yüklənir...
yüklənir...

Şəhid oğullar hamısı qəhrəmandır.

Baxşəliyevlər ailəsi digər şəhid ailələrinə bənzəyir sadə, mehriban, vətənpərvər Azərbaycan ailəsi.
Aprel döyüşləri Dünyada Azərbaycan ordusunun bu döyüşlərdə yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinin şahidi oldu. Ailənin ilk övladı Baxşəliyev Rəşid 23 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində Əliağa və Cimnaz xanımın ailəsində dünyaya gəlmişdir. Buzovna qəsəbəsi 7 saylı məktəbəqədər tərbiyə müəssəsində tərbiyə almışdır. Olduqca sakit, heç nədən qorxmayan bir uşaq idi. Saatlarla velosiped sürməyi sevərdi. 2002-ci ildə Buzovna qəsəbəsinin 26 saylı orta məktəbinin birinci sinifinə daxil olur. Səkkizinci sinifə kimi bu məktəbdə təhsil alır ailəsi yeni evə köcdüyü ücün Rəşid 2011-ci ildə Masazır kənd Əliağa Vahid adına 1 saylı orta məktəbində təhsilini davam etdirir. Məktəb fənlərini zəif oxuyurdu. Onun böyük həvəsi musiqiyə idi. Ona görə də Laçın rayon musiqi məktəbinin qarmon sinifində 5 il təhsil alır. Bütün günü sintezator alətində ifa edirdi. Çox şən oqlan olub Rəsid. 2014-cü ildə orta təhsilini bitirir. Ceyranbatan 4 saylı peşə məktəbinin “traktor sürücüsü” şöbəsinə daxil olur. 2 ay burada təhsil alır. Təhsilini dondurub hərbi xidmətə getmək üçün ərizə yazır. 2014-ci ilin 24 oktyabrında hərbi xidmətə yola salınır. İlk hərbi xidmətini Lənkaranda keçir. Sonra Beyləqan rayonunda “Top Artirelya” kursunu bitirir. Ağcabədinin yuxarı Qiyaməddən kəndində xidmətini davam etdirir. Çox gözəl, dəqiq top vururdu. Əsgər Baxşəliyev zabit kursunu bitirib həmişəlik orduda qalmaq isdəyirdi. Əsgəri xidmətindən sonra hərbidə qalıb işləmək onun ən böyük arzusu idi.
Onu da xatırladım ki, Baxşəliyevlər ailəsi Zəngilan rayonundan məcburi köçgündülər. döyünən bir ATA ürəyi!.. -1992-93-cü illərdə döyüşdə vuruşmuşam. Rəşid həmişə mənə deyirdi ki”Ata sən vuruşmusan döyüşdə məndə vuruşmaq istəyirəm”. O, bu gün belə bir ad qoydu. Vətəni yolunda canından keçdi. Vətənimiz, millətimiz, dövlətimiz sağ olsun!
Rəşid aprelin 1-də ordudan təxris olur. Vətənin dar günündə öz arzusu ilə qalıb vuruşmaq isdəyir.
2016-cı il 2 aprelin ...20 yaşlı igidimiz aprel döyüşləri zamanı Azərbaycan-Ermənistan təmas xətində baş verən atışma zamanı canını fəda edərək böyük qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalır. Aprelin 11-də Rəşid Baxşəliyev doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyihərbi hissənin əsgərləri, və zabitləri qatıldı. Baxşəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Biz inanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Tezliklə bayrağımız dalağalanacaq o torpaqlarda. İnsallah o gün uzaqda deyil.
Ruhun sad olsun Rəşid qardaşım. Nur içində yatasan.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az"
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-04-2019, 01:05
Oxunub:47


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti