yüklənir...
yüklənir...

“Srebrenitsa anaları” Şəhidlər Xyabanında

Azərbaycanda səfərdə olan “Srebrenitsa anaları” Hərəkatının üzvləri Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər.

Vetenperverler.az Modern.az-a istinadən xəbər verir ki, “Srebrenitsa anaları” Hərəkatının üzvləri və Parlement Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı şəhidlərin məzarını ziyarət edib, qəbirlərinin üstünə qərənfillər qoyublar.

"Srebrenitsa Anaları" Hərəkatının prezidenti Munira Subaşiç bildirib ki, gördükləri onu dəhşətə gətirib. O, Azərbaycanın dərdini, azərbaycanlıların faciəsini öz faciələri kimi bütün görüşlərində dilə gətirəcəyini vurğulayıb.


Qeyd edək ki, "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəliblər.

“Srebrenitsa anaları” Şəhidlər  Xyabanında
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:25-02-2019, 01:31
Oxunub:143


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti