yüklənir...
yüklənir...

İdman cəmiyyət üçün ən vacib sahədir

Əməkdar məşqiçi Natiq Qasımov- İdmanla məşğul olan uşağın sağlam gəncliyi və sağlam gələcəyi olur.
Əziz oxucu yeniyetmələrin və böyüməkdə olan nəslin asudə vaxtlarının neçə keçirilməsi lahiyəsi ilə mütamadə olaraq idman klublarının və idman zallarının qonağı oluram. Bu gündə yaşadığım Sumqayıt şəhərində yerləşən yenicə açılan Əməkdar məşqiçi Natiq Qasımovun rəhbərlik etdiyi “Zirvə” Beynəlxalq idman klubunun qonağı oldum. Zal səliqəsi, xüsusi yaraşığı və hər şəraiti ilə göz oxşayır. Uşaqlar bu cür zalda məşq edib daha da çempion olmağa ruhlanacaq və bu gündə bu zalda idmanla məşğul olan hər bir idmançı şagird gələcəyin çempionu olmağı arzulayır. Onu da xatırladaq ki, “Zirvə” Beynəlxalq idman klubunda Kikboksinq və MMA idman növləri üzrə 300 idmançı şagirdin məşqi ilə məşqiçi müəllimlər Əməkdar məşqiçi Natiq Qasımov, Rəşad Yaqubov, Möhsen Fərahi məşğul olur.
Əməkdar məşqiçi Natiq Qasımov "Vetenperverler.az" saytının əməkdaşına idmançıları və məşqıcı müəllimlər haqqında bunları bildirdi:
-Yeganə xanım çox sağ olun biz idmançıları daima işıqlandırırsız və xalqa tanıdırsız. Biz sağlamlığa xidmət edirik. İdmanla məşğul olan hər bir uşaq sağlam böyüyür və ən əsasıda onlar pis vərdişlərdən narkomanyadan uzaqdılar. Böyüməkdə olan nəslə onau deyerdim ki, asudə vaxtlarını səmərəli keçirtmək üçün idman zallarına gəlsinlər, məşqlərə başlasınlar Klubumuza yeni məşqlərə başlayan yeniyetmə idmançılarımız var, onlarda artıq özlərinin yaxşı tərəfdən göstərirlər. Bu il İnşalah bizim ücün çox məsuldar bir il olacaq. Bir çox mühüm yarışlarımız var. Biz inanırıq ki, bu zalda Dünya çempionlarının davamçıları yetişəcək.
İdman klubunda diqqətimi çəkən burada məşqıçı müəllim kimi çalışan əslən iranlı olan Möhsen Fərahi bizimlə qısa söhbətdə bildirdi:
-11 ildi idmançı məşqiçi kimi çalışıram. Azərbaycanda idman mühüm yerlerde dayanır və Azərbaycan idmançıarı çox güclü potensiyala malikdilər, ən əsasıda budur ki, Sumqayıtdada, Azərbaycandada idmançılara böyük hörmət var. Bu gün çalışdığım bu zalda gələcəyin güclü idmançıları yetişir və bu idmançıların kifayət qədər də nəticələri var, bunlardan Saday Qasımov, Arif Qasımov və digərləri. Mən “Zirvə” idman klubunun rəhbəri Natiq Qasımova xüsusi minnətdarlığımı bildirirəm.
Bu zal Azərbaycanda və Sumqayıt şəhərində fəaliyyət göstərən gözəl zallardan biridir. Uşaqlar bu cür zalda məşq edib daha da çempion olmağa ruhlanacaq.
Bizdə “Vetenperverler.Az” sayıtı olaraq Beynəlxalq “Zirvə” idman klubunun klubunun direktoru Natiq Qasımova, klubun məşqiçilərinə, idmançılarına uğurlar və qalibiyyətlər arzulayırıq. “Zirvə” idman klubunun yetişdirdiyi idmançı şagirdlərinin uğurları Dünya, Avropa, Olimpia arenalarından gəlsin.
Yeganə Telmanqızı
“Vetenperverler.Az”

İdman cəmiyyət üçün ən vacib sahədir
İdman cəmiyyət üçün ən vacib sahədir

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-04-2019, 17:24
Oxunub:165


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti