yüklənir...
yüklənir...

Məktəblərə nəzarət gücləndirilir

Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq

Vetenperverler.Az xəbər verir ki, "Təhsil haqqında" qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, dövlət tərəfindən "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" yaradılacaq. Şagird və müəllimlər haqqında bütün məlumatlar bu sistemə daxil ediləcək.

Millət vəkili Asim Mollazadənin fikrincə, bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmalıdır. Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.


Millət vəkilinin sözlərinə görə, bu sistemdə valideynlərin də rolunun artırılması istiqamətində işlər görüləcək.


Hazırda layihə üzərində işlər davam edir.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:15-05-2019, 23:28
Oxunub:113


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti