yüklənir...
yüklənir...

Tovuz şəhərindəki “Qala” kompleksində Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

Novruz şənliyində yerli Alpaqutlarda iştirak edib.


Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov tovuzluları bayram münasibətilə təbrik edərək, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində görülən işlərdən danışıb. Bildirilib ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq bir necə ildir UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Sonra tonqal qalanıb, müxtəlif milli oyunlar, idmançıların yarışı, Novruz adət-ənənələri, şirniyyatlardan ibarət “Novruz” sərgisi nümayiş etdirilib. Azərbaycan Alpaqut Federasiyası Tovuz Filialının rəhbəri Müslum müəllim və yetirmələri də tədbirdə iştirak ediblər.
Sonda Rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Dədə Qorqudun və Bahar qızının çıxışları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tovuz şəhərindəki “Qala” kompleksində Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
Tovuz şəhərindəki “Qala” kompleksində Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
Tovuz şəhərindəki “Qala” kompleksində Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:19-03-2019, 21:10
Oxunub:220


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti