yüklənir...
yüklənir...

Körpələrə qəribə adların qoyulmasının qarşısı alınıb

Azərbaycanda körpələrə qəribə adların qoyulmasının qarşısı alınıb.
Vetenperverler.Az xəbər verir ki, aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılan Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 60 müraciətə baxılıb.
Terminologiya komissiyasının sədr müavini Sayalı Sadıqova deyib ki, müraciətlərdə qeyd olunan 16 adın qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.
Sayalı Sadıqova bildirib ki, bu il Azərbaycanda körpələrə 10 yeni ad qoyulub. Aytər, Onur, Elyar, Human, Zehin, əkiz bacılar üçün qoyulan İmanə və Cəmanə, Melih, Behcat və Elana adları Komissiyaya daxil olan yeni adlardır.
Diqqəti çəkən digər bir məqam isə soyadlarla bağlıdır. Belə ki, daxil olan müraciətlərdə rayon adlarını soyad kimi götürmək istəyənlər də olub. Bu soyadlarda ən çox Qazax rayonu üstünlük təşkil edir. Növbəti yerlərdə Şuşa və Laçın rayonlarının adlarını özlərinə soyad götürmək istəyənlərin müraciəti qeydə alınıb.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:2-05-2019, 00:37
Oxunub:152


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti