yüklənir...
yüklənir...

Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” mövzusunda anım tədbiri keçirilib

II-IV azkomplektli sinifin rəhbəri Samir Abbaslının təşkil etdiyi anım tədbiri öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Tədbirin təşəbbüskarı məktəbin ibtidai sinif müəllimi Samir Abbaslı giriş sözü ilə çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların soyqırımının 27-ci ildönümü tamam olur.Faciə nəticəsində öldürülən,ağır yaralanan,itkin düşən,girov götürülən sakinlərin statistikası,soyqırımda iştirak edən qüvvələr haqqında şagirdlərə ətraflı məlumat verdi.Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmı ilə bağlı Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında “Xocalıya ədalət” kampaniyasının təsisçisi,Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətinə toxunuldu.
Şagirdlərdə düşmənə nifrət hissi yaratmaq, şəhidlərin xatirəsini əbədiləşdirmək, vətənə, torpağa sevgi hissini məktəblilərə təbliğ olunub. Şagirdlər Xocalı soyqırımına aid məlumatlar verdilər,bayatılar və şeirlər söylədilər, kompozisiya göstərdilər. Gələcək nəsillərdə bu faciəni bilməli və heç vaxt unutmamalıdır.
Qeyd edək ki, gənc müəllim Samir Abbaslı mütəmadi olaraq tədbirlər təşkil edir, şagirdlərinə bilik veməklə yanaşı onların məktəbin ictimai-siyasi həyatında da fəal iştirakını təmin edir. Gənc müəllimə pedaqoji fəaliyyətind əuğurlar diləyirik.

Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbində Xocalı soyqırımının 27-ci ildönümü  ilə əlaqədar “Xocalı harayı” mövzusunda anım tədbiri keçirilib
Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbində Xocalı soyqırımının 27-ci ildönümü  ilə əlaqədar “Xocalı harayı” mövzusunda anım tədbiri keçirilib
Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbində Xocalı soyqırımının 27-ci ildönümü  ilə əlaqədar “Xocalı harayı” mövzusunda anım tədbiri keçirilib
Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbində Xocalı soyqırımının 27-ci ildönümü  ilə əlaqədar “Xocalı harayı” mövzusunda anım tədbiri keçirilib
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:26-02-2019, 22:29
Oxunub:55


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti