yüklənir...
yüklənir...

İNSANŞUNAS OL - Zərif Mehtiyeva yazır

Ey insan!
Haqqı de,
haqqa get,
unutma haqqı desən, haqq həmişə səni qoruyacaq.
Ey insan!
Ədalətli olaraq, həqiqəti sev.
Şəxsiyyət olaraq özün ol, kiminsə istədiyi kimi yaşayıb alət olma.
Ey insan!
Öz istəklərinlə bərabər şəxsiyyət olaraq yaşa..
Doğruların olsun,
doğrularında da haqq,ədalət olsun.
Ey insan!
Şər,böhtan, yalan sənə nə qazandıracaq?!
Hansıki həmişə ağ, qara üzərində, xeyir, şər üzərində ,haqq isə nahaq üzərində qalib olur. Ədalət gec yürür, amma sonunda unvanına mütləq çatır.
Ey insan!
Paxıl olma,paxıllıq hamıdan öncə sahibini məhv edər.
Ey insan..
Bu dünyada yaşadığın hər anının qədrini bil,zamanını pisliklərə xərcləmə.
Ey insan!
İnsanlığını, vicdan və şərəfinlə tərəziyə qoy.
Ədalətli qərarı yalnız tərəzi nizam çəkəcək.
Amma tərəziyə mudaxilə etmə!
Çunki haqqın tərəzisi səni səndən xəbərsiz qeyd edəcək.
Ey insan!
Ya elm öyrən,ya elm öyrət, ya elm əhlini sev!
Başqa yolla getsən özünü məhv edəcəksən.
Ey insan!
Cəmiyyətə, millətə, xidmətinlə xeyir ver.
Dövlətə sadiq ol, vətənini sev!
Çunki vətəni sevməyən insan olmaz,olsa o şəxsdə vicdan olmaz.
Ey insan!
Son olaraq müraciətim budur,
İctimai etimad qazanmaq üçün, insan" olaraq yaşa.
Unutma həyat səni ən sonda sınayarkən, əməllərinlə qiymətləndirəcək.
Qiymətin ya mükafat olacaq ya cəza.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-04-2019, 16:27
Oxunub:122


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti