yüklənir...
yüklənir...

Bir insanın əsl zənginliyi onun bu dünyada etdiyi yaxşılıqlardı.

Qarabağ müharibəsində Azərbaycana 5 nəfər şəhid vermiş ailənin qonağı olduq.
“Şəhid ailələrinə yardım qrupu” həmişə şəhid ailələrini ziyarət edir. Bu gündə “Şəhid ailələrinə yardım qrupu” II müavini Azərbaycan Dillər Universitetinin 2-ci kurs tələbəsi Xədicə xanım Musayeva, Bakı Slavyan Universitetinin tələbəsi Əsmat xanım Qənbərova, BDU-nin tələbəsi Ayan xanım Əkbərova, SDU-nin tələbəsi Nazilə xanım Tağıyeva, Füzuli rayon 50 saylı tam orta məktəbinin direktoru Günel xanım Kazımova, Avtomart MMC-nin əməkdaşı Mirkazımov Natiq, Vetenperverler.Az sayıtının baş direktoru Yeganə Telmanqızı Sumqayıt şəhər 12-ci mikrarayonda yaşayan şəhid ailəsi Vəliyevlər ailəsini ziyarət etdik. Ailəyə müəyyən miqdarda ərzaq yardımı edildi. Ailə itirdiyi şəhidləri haqqında söhbət etdi və bir daha o illərə qayıtdı.
Xatırlatma: Xocavənd rayonunun Qaradağlı kəndin işğal günü kənddə 118 nəfər olub. Onların hamısı əsir götürülüb. Əsirlərdən 66 nəfəri amansızlıqla, ağır işgəncələrlə qətlə yetirilib. 52 nəfər çox böyük çətinliklə əsirlikdən azad olunub. Kənd sakinlərinin hər 10 nəfərdən biri-ümumilikdə 78 nəfər şəhid olub. Ailənin ilk itirdikləri övladları Füzuli Cavad oğlu Vəliyev 15 aprel 1968-ci ildə Qaradağlı kəndində Cavad və Zərifə xanımın ailəsində dünyaya gəlmişdir. 1975-ci ildə Qaradağlı kənd orta məktəbinin birinci sinifinə getmiş, 1983-cü ildə səkkizinci sinfi bitirir. Orta təhsilini qiyabi olaraq davam etdirir və N.Nərmənov adına kolxozda sıravi kolxozçu kimi əmək fəaliyyəti ilə məşğul olur. 1986-cı ilin noyabr ayında həqiqi hərbi xidmətə çağrılır. O, Perm vilayətində xidmət edir və 1988-ci ilin axırlarında SSRi Silahlı Qüvvələrindən tərxis olunur, doğma kəndinə qayıdır. Kolxozda yenidən əmək fəaliyyətinə başlayır. Qarabağ münaqişəsi başlayandan silaha sarılaraq Vətənin qeyrətli oğulları ilə bərabər torpağımızın müdafiəsinə qalxır və mübarizəyə qoşulur. O, gözətçi postunda gecə-gündüz dayanaraq düşmən hucumlarının qarşısının alınmasında fəallıq edirdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri ilə 1991-ci ildə Milis Bölmələri yaradılmışdır. 1991-ci ildə Füzuli Vəliyev Qaradağlı kənd Milis bölməsində serjant işləyir. O, Vətəninin müdafiəsi naminə mübarizəyə atılır və bir çox əməliyyatların öncüllərindən olan bu gənc cəsarətli addımları ilə diqqəti cəlb edirdi.
1992-ci il 17 fevral... Erməni təcavüzkarları tərəfindən Qaradağlı kəndi işğal olundu. 5 nəfər Füzuli və digər sağ qalmış müdafiəçilər- Hafiz, Mikayıl, Əbülfət, Vətən Xankəndi şəhərinə gətirildi. Fevralın 19-da onları Xankəndi türməsindən çıxarıb apardılar. İndiyədək bu 5 nəfərin aqibəti nəməlum olaraq qalır. 1992-ci il 24 yanvar 1992-ci ildən Füzulinin Xəyalə adlı qızı dünyaya gəlir. Bütün ailə üzvüləri onun gələcəyi yolu gözləyirlər. Ailənin digər şəhidi Əhmədova Sürəyya Cavad qızı 1959-cu ildə Qaradağlı kəndində anadan olmuşdur. 1967-ci ildə Qaradağlı kənd orta məktəbinin birinci sinifinə getmiş və səkkizinci sinifi bitirib, təhsilini qiyabi davam etdirir. Bir müddət N.Nərmənov adına kolxozda əmək fəaliyyətinə başlayır. Sonra İslam Əhmədovla ailə həyatı qurur və Xocalıda yaşamağa başlayır. 1987-ci ildə Anar adlı bir oğlanları dünyaya gəlir. Lakin onun ailəli günləri uzun sürmür. İslamı ermənilər girov götürür sonra qaytarırlar. İslam 1990-cı ildə dünyasını dəyişir. 1992-ci il 25 fevral saat 21:00...erməni silahlı qüvvələri Xocalıya hucum edirlər. Camaat meşəyə, dağlara qaçır. Sürəyyə xanım oğlu Anarı qardaşı Fikrətin bellinə bağlayır, özüdə qoca qaynansına kömək edir ki, əsir düşməsinlər, qaçsınlar. Lakin onlar Xocalıdan çıxa bilmirlər. Xocalıda hər iki valdeyinini itirmiş 5 uşaqdan biridə Anardı. Anar II qrup əlildi.
Ailə yenə bir uğursuzluqla üzləşir. Fazil Cavad oğlu Vəliyev. O, 14 noyabr 1957-ci ildə dünyaya gəlmişdir. Qaradağlı kənd orta məktəbini bitirdikdən sonra 125 saylı Texniki Peşə Məktəbində dülgər ixtisasına yiyələnmişdir. İşgüzar, sadə, vətənpərvər bir insan idi. O da kəndin müdafiəsinə qalxmış, erməni həmlələrinin qarşısını almışdır. Qaradağlı ermənilər tərəfindən işğal olunan gün, əsir götürülənlərdən biri də Fazil idi. Onu Xankəndi şəhərinə gətirilmişdir.
20 mart 1992-ci il...Həbsxanada hər gün gördüyü işgəncə və əzablardan dünyasını dəyişmiş 35 yaşında şəhidlik zirvəsinə ucalmışdır. Martın 31-də girovluqdan azad olunanlar Fazilin cəsədini Ağdam rayonuna gətirirlər “Uzun Dərə” adlanan ərazidəki “Şəhidlər Xiyabanı”nda dəfn edilir. 5 övlad atası idi..
Ailənin digər itirdiyi şəhidi kürəkənləri Faiq Həsrət oğlu Tağıyevdi. O, 2 yanvar 1961-ci ildə dünyaya gəlir. Qaradağlı kənd orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Sadə, zəhmətsevər, böyüyə-kiçiyə hörmət edən insan idi. N.Nərimanov adına kolxozda qoyunçuluqla məşğul olurdu. Ermənistan silahlı qüvvələri Qarabağda azərbaycanlı əhaliyə qarşı silahlı basqınlara, terror hadisələrinə başladıqları zaman Faiq də Vətəninin müdafiəsinə qalxmış əsl qəhrəman kimi vuruşmuşdur.
1992-ci il 17 fevral saat 16:00 ... Qaradağlı işğal edilir. Girov götürülənlərin arasında Faiq də var idi. Qaradağlıdan 2 km aralıda “Bəylik Bağı” adlanan ərazidə 30-dan artıq müdafiəçi ilə bərabər 31 yaşında qətlə yetirilmişdir. Onların cənazələri “silos” quyusuna atılır. Faiqin cəsədi elə həmin quyuda qalır. 3 oğlan 1 qız atası idi. Ömür gün yoldaşı Vəliyeva Gülsəhər xanım çox əziyyətlə övladlarını böyüdür, tərbiyə edir. O 55 yaşında vəfat edir. 82 yaşlı Zərifə xanım Ərməğan qızı Vəliyeva əsl qəhrəman anadı. Zərifə ana nə qədər ağrılı, acılı günlər yaşayıb. 7 övladından 2 oğlu, 1 qızı, 2 kürəkəni şəhidlik zirvəsinə ucalıb.
“Şəhid ailələrinə yardım qrupu”nun yaradıcısı Nazlı xanım Süleymanova başda olmaqla Günel xanıma, Xədicə xanıma, Ayan xanıma, Nazilə xanıma, Əsmat xanıma, Natiq bəyə Vetenperverler.Az sayıtı olaraq öz təşəkkürümüzü bildiririk.
“Şəhid ailələrinə yardım qrupu” xalqına, dövlətinə, prezidentinə xidmət edir.
Vətən yolunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allah rəhmət eləsin. Nur içində yatsınlar!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Bir insanın əsl zənginliyi onun bu dünyada etdiyi yaxşılıqlardı.
Bir insanın əsl zənginliyi onun bu dünyada etdiyi yaxşılıqlardı.
Bir insanın əsl zənginliyi onun bu dünyada etdiyi yaxşılıqlardı.
Bir insanın əsl zənginliyi onun bu dünyada etdiyi yaxşılıqlardı.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:15-04-2019, 10:14
Oxunub:118


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti