yüklənir...
yüklənir...

Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb

Əvvəlki illərlə müqayisədə son bir il ərzində vəkilliyə qəbulla bağlı bir çox tədbirlər görülüb, namizədlər üçün hər cür şərait yaradılıb. Bu istiqamətdə işlər hazırda da davam etdirilir

Vetenperverler.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərtac-a müsahibəsində deyib.
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyası vəkilliyə qəbulla bağlı sənəd qəbulunu dayandırmayıb. Tələblərə cavab verən istənilən namizəd vəkilliyə qəbulla bağlı elektron qaydada sənəd verə bilər. Təkcə son iki gün ərzində 20 namizəd müraciət edib. Onlar müxtəlif sahələrdə çalışan hüquqşünaslardır. Bunlar həm məhkəmələr, ədliyyə və hüquq-mühafizə orqanlarında, həm də qeyri-dövlət təşkilatlarında çalışan şəxslərdir. Bu, göstərir ki, vəkilliyə maraq çox böyükdür.
“Prezident İlham Əliyevin Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsini müsbət qarşılayırıq. Vəkillərin sayının artırılması qarşımızda duran əsas məsələlərdən biridir. Yaxın aylarda növbəti imtahan keçiriləcək. Hazırda 100-dən çox namizəd qeydə alınıb və ərizə qəbulu davam etdirilir. Müəyyən sayda namizəd olduqdan sonra Dövlət İmtahan Mərkəzi ilə birgə imtahan keçirəcəyik. Bu proses davam edir”, - deyə A.Bağırov vurğulayıb.


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-04-2019, 02:19
Oxunub:106


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti