yüklənir...
yüklənir...

Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi

Bakı 2 saylı texniki-hümanitar liseyində rəngarəng bayram şənliyi keçirildi.


Bu barədə Baku.News xəbər verir. Nəsildən-nəsilə keçən Novruz ənənələri gələcək nəsil tərəfindən mənimsənilməsi olduqca təqdirəlayiqdi. Hər il olduğu kimi bu ildə ölkəmizin nufuzlu ümumtəlsil müəssisələrindən olan Bakı 2 saylı texniki-hümanitar liseyində bu gün Novruz şənliyi təşkil edilmişdi.
Liseyin 5 b sinif şagirdlərinin ifasında təqdim edilən Novruz səhnəcikləri çox maraqlı alınmışdı. Liseyin tarix müəllimi Sevil Nəsibovanın təşkilatçılığı ilə baş tutan şənliyə keçəl və kosanın gəlişi ilə start verildi. Novruzun rəmzi olan Bahar qızın gəlişi isə şənliyə əlavə rəng qatdı. Dörd çərşənbənin ayrı-ayrılıqda obrazların yaradan şagirdlər hər çərşənbəyə uyğun inanclar, yaniltmazlar və şerlər söylədilər.
Şagirlərin ifa etdiyi bir birindən gözəl rəqs nümunələri tədbirin qonaqları tərəfindən alqışlarla qarşılandı.
Tədbirdə fəxrı qonaq kimi iştirak etmək üçün cəbhə xəttindən gəlmiş hərbiçilər Faiq Qasımov, Mübariz Məmmədov, Zülfü Rzayev çıxışlarında şagird və müəllim kollektivini Novruz bayramı münasibəti ilə təbrik etməklə yanaşı, şagirdlərə vətənpərvər olmağı, milli-mənəvi dəyərlərə sahib çıxmağı tövsiyyə etdilər. Digər fəxri qonaq Azərbaycan Alpaqut Federasiyasının baş katibi Etibar Toğrul tədbir iştirakçılarını Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyevin adından salamlayaraq, hər kəsi baharın gəlişi münasibəti ilə təbrik etdi. Daha sonra liseyin direktoru Bəkir Mustafayev və tədris işləri üzrə direktor müavini Nuranə xanım Şixəliyeva çıxış edərək qonaqları salamlayaraq, bayram təbriklərini çatdırdılar.
Sonra, şənlik iştirakçıları qonaqlarla xatirə şəkli çəkdirdilər.

Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi
Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi
Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi
Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi
Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi
Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi
Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi
Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi
Texniki-Hümanitar liseyin şagirdlərinin ifasında maraqlı Novruz şənliyi
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-03-2019, 10:30
Oxunub:268


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti