yüklənir...
yüklənir...

DOĞRULARIM

Zərif Mehtiyeva

Hər kəs həyatda bir məqsədlə, bir amalla yaşayar. Və hər kəsin həyatında bir yolu, bir seçimi və bir istiqaməti olarki, o istiqaməti, o yolu seçdiyi məqsəd üçün mucadilə edərək irəliləməyə çalışar.
Bəzən həyatda zaman hər şeyə əlacdır deyilir.
Ancaq zamanın dəyərini, yaşayaraq nəfəs alanlar deyil, öləcəkləri anı düşünərək nəfəs verənlər daha gözəl anlayarlar və həmin şəxslər zamandan düzgün istifadə etməyi bacararlar.
Seçdiyimiz hədəfə çatmaqçun, zaman itirmədən çalışmaq, qarşımızı kəsmək istəyən, irəliləməyə mane olmaq istəyən sədlərlə qarşılaşdığımız anda o hallara və o şəxslərə zaman xərcləmədən sadəcə gülərək keçməyi tərcih etmək lazımdır.
Şahı mat etmək üçün ilk öncə daşları yığanın zəki olmadığı düşünülür. Amma, sonda o daşlar bir - bir şahın mat olmasına səbəb olur və nəticə tam fərqli olur!
Amma bir şeyi də unutmaq olmazki, hədəfə çatmaq üçün hər bir addımda doğrularımıza güvənməliyik.
O doğrular ki, orda qanunların aliliyi, insanlıq prinsipləri hökmran olsun.
Dekart demişdir; "Təsadüfi bir doğruya çatmaqdansa, usullu bir səylə səhvə çatmağı üstün tuturam".
Doğruları dərk etməyən bir şəxsin məqsədi bəlli olmaz.
Məqsədli şəxs optimist olmalıdır.
Optimist insan ayaqqabıları oğurlanınca, "ayaqlarım var" deyə bilən insanlardır.
Bax həyatı dərk etmənin ən başlıca meyarı, özunu dərk etməkdir.
Əgər özunu dərk edə bilirsənsə artıq doğrularını və yalnışlarını dərk edəcək düşüncəyə sahibsən.
Bu düşüncədən formalaşan fikirlər sənə, səni həyatda ayaqda saxlaya biləcək güc verir.
Məğlubiyyət yıxılmaq deyil, yıxıldığında ayağa qalxa bilməməkdir.
Həyatımızın daha maraqlı olması üçün səni yıxmaq istəyən təkanın hardan gəldiyini düşünərək zaman itirmək deyil, sənə ayaqda durmağı anladacaq dəstəyə təşəkkur edəcək və dəyər verəcək zaman ayırmaq gərəklidir.
Həyat nərdivanını çıxarkən insanlara yaxşı davranaq. Çunki düşünək ki, enerkən yenə eyni insanlara rast gələcəyik.
Şərəfsizliyə qarşı çıxaraq mucadilə edib, məzlumların haqqın zalimlərə yedirtməyə göz yummayaq.
Haqqı seçək, haqqdan qaçmayaq və unutmayaq ki, haqq bizi ən ali qoruyacaq quvvədir.
Daxilimizdə doğrular, yolumuz haqq, addımımızda səbr olsun!
Biz Vətənə xidmət edən Azərbaycan vətəndaşları olaraq nədən bir olmamalıyıq?!
Nədən dövlətə, dövlətçiliyə sadiq olmaqda qəti və qərarlı addımlar atarkən, Ali Baş Komandan Cənab İlham Əliyev siyasətinin ətrafında cəmləşərkən, şərəfsiz insanların müdaxiləsindən qorxaraq çəkinməliyik?!
Nədən doğrularımızdan vaz keçməliyik?!
Unutmayaq, şərəfsizlər qədər,ş ərəflilər də cəsarətli olmalıdır.
Hansı vəzifədə olmamızdan asılı olmayaraq, dövlətə sadiq olaq, Vətəni sevək, milləti sevək!
Unutmayaq sədaqət ölum kimidir, bazarlığı olmaz!!!
Mən bu doğrularımı USTADIMDAN öyrəndim!скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-04-2019, 17:40
Oxunub:317


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti