yüklənir...
yüklənir...

"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində bir qrup ictimaiyyət nümayəndəsi ön xətdə Aprel zəfərinin qürurunu yaşadı

"Əsgərə xatirə kitabı" layihəsi yenə əsgərlərlə birgə

Artıq üç ildir ki, "Əsgərə xatirə kitabı" layihəsinin təşkilatçıları layihə çərçivəsində Füzuli və Cəbrayıl rayon istiqamətində bayram günlərində şəxsi heyətlə muxtəlif görüşlər keçirdir. Həmin layihənin məqsədi şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə bədii kitablarla təmin etmək, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyyə olunmasına töhfə verməkdir.
Aprelin 1-də uğurlu Aprel döyüşlərınin üçüncü ildönümü münasibəti ilə "Əsgərə xatirə kitabı" layihəsi öz ənənəsinə sadiq qalaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşə getmışlər. Bu dəfə ki səfərdə Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, 2 saylı Bakı texniki hümanitar elmlər liseyinin direktoru Bəkir Mustafayev, fəal ictimaiyyət nümayəndələri Şəhla Hüseynova, Ayaz Bayramov, Arifət Lələyeva, Hacı Vusal Nərimanov, Cəvahir Şixəıliyeva, Tural Alışanlı və 2 saylı Bakı texniki hümanitar elmlər liseyinin əlaçı və fəal şagirdi Çingiz Nərimanov iştirak edirdilər.
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində səfər iştirakçıları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki Aprel şəhidlərinin abidəsini ziyarət etmiş, Zəhra parkının açılışında iştirak edərək, həmin parka xatirə olaraq üzərində "Əsgərə xatirə kitabı layihəsi kollektivi tərəfindən" yazılmış kitab şəklində daş qoyuldu. Bundan başqa hər aprel şəhidinin adına bir ağac əkildi.
Xatırladaq ki, səfər ərəfəsində "Əsgərə xatirə kitabı" layihəsi Səbael rayonundaki 2 saylı Bakı texniki hümanitar elmlər liseyində direktor müavini Nuranə Şixəliyevanın rəhbərliyi ilə qərargah yaradılmışdı. Layihə çərçivəsində şəxsi heyətə çatdırılan kitablar həmin qəragahda toplanmışdı.
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində bir qrup ictimaiyyət nümayəndəsi ön xətdə Aprel zəfərinin qürurunu yaşadı
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində bir qrup ictimaiyyət nümayəndəsi ön xətdə Aprel zəfərinin qürurunu yaşadı
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində bir qrup ictimaiyyət nümayəndəsi ön xətdə Aprel zəfərinin qürurunu yaşadı
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində bir qrup ictimaiyyət nümayəndəsi ön xətdə Aprel zəfərinin qürurunu yaşadı
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində bir qrup ictimaiyyət nümayəndəsi ön xətdə Aprel zəfərinin qürurunu yaşadı
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində bir qrup ictimaiyyət nümayəndəsi ön xətdə Aprel zəfərinin qürurunu yaşadı
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində bir qrup ictimaiyyət nümayəndəsi ön xətdə Aprel zəfərinin qürurunu yaşadı
"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində bir qrup ictimaiyyət nümayəndəsi ön xətdə Aprel zəfərinin qürurunu yaşadı
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:3-04-2019, 23:02
Oxunub:204


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti