yüklənir...
yüklənir...

Daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti

“Xaliq Faiqoğlu” MMC istismarında olan daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti aktivləşdirilib.

Vetenperverler.az Baku News.az-a istinadən bildirir ki,Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gündən etibarən 65 saylı marşrut xətti üzrə müasir avtobuslarda da sərnişinlər şirkətimizin təqdim etdiyi yeni xidmətdən faydalana bilərlər.

Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər.

Nəzərinizə çatdırmaq istəyirik ki, bir neçə gün əvvəl şirkətimizin istismarında olan 18 və 85 saylı marşrut xəttində də pulsuz internet xidməti aktivləşdirilib. Beləliklə pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 72-yə çatdırılıb. Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də tezliklə Wi-Fi cihazları quraşdırılacaq.

Şirkətimizə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər istismarımızda olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:28-02-2019, 22:05
Oxunub:149


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti