yüklənir...
yüklənir...

Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə möhtəşəm tədbir

Ümummilli Liderin 96 ci ildönümü və Sumqayıt şəhərinin 70 illik yubleyi Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə tədbirlə qeyd edildi
Vetenperverler.Az xəbər verir ki, məktəbin foyesində “Bacarıqlı əllər” dərnəyi və fakultətiv məşğələ şagirdlərinin əl işlərindən ibarət sərgi düzənlənmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə açıldı. Ulu Öndərin həyat, fəaliyyətini, Azərbaycan və Azərbaycanlılar üçün gördüyü işləri əks etdirən və Sumqayıt haqqında bir neçə film nümayiş olundu. Ümimmilli Liderin həyatı haqqında tədbirin aparıçıları məktəbin 7-ci sinif şagirdləri Nəzrin Mahalova və İsmayıl Vəlizadə geniş məlumatlar verdilər. 4 Ç, 5 C sinifinin şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər söylənildi və “Sumqayıt”a həsr olunan mahnı səsləndirildi. Məktəbin 7-ci sinif şagirdi Nihad Təbrizoğlu bir neçə mahnı ilə tədbir iştirakçılarının qarşısında çıxış etdi. Nəsirov Röyal “Torpağın səsi” solo gitarada, İbrahim Vəlizadə “Xalq Heyder söyləyəcək” mahnısı ifa etdilər. Nicat Hüseynov “Xəzər” solo rəqsi və kollektiv rəqslər tədbirə daha da rəngarənglik qatdı. Daha sonra məktəbin direktoru Bəxşeyiş Ələmşahov çıxış edərək dahi şəxsiyyət müstəqil Azərbaycan dövlətinin memarı olmasından, bütün sahələrin inkişafındakı misilsiz xidmətindən və Sumqayıt haqqında xatirələrindən, bu gün şəhərdə gedən yüksək quruculuq işlərindən geniş danışdı və tədbirdə əməyi olan hər bir şagirdə və əsasəndə məktəbin müəllimələri Təranə Nəsirovaya, Leyla Əliyevaya, Elnurə Zeynalovaya öz təşəkkürünü bildirdi. Təhsildə və ictimai işlərdə fərqləndiklərinə görə müəllim və şagirdlər Fəxri Fərmanla təttif olundular. Tədbirdən sonra məktəbin təlim-tərbiyə üzrə direktor müavini Təranə xanım Nəsirova Vetenperverler.Az sayıtının əməkdaşına müsahibə verdi. O öz müsahibəsində bunları bildirdi:
-Çox az bir vaxtdır ki, bu vəzifəyə təyin edilmişəm. Bu günki tədbirində təşkilatçısı idim. Çox sevinirəm ki, çalışdığım məktəbin istedadlı, həvəsli şagirdləri çoxdur və mən qısa müddətdə onları aşkarladım, bu gündə, sabahda mənim qarşımdakı məqsəd bu uşaqlarla işləmək mütamadə olaraq məktəb və şəhər tədbirlərində yaxından iştirak etməkdir. Azərbaycan xalqının Ümummilli Liderinin 96 ci ildönümü və Sumqayıt şəhərinin 70 illik yubleyi həsr olunmuş bu tədbirə çox az bir vaxtda hazırlaşdıq və yüksək səviyyədə bir tədbir hazırladıq. Məktəb bu gün savadlı şagirdləri ilə, idmançı şagirdləri ilə öndə gedən məktəblər sırasındadır. Sağ olsunlar mənə köməklik edən Azərbaycan dili və ədəbiyyat müəlliməsi Elnurə xanıma, musiqi müəlliməsi Könül xanıma öz təşəkkürümü bildirirəm. Qarşıda bizə çoxlu tədbirlər gözləyir. Bizdə Vetenperverler.Az sayıtı olaraq məktəbin direktoru Bəxşeyiş Ələmşahov başda olmaqla bütün müəllim və şagird kollektivinə uğurlar arzulayırıq.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-05-2019, 22:26
Oxunub:287

MİLLİ QƏHRAMANLAR
Xəbər lenti