yüklənir...
yüklənir...

Ağdam rayon 14 nömrəli TFT məktəb liseydə Novruz şənliyi keçirildi

"Yurdumuza yaz gəlir" adlı bayram tədbirində liseyin müəllim və şagird kollektivi iştirak etdilər.
Novruz yeni gün və yeni il deməkdir. Əsrlərin sinağından keçmiş Novruz adət və inanclarına görə yeni ili hansı ovqatda qarşılayırsansa, bütün ili həmin ovqatda başa vurursan.
Bu adətə uyğun olaraq, Ağdam rayon 14 saylı texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri milli bayramımıza böyük şövqlə hazırlaşmışlar. Liseyin direktoru Zərif Mehtiyeva başda olmaqla, müəllim kollektivi bayram şənliyinin təşkilində şagirdlərə yaxından dəstək olmuşlar.
Ta qədimdən baharın gəlişi və Novruz bayramı Qarabağda, Ağdamda böyük ruh yüksəkliyi ilə qeyd edilərmiş. Halal ruzuları torpaqdan çıxan zəhmətkeş ağdamlılar torpağın oyanışından xəbər verən Novruzu ən əziz bayram kimi qarşılayardılar. Bu ənənəni ağdamlı məktəblilər də bu gün yaşadırlar.
Rayonun 14 saylı texniki fənlər təmayüllü məktəb-liseyində keçirilən "Yurdumuza yaz gəlir" adlı Novruz şənliyi bu ənənəyə sadiqlik nümunəsidir. Şagirdlər şənlənməklə yanaşı vətənpərvər olduqlarını, milli adət və ənənələrə sadiq olduqlarını təqdim etdikləri səhnəciklərdə və söylədikləri şerlərdə bir daha sübut etdilər.
Bayram tədbirində "Bayrağımız son örtüyümüzdür" deyərək, bayrağımıza böyük ehtiramla yanaşan şagirdlər bayrağımızın önündə diz çökərək öpməyi özlərinə borc bildilər.
Sonda bütün kollektiv tonqalın ətrafında toplaşdılar.
Ocağınız daim yanar olsun, əziz şagird və müəllimlər! Tonqalın ətrafında etdiyiniz dualar tonqalın tüstüsü ilə barabər ərşə qalxaraq, Uca Tanrının dərgahında qəbul olsun!

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-03-2019, 15:41
Oxunub:385

MİLLİ QƏHRAMANLAR
Xəbər lenti