yüklənir...
yüklənir...

Bir vətən həsrətli şəhid atasını da son mənzilə yola saldıq

Şəhid atası 91 yaşlı el agsaqqalı Həmid Həsən oglu Əhmədov haqq dünyasına qovuşdu.
Qubadlı elinə agır itki olmuşdur . Şəhid atası , 91 yaşlı el agsaqqalı Həmid Həsən oglu Əhmədov may ayının 8 də , Şüşanın işgal gününün 27 ci il dönümün sakitcə qeyd olundugu bir gündə Ramazan ayında təbiətin çicəkləndiyi gündə haqq dünyasına qovuşdu.
Həmid Əhmədov 1928 ci ildə Qubaglı rayonunun Şıxava - Yuxarı Həmzəli kəndində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir . İxtisasca aqranom , kənd təsərrüfatı mütəxəssisi olmuş Həmid Əhmədov kolxoz quruculugunda fəal iştirak etmiş ,boyuk vətən muharibənin agrı acilarıni görmuşdü. O 1947 cı ildə həyat yoldaşı Tamara xanımla ailə qurmuş və dord ogul böyüdərək boya - başa çatdırmışlar.
Uzun illər kolxozda aqronom, briqadir, təftiş komissiyasının sədri, partkom vəzifələrində partiyanın hörmətli dövrlərində vicdanla, şərəflə çalışmışdır. . Sovet hökumətinin asıb kəsən dövründə rayonda böyük hörmət qazanmış Həmid Həsənoglunun evi hər zaman qonaqlı- qaralı olmuşdur . 1992 ci ilə qədər kənd çamaatının ,bir sözlə rayon sakinlərinin güzərani xeyli yaxşılaşmışdır . Bərəkətli Həkəri çayının sahilində yerləşən kənd camaati əsasən heyvandarlıqla, tütünçülüklə , baramaçılıqla və s. məşgul olmuşlar . Hələ müharibə illərində bu ellərdə çəltik əkilərmiş . Min bir zəhmət hesabına başa gələn çəltiyin, xüsusilə Xanlıq düyüsünün ətri bu gün də çoxlarının yadındadır . Yaşıllıqlarla əhatə olunmuş ərazinin geniş otlaq sahələri oldugu üçün kənd camaatı şəxsi təsərrüfatla məşgul olmuş, inək ,çamış, qoyun, keçi , toyuq , çücə saxlayar, bol - bəhrəli, yıgdiqca tükənmək bilməyən məhsul yetişdirərdilər.
Camaat dagların bulaqlarından qaynayaraq gürlaşanHəkəri çayından çoxlu qızıl və göy balıq tutar, iştahla bir- birilərinə qonaq edərdilər. Həkəri çayının balıgının dadi, tamı qədər indiyə qədər dünyanın heç bir yerində belə ləzzətli, təmiz, balıq görməmişəm.
Həmid əmi həm bibimin həyat yoldaşı , həm də anamın əmisi oglu idi . Çox qonaqpərvər ailə olan Əhmədovlar nəsli, kökü çörəkli kişilər idilər. Tamara bibim çox zəhmətkəş insandır. Təsəvvür edin, həm vətənpərvər dörd ogul böyudub, ogudub. Bununla yanaşı
həm barama saxlayar, həm tütün yıgar, həm beş baş sagılan inəyə qulluq edər, nehrə çalxalayar , həm yüzdən çox qoyun, quzu və keçı bəsləyər, həm sənəklə çaydan saf su gətirən bibim bir dəfə də yoruldum deməz, hər zaman da qazanları qaynayardı. Həyətində sayı bilinməyən toyuq, cucə qaz, hind toyugu saxlayan və bu qədər işin öhtəsindən gələn Tamara bibimgil xeyirdən- şərdən də qalmazdılar .
Həmid əmimin hektarlarla bagı, bostanı var idi. Bostanında əkdiyi xiyarın, pomidorun ətri hər tərəfə yayılardı.
Bedana tutdan bəhməz çəkilər , bol məhsul bockalara yıgılardı. Qıcqırdılmış tut şirəsindən tut aragı çəkilər və eyni zamanda yetişdirilən məhsul xarab olmasın deyə Gorus bazarına aparılar və satıldıqdan sonra cavanlar erməni kirvələrin axciləri ilə mehriban dolanardılar .
Erməni dülgərləri kəndlərimizdə nökərçilik edər, , ev tikintisində işləyər, həm kəndin məhsullarından yeyər, həm də ailələrini dolandırardılar .
Biz Agdam şəhərində yaşayirdıq Atab böyük vətən müharibəsindən 1947 ci ildə qayitdiqdan sonra Agdam şəhərində iki mərtəbəli ev tikdirmiş və bu dogma şəhərimizdə boya - başa çatmışıq. Qarabag müharibəsində 7 mindən çox şəhid vermiş qəhrəman Agdam çamaati çox qonaqlərvər olmaqla yanaşı, həm də qocaqdırlar, iş bacarandirlar . Yay tətilində biz üç ay dədə baba yurdumuza gedər, qohumların əhatəsində çox gözəl yaddaqalan günlər yaşayardıq.
Atam şair jurnalist, böyuk vətən müharibəsi əlili olmuş İlyas Allahverdiyev uzun illər nüfuzlu mərkəzi qəzet olmuş Kommunist ( indiki Xalq qəzeti ) qəzetinin zonalar üzrə xüsusi müxbiri vəzifəsində işləmiş , sözübütövlüyü, xeyirxahlıgı ilə respublikada böyük nüfuz qazanmışdır . Qubadli ,Laçın bölgəsindən yüzlərlə orta məktəbi bitirmiş qohum əqrəba, atamı tanıyanlar , bir sözlə müşkül işə düşənlər Agdama gələr İlyas müəllimdən kömək diləyərdilər . Atam kimisini bir xahişlə texnukumlara , sürücüluk məktəbinə , ali məktəblərə düzəldər, kimisini həbsdən azad etdirərdi. O dövrdə böyük- kiçik yeri bilinərdi, bir xahişlə qan yatırılardı .
Yaxşı yadımdadir ,Muradxanlı kəndi ilə Xəndək kəndi arasında Dəvədərə deyilən əraziyə yaxın axan Həkəri çayının üzərindən körpü tikdirən atamdan material, imzasız məktublar yazıb bu xeyirxah işə paxıl qüvvələr mane olmuşdular. Çayın üzərində ucaldılmış beş- altı hündür bənd bəlkə də indi də durur. O illərdə İlyas müəllimin başı çox qalmaqal çəkmişdir .
Hər dəfə Agdamdan Qubadlıya, kəndə gələndə sanki toy- bayram olardı. Kənd çamaatı hər biri istəyərdi ki, biz onların evlərində qonaq qalaq. Çünki atam kimin evində qalardısa , o evdə yaşayan uşaqlar mutləq ya instituta qəbul olunardi, ya da texnukuma,
Biz çox vaxt Həmid əmimgildə, ya da Əli babam gildə qalardıq. Xəmdək, Muradxanli ,Qaracalli, Lacının kəndləri bir sözlə bu ərazidə çoxları bir - birinə qohum idilər .
Ana babam olan Əli Nagıyev həm böyük vətən müharibəsi əlili idi, həm də el agsaqqalı idi. Beş sagılan çamışi , xeyli qoyunu,keçisi var idi . Evə gələn qonaga qoyun kəsilərdi.
Bir gün Səkinə nənəm bir çini qab dolu camış qaymagını, beçə balını stola düzəndə babam dedi: Bala o qaymagı qaşıqla ye, vaxt gələcək belə tamda qaymaq tapmayaçaqsan. Min bir ətirli dagların, dərələrin çiçəklərindən otlarından qidalanan mal heyvanların sudü də, qatigı , qaymagı da dadlı , tamlı idi . Qatıgı bicaqla neçə dəfə kəsmişəm. Hər evdən təndir çörəyinin, yuxanın ətri gələrdi . Bax beləcə mehriban dolanardıq .
Yayda çayda çimər, çayın sahillərində yarliz ,qışı yıgardıq. İti axan Həkərini üzərək o taya kecər və böyürtkən yigardıq . Hərdən də uşaqlarla birlikdə Zəli bulagına gedər və qoyun, qoç a idəli köhnə qəbirlərə diqqətlə baxardıq . Səltənət nənəmin atasi Qurbanəli bəyin vaxtilə min baş qoyun - quzusu var dövləti var imiş. O qoç şəkilli qəbirlər bey nəsli dən olan babalarımızın qəbr daşları imiş .
Çörəyimizi ,meyvəmizi yedirtdiyimiz mənfur, alçaq, riyakar qonsurımız qəfldən bizə qənim kəsildilər .
Torpagımıza yerikləyən ermənilər rus ordusunun köməyi ilə yurdumuzu işgal etdilər. Bu müharibədə nə qədər dogmalarımızı itirdik.
Dayım komandir Novruz Əlioglu minaya düsərək bu gün də müharibənin açısını yaşayır .
Həmid Əhmədovun övladları silaha sarılaraq kənd çavanları ilə birlikdə torpagı qorudular.
Döyüşlərin birində bibim oglu Nahid namərd gülləsinə tuş gəldi, şəhidlik zirvəsinə ucaldi. Onun ardınca ömür gün yoldaşımın dayıları Eldar və Allahverdi Bagırov qardaşları şəhidlik zirvəsinə ucaldılar. Qan qohumumuz Mikayıl Gözəlov kimi sərkərdələri itirdik. Nə qədər qohumlarım girov düşdülər, şəhid oldular əlil lik vəsiqəsi də almadılar .
91 yaşlı oglunu vətən yolunda şəhid verən Həmid Əhmədov agrısa da , qürurunu sındırmadı. Bir dəfə də şəhid adından istifadə edib nə ev ala bildi, nə də şəhidlərə verilən imtiyazlardan istifadə edə bildi . Şəhid pulunu almaq da Ona qismət olmadı. Dünya malında gözü olmayan Həmid Həsənoglu bir dəfə də olsun müalicəyə, istirahətə getmədi. Dövlət .alına xor baxmadı.
Oglu Arifin Mingəcevir şəhərindəki darısqal evinə sıgındi. Evin gəlini Gövhər xanım Həmid əmimə dogma atası kimi qulluq etdi , düz bu günə qədər .
Onu da qeyd edim ki, bir gün əvvəl ürəyimə nəsə dammısdı. İşimin , çoxlugundan Agdama gedə bilmirdim, nəhayət mayın 7 də Bakıdan yola düşüb Agdamın Quzanlı qəsəbəsinə çatdım, Qardaşım Qarabag müharibəsi , ehtiyyatda olan zabit əlili , tar ifacısı Vaqif İlyasoglu məni qarşıladı. Biz birlikdə əvvəl qəbiristanlıqda uyuyan atam İlyas Qəmginin və son beşik qardaşım, polis sistemində çalışmıs və 1988 ci ildən 1994 cü ilə qədər müharibənin ən qaynar nöqtələrində olmuş Qarabag müharibəsi veterani , sanbo cüdo üzrə dəfələrlə Azərbaycan və Zaqafqaziya çempionu olmuş pəhləvan çüssəli 45 yaşlı qardaşım Namiqin məzarını ziyarət etdikdən sonra köçkünlər üçün 25 il əvvəl tikilmiş köhnə daş evlərə gəlirik.
90 yaşli el agsaqqali geroy Sədrəddin kisi ilə görüşməyi qənimət bilirik.Sosialist Əməyi Qəhrəmanı olan Sədrəddin Ələsgərov vaxtilə atamla dost olub və bu gün də belə mərd kişini unutmuruq . El agsaqqalı ilə görüşüb
axşam qardaşımla birlikdə orucumuzu açıb Allaha dua edirik. Gecə saat 12 radələrində əl telefonuma fasiləsiz zəng gəlir. Təzəcə yuxuya getsəm də könülsüz olaraq telefonu götürürəm. Dayım Məhəmməd Əlioglu xəbər edir ki, Həmid əmimiz dünyasını dəyişib. O biri otaqda huşa keçmiş qardaşım da yuxudan ayılir, səhərin açılmasını gözləyirik. Suhb tezdən saat 6-00 radələrində Vaqif kiçik oglu İlyasa evi tapşırıb yola düzəlirik. Vaqifin həyat yoldaşı Rahilə Əmikişı qizi isə şəkərli diabetdən əziyyət çəkir, bir necə il əvvəl ödünü əməliiyat ediblər
Necə ildir ödsüz , sistem altında yaşayan və çavan qardaşı Abbasın vəfatından daha sarsılan Rahilə xanım qızı Ayselin evində müalicə olunur , həm də qızı xəstə anasına qulluq edir . Onu da qeyd edim ki, Rahilə xanımın xalasi Kişi Tavad olub, Hansıki, tarixə Erkək Tavad kimi düşmüs bu qocaq qadın ailə qurmamış, 80 il yaşamışdır .
Ermənilər vaxtilə Tavat nənənin iki qardaşını işgəncə ilə öldürmüş, 18 yaşlı bu qocaq, qeyrətli qız qardaşlarının qisasını almış ,ermənilərə qənim kəsilmişdir . Rahilə xanımın atasi rayonda vaxtilə hərbi komissar işləmişdir. Rahilə xanımla görüşə bimədən Mingecevir şəhərinə gəldik. Şuşanın işgal günündə şəhid atasını izdihamla son mənzilə yola saldıq. Hamımızı qəhər bogur, Nərimanın, Arifin, Həsənin, Vaqifin, Azərin, Məhəmməd dayımın Novruzun , bir sözlə hamımızın gözləri dolur, anamın yadigari Kubra xalam uca səslə aglayaraq dogma əmisinə agı deyir. Hər kəs kədər içindədir.
Tamara bibim isə gah qardaşı İlyası köməyə çagırir, gah da məni qardaşımın yanında dəfn edin - deyir .
Hər kəsə təsir edən odur ki, o cur dogma yurdu itirəsən, şəhid verəsən, bu gün də dədə - baba qəbirsanligına həsrət qalasan.
Onu da qeyd edim ki, Qubadlıda qəbir qazanlar pul almazdı, nə də yer haqqı alınmazdı. Çamaat bir- birinə təmənnasız kömək edərdilər . Amma indi şəhərlərimizdə yer də qəhətə çıxıb, Ölümlərın sayı vətəndə vətənsizlikdən artıb .
yuyub kəfənlətmək üçün növbəyə yazılır, May ayının 8 də altı nəfər dünyasını dəyişən məsciddə paklanmaq üçün növbəsini gözləyirdi. Mənə elə gəlir ki, bu qədər böyük şəhərdə iki məscid və ya yuyat yeri azlıq edir .
Dəfn mərasimi bitdikdən sonra dogmalarla görüşub Bakiya gecə çatiram, Yuxum ərşə çəkilib, odur ki, ürəyimdən keçən fikirlərimi sizinlə bölüşürəm .
Yolda gələrkən əl telefonuma qəlbimdən keçən bir şeiri bədahətən yazdıgımı yaddaşıma köçürdürəm:

Üzümü tuturam qərib daglara,
Torpaga qarışıb itənə qədər .
Qəlbim dözəcəkmi agır daglara ,
Baş alıb gedirəm vətənə qədər .

Axı dogmalarım uyuyur burda,
Torpagım işgalda, vətənim darda,
Didərgin düşmüşük covgunda, qarda,
Baş alıb gedirəm vətənə qədər.

Doguldugum məkan mənə vətəndir,
Yurdumda ən gözəl meyvə bitəndir,
Daglarım gör necə dumandır, cəndir,
Baş alıb gedirəm vətənə qədər,
Ömrümü keçirdim gör necə hədər .

Yenicə çapdan çıxmış kitabımı qohumum Gövhər xanıma təqdim edib deyirəm: - Tamara bibim, qardaşın istəsə bu kitabı göstərərsən, bəlkə qardaşının şəklin görüb bir az təskinlik tapa .
El agsaqqalı ,şəhid atası Həmid Əhmədovun əziz xatirəsi onu tanıyan dogmalarının qəlbində əbədi yaşayaçaqdır .
Nur içində yat əmi, ,Allah sənə rəhmət eləsin.
Məzarın ilahi nuruyla dolsun, Ayların sultanı olan müqəddəs ayda əbədiyyata , şəhid ogluna qovuşdun.

Rauf İlyasoglu
Bir vətən həsrətli şəhid atasını da son mənzilə yola saldıq
Bir vətən həsrətli şəhid atasını da son mənzilə yola saldıq
Bir vətən həsrətli şəhid atasını da son mənzilə yola saldıq
Bir vətən həsrətli şəhid atasını da son mənzilə yola saldıq
Bir vətən həsrətli şəhid atasını da son mənzilə yola saldıq
Bir vətən həsrətli şəhid atasını da son mənzilə yola saldıq
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-05-2019, 00:43
Oxunub:59


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti