yüklənir...
yüklənir...

Aydın Xırdalanlı son mənzilə yola salınıb

Dünən vəfat edən tanınmış meyxanaçı Aydın Xırdalanlı Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Məşhur meyxanaçı Aydın Xırdalanlının dəfninə ailəsi, sevənləri və sənət dostları qatılıb.

Vetenperverler.az sayıtı xəbər verir ki, söz xiridarı, məşhur meyxanaçı Aydın Xırdalanlı uzun sürən ağır xəstəlikdən (qaraciyər serrozu) sonra ötən gün dünyasını dəyişib.
Mərhum meyxanaçının nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirilib.

A.Xırdalanlının yas mərasiminə qohumları, yaxın dostları, həmkarları Rəşad Dağlı, Mehman Əhmədli və digər söz ustadları qatılıb.

Mərhum meyxanaçının ailə üzvləri Aydının evində çəkiliş aparılmasına icazə verməyiblər.

Qeyd edək ki, söz ustası Aydın Quliyev Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:25-03-2019, 02:49
Oxunub:166


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti