layihəsi MM-in sonuncu plenar iclasına çıxarılaraq, qəbul ediləcək.
İyun ayında isə MM-in ən azı iki növbədənkənar iclası keçiriləcək.

İyun ayının sonlarında millət vəkilləri növbədənkənar iclasları başa çatdırıb, sentyabr ayının 15-nə kimi yay tətilinə yollanacaqlar.

Millət vəkilləri bir də sentyabr ayının 15-də növbəti payız sessiyasının komitə iclaslarına qatılaraq, fəaliyyətlərini davam etdirəcəklər.

Büdcə sessiyası kimi tanınan payız sessiyası isə oktyabr ayının 1-də öz işinə start verəcək və dekabr ayının 29-30-da öz işini başa çatdıracaq.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-05-2019, 11:33
Oxunub:79


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti