yüklənir...
yüklənir...

Prezident Hindistanın yeni səfirinin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul edib.

Səfir Bavitlunq Vanlalvavna fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bavitlunq Vanlalvavna etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Səfir Bavitlunq Vanlalvavna diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi.

Prezident İlham Əliyev səfirə ölkəmizdə fəaliyyəti müddətində uğurlar arzuladı.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-03-2019, 01:26
Oxunub:32


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti