yüklənir...
yüklənir...

Tehranda bayrağımızı müdafiə edən məktəbli danışdı

Zəhra Salmanlı Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranın paytaxtı Tehranda keçirilmiş idman yarışında Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etməsi barədə danışıb.

Vetenperverler.az Oxu.Az-a istinadən bildirir ki, Zəhra Salmanlı açıqlamasında bildirib ki, turnirin keçirildiyi məkanda bayrağımızın Ermənistan bayrağının altından asılması görən zaman etiraz edib:

“Mən ilk öncə bu barədə mənimlə bərabər Tehrana səfər edən nənəmə bildirdim. Daha sonra isə komanda yoldaşlarım Ulvira və Elnaz ilə birlikdə yarış təşkilatçılarına müraciət etdik.

Bildirdim ki, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağam. Təşkilatçılar bizə bildirdilər ki, səhvən belə hal olub və səhv aradan qaldırılacaq”.

“Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatıldım. Mən vətənimi sevirəm. Yarışda bayrağımizin Ermənistan bayrağı altından asılmasına etirazım vətənimə olan sevgimdəndir”, - deyə Zəhra Salmanlı bildirib.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-02-2019, 23:20
Oxunub:164


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti