yüklənir...
yüklənir...

"Vətən" İctimai Birliyi Gürcüstan Respublikasında bir sıra Beynəlxalq tədbirlər həyata keçirəcək

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Azərbaycanda yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi Gürcüstan Respublikasında bir sıra Beynəlxalq tədbirlər həyata keçirəcək
Axısxa Türkləri “Vətən” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “ Axısxa Türklərinin hüquqlarının müdafiəsinə həsr olunmuş beynəlxalq tədbirlərin təşkili ” adlı layihəsinin icrasına başladı.
Bu barədə layihə rəhbəri İsmayıl Rəhimov məlumat verib. İsmayıl Rəhimov bildirdi ki, 3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Azərbaycanda yaşayan Axısxa türkərinin öz tarixi torpaqlarına geri dönmələri üçün Gürcüstan Respublikasında yerli hökümətlə görüşlər keçirtmək, oraya köç etmiş soydaşlarımızın sosial-mədəni problemləri gündəmə gətirməyi planlaşdırmaqla yanaşı Azərbaycan-Gürcüstan arasında olan əlaqələrə öz töhfələrini verəcəklər. 2007- ci ilin 11 iyun tarixində Gürcüstan dövləti tərəfindən axısxa türklərinin vətənə qayıtması haqqında qanun qəbul edilmişdir. Lakin qanunun müddəti çox qısa olmuşdur. Qanuna əsasən Gürcüstan höküməti 494 nəfərə şərti vətəndaşlıq vermişdir, lakin öhdəliklər indiyə kimi yerinə yetirilmir. Gürcüstan Respublikasına bu lahiyə çərçivəsində rəsmi səfərlər edərək yaranan problemləri gündəmə gətirərək onların həll olunmasında Birlik olaraq aktiv iştirak etməkdir. Axısxa türklərinin tarixi ata-baba torpaqlarına dönmələri günümüzdə də aktual problem olaraq qalır. Ha-hazırda Dünyanın 10 ölkəsinə parçalanan Axısxa Türkləri 74 ildir ki Vətən həsrəti ilə yaşayırlar və bir gün ata-baba torpaqlarına dönməyi ümid edirlər.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-05-2019, 23:59
Oxunub:274


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti